çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Bakı Moskva və Ankaranın əli ilə İrəvanı çıxılmaz vəziyyətə salır...

Image


44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Azərbaycan üçün indi əsas məsələ regionda kommunikasiya əlaqələrinin bərbası, xüsusən də Naxçıvan dəhlizinin açılmasıdır. Hesab edilir ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bundan qazanan tərəflərdən biri də Ermənistan özü olacaq. Çünki ölkə iqtisadi blokadadan çıxıb inkişaf yoluna qədəm qoya biləcək.   

Xatırldaq ki, ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə bəyanatda da Naxçıvan dəhlizinin açılması məsələsi yer alıb. Bəyanatda bildirilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə təhlükəsizliyə zəmanət verilir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bütün bunlar regionun inkişafında yeni mərhələnin başlanması deməkdir. Amma məsələnin narahatlıq yaradan tərəflərindən biri Ermənistanda bəzi qüvvələrin razılaşmaya qarşı çıxmasıdır. Bu xüsusda Türkiyənin “Habertürk” portalı yazır: “44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Dağlıq Qarabağda və bütün bölgədə nəqliyyat infrastrukturunun açılması ilə bağlı anlaşma əldə edilib. İştah qabardan bu böyük layihələrin həyata keçirilə bilməsi üçün qollarını çırmalayan Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin iştirakı ilə Moskvada önəmli bir toplantı keçirildi.

Gündəliyin əsas məsələsi “Qarabağ-Naxçıvan” quru yolu əlaqəsinin və bölgə təhlükəsizliyinin necə təmin olunacağı idi. Ermənistan tərəfi topu auta – kənara atmaq niyyətində olsa da, bu toplantının keçirilməsi önəmli idi.

Ancaq bunu qeyd etmək lazımdır ki, İrəvan administrasyası, “Qarabağ-Naxçıvan” xətti açılmasın deyə, “ipə un sərmə”yə davam edəcək. Bu durumda Ankara-Moskva xəttində intensiv diplomatik hərəkətlilik tələb olunacaq. Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryanın ilk üçlü toplantısı tamamilə nəqliyyat məsələsinə həsr edildi. Rusiya və Azərbaycandan olan diplomatik qaynaqlardan alınan məlumatlara görə, İrəvanın əsir düşən azərbaycanlı hərbçilərin təhvil verilməsilə bağlı hərəkətsizliyi və bir çox məsələdə ağır hərəkət etməsi Bakıda sərt reaksiyaya səbəb olur. Buna baxmayaraq, siyasi həll və təhlükəsizliyin təmin olunması ilə əlaqədar problemlər gərginliyin artırılmaması üçün toplantıda müzakirə olunmadı. Cənubi Qafqazda nəqliyyatın canlandırılması məsələsi yalnız iştirakçı ölkələri deyil, eyni zamanda qonşu dövlətlər olan Gürcüstan, Türkiyə və İranı da əhatə edir. Lakin hər bir tərəf üçün müəyyən müsbət və mənfi yönləri olan, iqtisadi üstünlüklərlə birlikdə siyasi və təhlükəsizlik risqləri daşıyan dəmir yolu və avtomobil nəqliyyatının başladılmasında bir neçə alternativ variantın mövcud olması problem yaradır. SSRİ dövründən bəri Azərbaycan torpaqlarından Ermənistan torpaqlarına iki giriş olub. Sovet Rusiyası bu iki yolu strateji bir xətt olaraq cızmışdı. Bunların hər ikisi də Azərbaycanın ehtiyac duyduğu Naxçıvan vasitəsilə Türkiyəyə keçidi təmin edir. Ancaq Ermənistanın bu xətlərlə bağlı heç bir hazırlığı yoxdur. Şimal marşrutu İcevan və İrəvandan, cənub marşrutu isə Zəngilandan keçir. Əldə edilən məlumatlara görə, ermənilər Azərbaycanın şimal yolundan istifadə etməsini istəyir. Azərbaycan isə Ermənistanın kiçik bir parçasını, yəni Mehri dəhlizini içinə alan, azad edilmiş bölgələrdən keçən cənub yoluna üstünlük verir. Azərbaycan tərəfinin seçdiyi yolun təhlükəsizliyin təmin edilməsinə daha çox töhfə verəcəyi söylənilir. İrəvan isə canlandırılması daha asan olacaq şimal marşrutunun daha əlverişli olacağı görüşündədir. Çünki bu yolun böyük bir qismi işlək haldadır. Ermənilərə görə, Azərbaycan üzərindən quru yolu nəqliyyatı qazanc verəcək bir seçim deyil. Çünki bu marşrut Gürcüstan üzərindən Rusiyaya gedən yoldan 900 km daha uzundur. Xülasə, erməni tərəfi Naxçıvan-Qarabağ-Azərbaycan yolunun açılmaması üçün çətin variantları ortaya qoymağa çalışır. Bu durumda Rusiyanın seçimi müəyyənedici olacaq. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası bu məsələdə olduqca sərt mövqedədir. Hətta baş nazir Nikol Paşinyanın istefaya göndərilməsilə bağlı verilən vədlərin bir qismindən geri addım atıla biləcəyi görüşündədirlər. “Çiçəklənən Ermənistan” Partiyasının üzvü Arman Abovyan da “Əsirlərin qaytarılması məsələsi həll edilmədən hansı nəqliyyatdan, hansı yoldan söhbət gedə bilər” deyərək, yol məsələsinin dayandırılmasını istəyir.

Ermənistan müxalifətinin lideri Vazgen Manukyan isə Moskvada baş nazir müavinlərilə keçirilən görüşdən öncə, Nikol Paşinyanı konstitusiya yolu ilə vəzifədən uzaqlaşdırmaq mümkün olmadığı halda, “üsyan çıxarma”nın lazım gələcəyini açıqlayıb. O da var ki, Moskva və Ankara arasında gedən diplomatik bazarlıqların yekununda atəşkəsdən sonra Ağdamda birgə müşahidə mərkəzinin qurulması Türkiyənin bölgənin ən kritik probleminin həllində iştirak etməsini və bölgədə öz nüfuzunu genişləndirməsini təsdiqetmə təşəbbüsüdür. Nəticə etibarilə Türkiyə – Qarabağın tam mərkəzində və hələ ki, Bakının müharibədən sonra nəzarət altına aldığı yerlərdə olmasa da – münaqişə bölgəsindəki hərbi varlığını legitimləşdirə bildi. Yəni erməni tərəfi  Naxçıvan-Qarabağ-Bakı xətti açılmasın deyə nə qədər “ipə un sərsə” də, bir nöqtədən sonra Türkiyə-Rusiya xəttindəki intensiv diplomatik hərəkətlilik Ermənistanı buna məcbur edəcək. Məsələnin həll yolu cənub marşrutu olarsa, bu, Türkiyə-Azərbaycan yaxınlaşmasına xidmət edəcək və Türkiyənin Qafqaza açılan qapısı olacaq. Lakin Ermənistanın təklif etdiyi kimi şimal yolu açılarsa, – Rusiyanın niyyətinin də bu yöndə güclü olduğu söylənilir, – o zaman işlər daha da çətinləşəcək”.

Ramil QULİYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ