Cümə axşamı günü, 16 iyul 2026
     

Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

Image


Məlum olduğu kimi, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi və gücləndirilməsi istiqamətində göstərdiyi daimi səylər çərçivəsində gələn il İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə, həmçinin İƏT İnformasiya Nazirlərinin Konfransına ev sahibliyi edəcək. Azərbaycanın mütəmadi olaraq ev sahibliyi etdiyi bu mötəbər tədbirlər, xüsusilə dünyada və konkret olaraq regionda yaşanan hazırkı gərgin atmosfer fonunda, İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfə verir.

Şuşadan dünyaya verilən mühüm mesajlar

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və təşkilat çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir. Ölkə müsəlman dövlətləri arasında əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı hörmətin gücləndirilməsini və ortaq problemlərin birgə həllini dəstəkləyir. Azərbaycan beynəlxalq platformalarda İslam ölkələrinin maraqlarını müdafiə etməyə, islamofobiya ilə mübarizəyə və dinlərarası dialoqun inkişafına xüsusi diqqət ayırır.

Azərbaycanın xarici siyasətində İslam ölkələri ilə iqtisadi, siyasi və humanitar əlaqələrin inkişafı mühüm yer tutur. Bu siyasət həm regional sabitliyin möhkəmlənməsinə, həm də müsəlman dövlətləri arasında etimadın artmasına xidmət edir. Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı prezident İlham Əliyev qeyd olunan xüsusda bildirib: “Biz gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Xüsusilə indiki təlatümlü dövrdə bu, bizim üçün böyük məsuliyyətdir. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib. Zirvə Toplantısınadək hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Təəssüf ki, bu gün biz bir o qədər həmrəyliyin şahidi olmuruq. Əksinə, biz gərginliyin artdığını, qarşılıqlı ittihamları, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu isə olduqca məyusedicidir. Çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Daha çox həmrəylik və qarşılıqlı anlaşma olduğu təqdirdə, çətin dönəmlərin də sayı azalacaq.

Azərbaycanın rolu hər zaman yüksək qiymətləndirilib. Biz müxtəlif dövrlərdə müxtəlif aktorların iştirakı ilə vacib rol oynamışıq. Bizim rolumuz hər zaman konstruktiv və nəticəyönümlü olmuş, gərginliyin azaldılmasına hesablanmışdır...Sammitədək olan dövrdə və sammit zamanı malik olduğumuz bütün imkanları və potensialı bu məqsədlərə nail olmaq üçün səfərbər edəcəyik. Biz həmrəylik nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik. Nə qədər uğurlu olacağımızı demək çətindir. Həm də gələn ilin yayına dünyada və regionumuzda vəziyyət necə olacaq? Bunu söyləmək də çətindir”.

Bu arada qeyd edək ki, Azərbaycanın İslam həmrəyliyinə verdiyi ən mühüm töhfələrdən biri 2017-ci ilin ölkədə "İslam Həmrəyliyi İli" elan olunması olmuşdur. Bu təşəbbüsün məqsədi İslam dünyasında birlik, qarşılıqlı anlaşma və əməkdaşlıq ideyalarını təşviq etmək idi. Həmin il ərzində ölkədə çoxsaylı beynəlxalq konfranslar, elmi simpoziumlar, mədəni tədbirlər və dini forumlar təşkil edildi. Bu tədbirlərdə müxtəlif müsəlman ölkələrinin dövlət nümayəndələri, alimləri, din xadimləri və ekspertləri iştirak edərək İslam dünyasının aktual problemlərini və əməkdaşlıq imkanlarını müzakirə etdilər. Bu təşəbbüs Azərbaycanın İslam aləmində dialoq platforması kimi rolunu daha da gücləndirdi. Azərbaycanın İslam həmrəyliyinə verdiyi ən mühüm töhfələrdən biri də 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi olmuşdur. Onlarla müsəlman ölkəsindən minlərlə idmançının iştirak etdiyi bu mötəbər yarış yalnız idman tədbiri deyil, həm də birlik, dostluq və həmrəyliyin nümayişi idi. Oyunlar müxtəlif mədəniyyətlərə malik müsəlman xalqlarını bir araya gətirdi, gənclər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın inkişafına və İslam dünyasının müsbət imicinin beynəlxalq ictimaiyyətə təqdim edilməsinə mühüm töhfə verdi. Bu tədbir Azərbaycanın yüksək təşkilatçılıq imkanlarını nümayiş etdirməklə yanaşı, ölkənin İslam aləmində nüfuzunu da artırdı.

Uğurlu humanitar diplomatiya

Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr yalnız müsəlman ölkələri arasında əməkdaşlıqla məhdudlaşmır. Ölkə eyni zamanda müxtəlif dinlər arasında qarşılıqlı hörmət və dialoqun inkişafına xüsusi önəm verir. Azərbaycanda məscidlərlə yanaşı kilsələr və sinaqoqlar fəaliyyət göstərir, müxtəlif dini icmalar dövlət tərəfindən dəstəklənir. Bu model göstərir ki, İslam dəyərləri tolerantlıq, qarşılıqlı hörmət və sülh prinsipləri ilə uzlaşır. Azərbaycan bu təcrübəsini beynəlxalq tədbirlər vasitəsilə dünyaya təqdim edərək İslamın sülh və humanizm dini olduğunu nümayiş etdirməyə çalışır.

Azərbaycan müxtəlif müsəlman ölkələrində humanitar layihələrin həyata keçirilməsinə də töhfə verir. Təbii fəlakətlərdən zərər çəkmiş ölkələrə humanitar yardım göndərilməsi, səhiyyə, təhsil və sosial layihələrin dəstəklənməsi Azərbaycanın humanitar diplomatiyasının əsas istiqamətlərindəndir. Bu fəaliyyətlər dövlət qurumları və xeyriyyə təşkilatları vasitəsilə həyata keçirilir və müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Humanitar yardım siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da müsbət təsir göstərir. Son illərdə dünyada islamofobiyanın artması müsəlman ölkələri üçün ciddi problemlərdən birinə çevrilib. Azərbaycan beynəlxalq platformalarda İslam dininə qarşı ayrı-seçkiliyin və nifrət çağırışlarının qəbuledilməz olduğunu ardıcıl şəkildə bəyan edir. Ölkədə keçirilən beynəlxalq forumlarda dini dözümlülük, multikulturalizm və mədəniyyətlərarası dialoq məsələləri geniş müzakirə olunur. Azərbaycan hesab edir ki, dinlər arasında qarşıdurma deyil, əməkdaşlıq təşviq edilməli, İslam dini terrorizm və ekstremizmlə eyniləşdirilməməlidir. Azərbaycan İslam mədəni irsinin qorunmasına və təbliğinə də xüsusi diqqət yetirir. Məscidlərin bərpası, dini-mədəni abidələrin qorunması, İslam mədəniyyətinə həsr olunmuş sərgilərin və konfransların təşkili bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. Eyni zamanda məktəblərdə və ali təhsil müəssisələrində İslam həmrəyliyi mövzusunda seminarlar, konfranslar və müxtəlif maarifləndirici layihələr təşkil olunur. Bu tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirməklə yanaşı, tolerantlıq və qarşılıqlı hörmət ideyalarının formalaşmasına da xidmət edir. İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərib. Ölkə bu gün həm İslam dünyasında, həm də Qərb ölkələri ilə münasibətlərdə balanslaşdırılmış siyasət həyata keçirən dövlət kimi tanınır. Azərbaycan öz təcrübəsi ilə göstərir ki, İslam dəyərləri müasir inkişaf, demokratiya, multikulturalizm və beynəlxalq əməkdaşlıq prinsipləri ilə uyğunlaşdırıla bilər. Bu yanaşma ölkənin beynəlxalq təşkilatlarda mövqeyini gücləndirən mühüm amillərdən biridir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

SON XƏBƏRLƏR

16.07.2026 / 17:27
Paşinyan Tsarukyanı “damladı”, indi də var-dövlətini əlindən alır - 75 daşınmaz əmlak, 42 avtomobil...

16.07.2026 / 17:04
İrandan ABŞ-a sərt xəbərdarlıq - bölgədəki bütün infrastruktur məhv ediləcək, müharibə yeni ərazilərə yayılacaq...

16.07.2026 / 16:44
Azərbaycanlı dənizçilərə çağırış edildi - müharibə zonalarından uzaq durun...

16.07.2026 / 16:30
Kanalizasiya qoxusu içində həyat!

16.07.2026 / 16:15
Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

16.07.2026 / 15:51
Narkomaniya yer üzünün cəhənnəmidir

16.07.2026 / 15:46
Parakənd Xalkolit yaşayış yeri

16.07.2026 / 15:40
Şuşa Forumundan Rusiya daha çox əndişəyə düşdü... Kritik 3 məsələ...

16.07.2026 / 15:06
Tramp Hörmüzün 20 faiz vergi gəlirlərini İranla yox, Körfəz ölkələri ilə bölüşür...

16.07.2026 / 14:55
Azərbaycan Çar Rusiyasının da, SSRİ-nin də müstəmləkəsi olub...(?)

16.07.2026 / 14:07
"Neftin qiyməti kəskin şəkildə artacaq" - Fars körfəzində yeni böyük müharibə xəbərdarlığı…

16.07.2026 / 13:45
Müdafiə nazirinin istefası Ukraynanı ayağa qaldırdı - "Fedorovu geri qaytarın"...

16.07.2026 / 13:27
Gəncə və Samuxda kütləvi zəhərlənmə lavaşdan olub? - AQTA-dan mübahisəli açıqlama...

16.07.2026 / 13:18
Federasiya Hidayət Heydərovu sosial şəbəkə paylaşımlarına görə cəzalandırdı

16.07.2026 / 13:03
Bakıda təmayül modeli tətbiq olunacaq məktəblər açıqlandı

16.07.2026 / 12:50
TRIPP-dən sonra TRIPP+ şirkəti niyə yaradıldı? – İrəvan “Tramp yolu” sazişini təsdiqlədi...

16.07.2026 / 12:36
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü - FOTO

16.07.2026 / 12:24
ABŞ ordusu 23 ildən sonra İraqdan çəkilir – konkret tarix açıqlandı...

16.07.2026 / 12:11
Malayziya bütün İsrail vətəndaşlarını ölkədən çıxarır...

16.07.2026 / 11:55
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO

16.07.2026 / 11:39
İranla müharibə ABŞ-a 100 milyard dollara başa gələ bilər...

16.07.2026 / 11:25
Şəmkirdə zəhərlənmə baş verən restoranın fəaliyyəti dayandırıldı

16.07.2026 / 11:11
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi - FOTO

16.07.2026 / 11:03
Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı ilə bağlı paylaşım etdi

16.07.2026 / 10:46
Küveytdən İrana ATACMS ballistik raketi atıldı...

16.07.2026 / 10:35
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı

16.07.2026 / 10:34
İran bölgədəki ABŞ bazalarına zərbələr endirdi – İraqda ABŞ hərbçiləri öldürüldü...

16.07.2026 / 09:45
Rusiya "3+3" formatı ilə bağlı açıqlama - Bakı və İrəvanın razılığa gələcəyini gözləyirik…

16.07.2026 / 09:22
Odessa sahillərində hücuma məruz qalmış gəmidəki azərbaycanlılar ölkəmizə yola salındı

16.07.2026 / 09:17
Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalandı

16.07.2026 / 09:10
Ceyhun Bayramov Rusiyaya getdi

16.07.2026 / 08:22
ABŞ-ın İrana ikinci həmləsi Kuba məsələsini arxa plana atdı - gündəmdən çıxarmadı

16.07.2026 / 07:30
Bosforda qayıqlar xatirə korteji təşkil etdi

16.07.2026 / 07:10
ABŞ vitse-prezidenti İsrailin ölkəsinin İran siyasətinə təsirini absurd adlandırdı

16.07.2026 / 06:39
Netanyahu ailəsi post-Baş nazirlik dövrünə hazırlaşır(?)..

15.07.2026 / 23:29
Almaniyada seçki gərginliyi - Kansler ABŞ-a açıq şəkildə xəbərdarlıq etdi...

15.07.2026 / 22:31
İrandan ABŞ-a açıq mesaj - hazırda danışıqlar üçün heç bir planımız yoxdur...

15.07.2026 / 21:44
Əliyevin bəyanatı Kremli yanlış şəkildə dilə gətirdi...

15.07.2026 / 21:20
Tikilməkdə olan 10 böyük gəmi Azərbaycanın daşıma gücünü əsaslı dərəcədə artıracaq...

15.07.2026 / 20:49
Tramp olmasaydı, Bakı-İrəvan sülhünün hazırkı çərçivəsi olmazdı...

15.07.2026 / 20:31
İlham Əliyev Makrona çətin seçki ərəfəsində şans verdi...

15.07.2026 / 20:08
Borrel elə idi, Lyayen, Koşta belədir - Avropa qurumlarının qərəzi suverenliyin bərpasından sonra daha da qızışdı...

15.07.2026 / 19:35
Tramp İranın ABŞ-a qarşı “böyük boksçu” kimi döyüşdüyünü deyir - məğlub etdiyinizi düşünürsünüz, amma...

15.07.2026 / 19:12
Azərbaycanın “orta gücə çevrilmə kriteriyaları” üzərində dərin müzakirələr başladı...

15.07.2026 / 18:26
Samux rayonunda kütləvi zəhərlənmə - 7-si azyaşlı olmaqla 10 nəfər...

15.07.2026 / 18:14
Tramp Putinə çağırış etdi – “Vladimir, dayanmağın vaxtıdır”...

15.07.2026 / 18:09
Slovakiya Prezidenti “Sea Breeze”də... - FOTO

15.07.2026 / 17:50
"Azərbaycan ilə Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

15.07.2026 / 17:36
Tovuzda həyat yoldaşına 14 il zorakılıq etməkdə şübhəli bilinən kişi saxlandı

15.07.2026 / 17:23
Mədəni irsə yeni yanaşma: Qarabağ abidələrinin konservasiyası və rəqəmsal bərpası - memar Rizvan Qarabağlıdan maraqlı təklif...

15.07.2026 / 17:03
İrandan ABŞ-ın dəniz blokadasına sərt reaksiya – neft ixracı ya hamıya açıq olacaq, ya da heç kimə...

15.07.2026 / 16:43
ABŞ-la İran Hörmüzdə "0" nöqtəyə qayıtdılar - boğazda yığılacaq pulları bölə bilmirlər...

15.07.2026 / 16:24
Türkiyədə uzman təhsili alan azərbaycanlı həkimlərə 647 manat aylıq da çox görülür...

15.07.2026 / 16:20
“İnsan haqları daxili məsələ deyil” deyənlər Bakının anti-müstəmləkə gedişlərinə dözmədi...

15.07.2026 / 16:07
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasında dəyişiklik edildi

15.07.2026 / 16:04
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirilir

15.07.2026 / 16:01
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edildi

15.07.2026 / 16:00
Venesuela tamamilə ABŞ-ın nəzarətinə keçir, hakimiyyət Vaşinqtondakı səfirə təhvil verilir...

15.07.2026 / 15:48
Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi - riskli bölgələrdə işləməyin...

15.07.2026 / 15:35
Əli Əsədov Slovakiya Prezidenti ilə görüşüb - FOTO

15.07.2026 / 15:15
TRIPP marşrutu ətrafında yeni ABŞ, İran, Rusiya, Ermənistan gərginliyi...

15.07.2026 / 15:07
ABŞ İrana qarşı yeni hücumlara başladı...

15.07.2026 / 14:30
Avropa Şurasının baş katibi Əliyevdən xahiş etdi, lakin xahişə uyğun heç nə etmədi... Təəssüf...

15.07.2026 / 14:10
İran parlamenti ABŞ- la Memorandumu rəsmən ləğv edə bilər - Tramp 180 deputatı qəzəbləndirib....

15.07.2026 / 14:06
Azərbaycan öz coğrafi imkanlarını geosiyasi və geoiqtisadi üstünlüyə necə çevirdi.....(?)

15.07.2026 / 14:03
Bakının Rusiyadan ən çox neft alan 5 tərəfdən biri olması yalanı yenə dövriyyədə...

15.07.2026 / 13:21
Ukrayna Azovdan sonra Qara dənizdə də Rusiya gəmilərinin “ovuna” başladı - bir gecədə 20 tanker vuruldu...

15.07.2026 / 13:20
Azərbaycanla Orta Asiyanın “vahidləşməsinin yolu” buradan keçdi...

15.07.2026 / 12:52
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlandı

15.07.2026 / 12:45
Rusiya Ukrayna dronları ilə təxribat törədib NATO-ya hücum edə bilər - Polşadan xəbərdarlıq...

15.07.2026 / 12:17
Azərbaycanda diplomların elektron formatda verilməsinə başlandı

15.07.2026 / 12:12
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi narkomanlıqla mübarizə üzrə maarifləndirici tədbir keçirdi... - VİDEO

15.07.2026 / 12:01
15 İyul şəhidləri Bakıda da anıldı

15.07.2026 / 11:56
Azərbaycan-Slovakiya: Qarşılıqlı etimad və dərin hörmətə əsaslanan strateji tərəfdaşlıq

15.07.2026 / 11:46
“Yaxın gələcəkdə şirin su ehtiyatlarının qorunması strateji məsələ olacaq” - Sadıq Qarayev

15.07.2026 / 11:37
Pezeşkiandan İran dövlət televiziyasına sərt sözlər - “bir tərəfdə ordu, digər tərəfdə hökumət”...

15.07.2026 / 11:25
Fransa millisinin məğlubiyyəti Parisi qarışdırdı - avtomobillər, velosipedlər yandırıldı...

15.07.2026 / 11:07
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub - FOTO

15.07.2026 / 11:04
Mağazaların hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakim hüquqi izah verdi...

15.07.2026 / 10:43
Azərbaycan elektron hökumətin inkişafı indeksində ilk 40 ölkə sırasına daxil olmağı hədəfləyir

15.07.2026 / 10:37
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanladı

Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

XƏBƏR ARXİVİ