Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Cocuq Mərcanlı ilə tanışlıqdan sonra Cəbrayıl şəhərinə gəliblər.
Baki-xeber.com xəbər verir ki, diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərindəki dağıdılmış qəbiristanlığa və erməni vəhşiliyinə məruz qalmış digər ərazilərə baxıblar.
Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.