Cümə günü, 02 oktyabr 2026
     

Şuşanı bütün Türk dünyasının mədəniyyət paytaxtına çevirmək üçün nələr vacibdir...

Image


Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli  Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın tarixində yeni dövr başlayıb. Azad Şuşanın tarixi-mədəni irsi, təbiəti, bütün infrastrukturu düşmən tərəfindən terrora, ziyana məruz qoyulsa da, Şuşanın dirçəldilməsi prosesi başlayıb və çox böyük sürətlə gedir. Bərpa-quruculuq işləri çox yüksək səviyyədə təşkil edilib.  

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın Türk dünyasının paytaxtına çevrilməsi də aktuallaşıb. Hələ bir neçə ay əvvəl TÜRKSOY tərəfindən belə bir fikir irəli sürülmüşdü ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin. Bu öz yerində.

  • “Gələn il Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq”

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayib Ərdoğan da Milli Məclisin xüsusi iclasında çıxışı zamanı gələcəkdə Şuşanın Türk dünyasının mədəniyyət paytaxtına çevriləcəyini qeyd edib. “Şuşanın gələcəkdə Türk dünyasının mədəniyyət paytaxtı olacağını görməkdən məmnun olarıq”.  

Ərdoğan bildirib ki, Şuşa ədəbiyyatın mərkəzi vəzifəsini qoruyub: “Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın və digər şairlərin yurdudur. Bu gün Şuşa ayağa qalxır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bu mənada dünyaya verilən açıq mesajdır.

Gələn il Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq. Əlbəttə, təkcə Şuşa, Qarabağ deyil, Türk dünyasının bütün yerləri böyük şəxsiyyətlər yetişdirib”.

  • Şuşanın Türk dünyasının mədəniyyət paytaxtına çevrilməsi üçün nə etmək lazımdır?

Şuşa bütün Türk dünyasının əsas ünvanlarından biri kimi diqqəti cəlb edir. Tarixən siyasi, hərbi, strateji, tarixi-mədəni əhəmiyyətinə görə Şuşa Qafqazda və Türk dünyasında öncül şəhərlərdən biri olub. İslam-türk mədəniyyətinin əsas özəklərindən olan bu şəhərdə mədəniyyətin bütün istiqamətləri yüksək səviyyədə inkişaf edib və bu inkişaf Şuşanı ən önəmli şəhərlər sırasına daxil edib. Türk dünyasının əsas qapılarından olan Şuşadan bütün dünyaya çıxış var və Şuşa dünya mədəniyyətlərinin birləşdiyi vacib ünvanlardan biridir.

Ekspertlər qeyd edirlər ki, bu il Azərbaycan mədəniyyətinin paytaxtına çevrilən Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olması üçün də kifayət qədər əsas var. Şuşa zaman-zaman milli identikliyini qoruyub saxlayıb, hətta uzun illər işğalda olduğu dövrdə də türk yaddaşına sahib çıxıb, onu düşmən tapdağında belə qoruyub saxlaya bilib. Bu gün Şuşa öz ənənəvi ruhuna, ritminə uyğun şəkildə bərpa edilir, məscidləri, karvansaraları, tarixi binaları, abidələri bu şəkildə bərpa edilir. Şuşa təpədən dırnağa türk identikliyini, ruhunu yaşadan və qoruyan şəhərdir ki, oranın Türk dünyasının mədəniyyət paytaxtı olması üçün kifayət qədər əsas var.

Türkçülüyün beşiklərindən biri olan Şuşa şəhərinin Türk dünyasına Əhməd Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli kimi böyük türkoloqlar, aydınlar bəxş edən Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olmasına potensialının olduğunu deyən ekspertlər hesab edirlər ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı kimi gələcəkdə bu missiyanı çox yüksək səviyyədə yerinə yetirə biləcək. Çünki Şuşanın bütün göstəriciləri bu parametrə tam uyğun gəlir.

Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olması məsələsini şərh edən ekspertlər deyirlər ki, bu barədə Türk Şurası qərar qəbul edə bilər, yaxud TÜRKSOY-un belə bir qərarı ola bilər. Ekspertlər deyirlər ki, bütün Türk dünyası Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsinə səs verməlidir.    

  • Şuşanın yeni dövrü...

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi çox vacib məsələdir. A.X.Əbilovun sözlərinə görə, Şuşa bunu tam haqq edir.

“44 günlük müharibədən sonra möhtəşəm qələbə qazandıq. Qələbədən sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən müharibənin fəsadlarının aradan qaldırılması üzrə konkret fəaliyyətə başlandı. Eyni zamanda da postmüharibə dövründə Ermənistanla və ermənipərəst qüvvələrlə informasiya savaşından da qalib çıxmağımız üçün mədəniyyətə, mədəniyyətin təbliğinə xüsusi yer verildi. Mədəniyyətə UNESCO-nun tələb etdiyi formada dövlət münasibəti sərgilənməyə başladı. Uzun illər Ermənistanın işğalında olan və erməni vandalizminə məruz qalan, dağıdılan rayonların bütün tarix-mədəniyyət, dini abidələri, təhsil ocaqları, muzeyləri, kitabxanalarının bərpasına, yenidən qurulmasına başlanıb. Həmçinin də Şuşada da bu quruculuq-bərpa işləri sürətlə gedir, Şuşa yenidən qurulur, dirçəlir.

Bir müddət əvvəl Şuşada “Xarı bülbül” musiqi festivalı keçirildi, ondan əvvəl isə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi, Qafqazın mədəniyyət mərkəzi adlandırıldı.

Bildiyim qədər, İSESCO-da da Şuşanı İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çox sevindirici haldır ki, bununla paralel olaraq, Şuşanın Türk dünyasının paytaxtı elan edilməsi təşəbbüsləri var. Müsbət haldır ki, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayib Ərdoğanın Qarabağın, Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə, bütün Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsü, ideyası ilə çıxış etməsi Azərbaycan cəmiyyəti və Türk dünyası tərəfindən müsbət qarşılanır. Əslində, bu, çoxdan gözlənilən bir təklif idi”.

  • “Türkiyənin oynadığı rol...”

Qardaş Türkiyənin hər zaman Azərbaycana böyük dəstək verdiyini deyən A.X.Əbilovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Türkiyənin oynadığı bəlli rol alqışa layiqdir. “Cənab Prezident də dəfələrlə vurğuladı ki, qardaş Türkiyə Azərbaycanın haqq işində həmişə yanımızda olub. Şuşa Bəyannaməsinin imzalanması da, əslində, həmin qarşılıqlı yardımlaşmanı, dəstəyi və münasibətləri ən yüksək səviyyəyə qaldırdı. Fikir verin, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin elm, texnologiya forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mədəniyyətə, təhsilə, ən yeni ağıllı texnologiyalara verdiyi önəmi xüsusi vurğuladı. Bu önəmin xüsusən də yeni yaranmış şəraitə uyğun olaraq Qarabağda tətbiq edilməsi, Şuşanın mədəniyyət, Ağdamın təhsil paytaxtı elan edilməsi mühüm idi. İşğaldan azad edilən ərazilərimizdə turizm üçün potensialın inkişafı çox önəmlidir.

Bilirsiniz ki, Füzuli də daxil olmaqla, şəhərlərimizdə əcnəbilərin bölgəyə rahat gəlib-getməsi, turistlərin əziyyətsiz səfər etməsi üçün yerli və beynəlxalq əhəmiyyətli aeroportlar inşa edilir. Eyni zamanda, “Zəfər yolu”nun salınması, yaşayış məntəqələrinin, binaların bərpası, inşası kimi layihələr, əslində, həm də Şuşanın, bütövlükdə, Türk dünyasının mədəniyyət paytaxtı olaraq seçilməsi çox təbii qarşılanacaq.  Şuşanın bütün infrastrukturu, bütün tarixi abidələri, binaları və sair yenidən qurulur, bərpa edilir.

Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi həm də Turan ideyasının bir hissəsinin həyata keçməsi deməkdir. Şuşanın Türk dünyasının zəfər qazanmış bir mərkəzi məkanı olaraq Türk dünyasının da dünyada təbliğində mühüm rolu ola bilər. Əslinə baxanda Turan ideyası ilə yaşayan Türk dünyası, ziyalı kəsim, düşünən insanlar Türk dünyasının bir-birilə daha da yaxından qovuşmasında maraqlıdır. Dilimizin, adətlərimizin, mədəniyyətimizin, dünyagörüşümüzün bir-birinə qovuşması çox vacibdir. Eyni kökdən rişələnən bir toplumun bu vasitə ilə bir-birilə daha da yaxınlaşması bu imkanları bizə qazandırır”.

  • “...Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan etmək çox böyük fayda verəcək”

“Müəyyən mənada Şuşanın yalnız Azərbaycan, Qafqaz üçün deyil, həm də Türk dünyası üçün çox böyük tarixi, siyasi, strateji əhəmiyyəti var” - deyən A.X.Əbilov hesab edir ki, Şuşanın mədəni dəyərləri, musiqi mədəniyyəti, mədəniyyət texnologiyaları qlobal kulturoloji, mədəniyyət hadisələridir. “Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olması üçün bütün imkanlar var və bunun reallaşması mədəniyyət baxımından Türk dünyasının birləşməsi deməkdir. Biz buna nail ola bilərik. Musiqidən tutmuş, ədəbiyyata, elmə qədər geniş formada birləşmək imkanlarımız var. Şuşada Azərbaycanın dahi musiqiçiləri, mədəniyyət xadimləri ilə paralel olaraq, bütün türk xalqlarının dahiləri haqqında maraqlı tədbirlər keçirmək tam mümkündür. Türk xalqlarının şairlərini, yazıçılarını, mədəniyyət xadimlərini və sair bir-birinə tanıtmaq üçün bu məsələ çox önəmlidir. Türk dünyası ilə bağlı Şuşada çox maraqlı tədbirlər, konsert proqramları keçirmək olar. Əlbəttə, türk mədəniyyətinin çuğlaşdığı Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan etmək çox böyük fayda verəcək.

Azərbaycan ədəbiyyatını, poeziyasını mükəmməl bilən və hər çıxışında Azərbaycan şairlərinin əsərlərindən örnəklər gətirən, Bəxtiyar Vahabzadə, Şəhriyar, Füzulidən bütöv poetik nümunələri əzbər söyləyən qardaş ölkənin Prezidenti Ərdoğan çıxışlarla tez-tez Qərb texnologiyaları ilə yanaşı, Şərq mədəniyyətinə, mənəviyyatına, estetikasına da toxunur. Türk birliyinin gerçəkləşməsində həm Azərbaycan Prezidentinin, həm də Türkiyə Prezidentinin çox böyük əməyi var” - deyə bildirən A.X.Əbilov hesab edir ki, Şuşa Türk dünyasının ana şəhərlərindən, mədəniyyət mərkəzlərindən, paytaxtlarından biridir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ