çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Həm Rusiya, həm də Qərb Köçəryanın üzərindən xətt çəkir...

Image


Məlum olduğu kimi, bu günlərdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə bu ölkənin eks-prezidenti Serj Sarkisyan arasında görüş baş tutub. Görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib. Məlumata görə, görüşdə müzakirə mövzusu Qarabağ savaşından sonrakı vəziyyət olub.

Qeyd edək ki, son günlər Kopırkin Ermənistanın siyasi partiyalarının rəhbərləri ilə aktiv görüşlər keçirir. O, bundan öncə keçmiş prezidentlər Robert Köçəryan və Levon Ter-Petrosyanla da görüşmüşdü. Hesab edilir ki, əslində bu görüşlərdə əsas müzakirə mövzusu Erməmistanda erkən parlament seçkiləri ilə bağlıdır. Elə Robert Köçəryanın Rusiya səfəri də bu prizmadan izah edilir. “Joxovurd” qəzeti də yazır ki, Robert Köçəryanın Moskvadan qayıtmasından sonra Ermənistan müxalifətinin liderləri daha bir görüş planlaşdırır. Qəzet Köçəryanın 8 fevrala qədər Moskvada Rusiya elitasının nümayəndələri ilə görüş keçirib Ermənistana dönəcəyini bildirib: “Müxalifət liderlərinin görüşündə konkret planların Köçəryanın qayıdışından sonra qurulması ilə bağlı müzakirə aparılıb”. Erməni “teleqram” kanalları isə başqa iddia ilə çıxış edib. Onların məlumatına görə, Köçəryan, Serj Sarkisyan və Nikol Paşinyan birincinin Moskvaya səfərindən öncə görüşüblər. Görüşdə əsas müzakirə mövzusu növbədənkənar seçkinin tarixini müəyyənləşdirmək olub. Qeyd edək ki, Köçəryanın üzərində həbs var və onun ölkədən çıxışına yalnız məhkəmə izn verir. Məhkəmənin isə Paşinyanın razılığı olmadan Köçəryanın növbəti dəfə ölkədən çıxışına izn verməsi mümkünsüz sayılır. Görünür, Paşinyan Köçəryanın hakimiyyətə qayıdışının mümkünsüz olduğunu bildiyindən Rusiyaya getməsinə icazə verib. Məsələ burasındadır ki, Moska özü də indiki halda Köçəryanın iqtidara gəlişini istəmir. O baxımdan ki, “Qarabağ klanı”nın hakimiyyətə gəlməsi Bakı ilə İrəvan arasında əldə edilən razılaşmanın pozulması, ən yaxşı halda əlavə problemlərin yaranması deməkdir. İndiki şəraitdə Rusiyanın özü də bunda maraqlı deyil. Ona görə də Köçəryanın yenidən hakimiyyətə qayıtmaq istəyi və erməni müxalifətinin bir hissəsinin ona dəstək nümayiş etdirməsi Moskvanın istəklərindən uzaqdır. Əksinə, ekspertlər hesab edir ki, Moskva Köçəryanın hakimiyyətə gəlməsinə imkan verməyəcək. Digər tərəfdən, indiki geosiyasi reallıqlar şəraitində Moskva Paşinyanın iqtidarda qalmasında daha çox maraqlıdır, nəinki onun dəyişdirilməsində. Çünki Rusiyanın vasitəçiliyilə Azərbaycan qarşısında öhdəliyə məhz Paşinyan iqtidarı cavabdehdir. Rus politoloq Oleq Kuznetsov da məsələyə bu prizmadan yanaşır. Ekspert öncə xatırladır ki, Köçəryanın Rusiyada şəxsi biznesi var: “Onu İrəvandan uzun müddət idarə etmək mümkün deyil, buna görə də onun biznes varlığını itirməmək üçün təcili olaraq Rusiyaya getməsi zərurəti istisna edilməməlidir. Hesab edirəm ki, bu amil onun üçün vətəninin gələcəyilə bağlı qayğıdan daha vacibdir. Bundan əlavə, Rusiyadakı erməni diasporunun işinin birbaşa Ermənistanla deyil, Qarabağla əlaqəli olmasını da unutmaq olmaz. Qarabağ üçün Qərbi Avropa, Amerika və Orta Şərq ermənilərindən alınan bütün pullar Köçəryan və ətrafı tərəfindən həm öz bizneslərini qorumaq, həm inkişaf etdirmək, həm də rus məmurlarına rüşvət vermək üçün Rusiyaya göndərilirdi. Siyasi ambisiyalarını elan etmək üçün Köçəryan əvvəlcə özünə kifayət sayda seçici almaq imkanına baxmalı, maliyyə baxımından hansı mənbələrə sahib olduğunu anlamalıdır. Hazırda onun, başa düşdüyüm qədər, Ermənistanın siyasi həyatında baş rollarda fəal iştirak etmək üçün mənbələri yoxdur. Moskva səfəri Köçəryanın tam olaraq nəyə arxalana biləcəyinə dair bir cavab verməlidir.

Ermənistanda ən yüksək dövlət postlarına namizədlik üçün Kremlin siyasi dəstəyinə gəlincə, bu dəstəyin şəxsən ona veriləcəyinə əmin deyiləm. İstintaq təcridxanasını elə-belə deyil, nəyinsə müqabilində tərk edib. Heç kim onun biznes varlığına toxunmayıbsa, deməli, sərbəst buraxılması üçün bəzi siyasi sirləri bölüşməli idi. Paşinyan bu sirləri bilir, ona görə də, Kremlin onu Ermənistanda hakimiyyətdən kənarlaşdırmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, Köçəryandan Rusiya-Ermənistan siyasətinin bütün incəliklərini öyrənərək baş nazir postunda özünü tamamilə rahat və inamlı hiss edir. Və bu sirlərdən hansısa fakt Paşinyan tərəfindən dünya mətbuatında ifşa olunarsa, bu, Kremlin maraqlarına uyğun olmayacaq. Buna görə də Köçəryanın Moskvaya getməsinin onun Ermənistandan son mühacirətinin başlanğıcı olması ehtimalını da istisna etmirəm”. Ekspert bildirib ki, Köçəryanın seçkilərdə Paşinyanı məğlub etmə şansı ümumiyyətlə yoxdur: “Qarabağ klanı”na İrəvan erməniləri nifrət edir və bu səbəbdən Paşinyan hakimiyyəti devirmək aksiyasına rəhbərlik etdikdə, ölkə əhalisinin təxminən dörddə üçü tərəfindən dəstəklənirdi. Paşinyanın əsas məqsədinin Ermənistandakı elitaları dəyişdirmək olduğunu bildirdiyi xalqa Yeni il müraciətini xatırayın. Əslində bu, “Qarabağ klanı”nın və müttəfiqlərinin İrəvan oliqarxiyası arasından, dövlət və ictimai həyatın bütün sahələrindən çıxarılmasıdır. Bununla adi ermənilər əmlakın yenidən bölüşdürülməsinə və öz dividend-paylarını alacaqlarına ümid edirlər. Paşinyanın dəstək reytinqi, Azərbaycanla müharibədə məğlub olmasına baxmayaraq, çox aşağı düşmədi, addımları Ermənistan əhalisinin üçdə ikisindən dörddə üçünə qədər bəyənildi. Qərb də Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsinə çox pul yatırdı və Köçəryanın onu konstitusiya və ya konstitusiyaya zidd yollarla rəhbərlikdən uzaqlaşdırmasına imkan verməz. Paşinyanı Ermənistanda hakimiyyətə gətirən şəbəkə, təsir quruluşları aradan qalxmayıb, hələ də xaricdən maliyyələşir və bu səbəbdən, əvvəllər Köçəryana güvənən Respublika Partiyasının təsirinə məruz qalan cəmiyyətin bu təbəqələrinə təsirlərini qoruyurlar. Köçəryan yalnız bir addır, Qarabağ hərbi birləşmələri Azərbaycan ordusu tərəfindən məhv edilib. Köçəryanın Paşinyanı devirə biləcəyi mənbələrə sahib olduğunu görmürəm, eyni zamanda Paşinyanın Köçəryanın bütün ambisiyalarını zərərləşdirəcək potensialını görürəm”.

Xatırladaq ki, İrəvan məhkəməsi 3-8 fevral tarixlərində Köçəryanın ölkədən çıxışına icazə verib.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ