Putin neftçalalı generala yüksək vəzifə verdi

img

Rusiya Prezidenti Vladimir Putinin general-mayor Aleksandr Bıkov Moskva Dövlət Yol Polisi İdarəsinin rəisi təyin edib.

Putin bu barədə sərəncam imzalayıb. 42 yaşlı general bu təyinatdan öncə sözügedən qurumda rəis müavini vəzifəsini icra edib.

Qeyd edək ki, A.Bıkov 1978-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. O, ibtidai təhsilini Bankə qəsəbəsində yerləşən Səməd Vurğun adına 2 saylı orta məktəbdə alıb. 

Aleksandrın atası İqor Bıkov vaxtı ilə Bankə yerləşən hərbi hissədə zabit kimi qulluq edib. Sonradan hərbi hissə yerini dəyişdiyi üçün Aleksandr Bıkov valideynləri ilə birgə Rusiyaya qayıdıb. Onun iki ali təhsili var, hüquq elmləri namizədidir.

Bıkov "İctimai asayişi qorumaqda üstünlüyə görə" medalı ilə təltif olunmuş, Rusiya Daxili İşlər Nazirliyinin fəxri işçisidir, silah mükafatına sahibdir

Son xəbərlər