Bazar günü günü, 20 sentyabr 2026
     

Şuşa Forumundan Rusiya daha çox əndişəyə düşdü... Kritik 3 məsələ...

Image


Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq miqyasda da xüsusi diqqət mərkəzində oldu. Bunu dövlət başçısının çıxışına dünya mediasının geniş diqqət ayırması, eləcə də verilən müxtəlif reaksiyalar fonunda görmək mümkündür. Rusiyada da Azərbaycan liderinin səsləndirdiyi fikirlər geniş müzakirə predmetinə çevrilib. Əsas səbəblərdən biri İlham Əliyevin səsləndirdiyi həqiqətlərin Rusiyada narazılqıla qarşılanması, qıcıq yaratmasıdır.

Qeyd edilənlər fonunda “Media Gordon Ukraine”ın təsisçisi və jurnalisti Dmitri Qordonun sualına İlham Əliyevin cavabı yenə də geniş rezonans doğurdu. Sualında Qordon qeyd edib: “Düz bir il əvvəl bu salonda sizdən soruşdum: Ukraynaya nə məsləhət görərdiniz? Siz isə cavab verdiniz: işğalı heç vaxt qəbul etməyin. Bir il keçdi və çox şey dəyişdi... Belə bir yeni vəziyyətdə bu gün Ukraynaya hansı məsləhəti verərdiniz? Bəlkə belə bir sual da verim: Mənim fikrimcə, artıq heç bir yaxşı çıxış yolu olmayan Putinə bu gün hansı məsləhəti verərdiniz?”. Buna cavabında prezident İlham Əliyev qeyd edib: “Sizin ötənilki sualınıza və mənim tövsiyəmə gəldikdə, zənnimcə, nə Ukrayna xalqı, nə də Ukrayna hökumətinin mənim məsləhətimə ehtiyacı yox idi, amma mən onu bu gün də təkrar edəcəyəm: Heç vaxt işğalla barışmamaq. Ukrayna bunu edir. O, işğalla barışmır. Bu il ərzində çətin məqamlar olsa da, biz gördük, bilirik və eşitdik ki, müəyyən dairələr mahiyyətcə işğalın qanuniləşdirilməsi, döyüş əməliyyatlarının dayandırılması şərti ilə təzyiq göstərirdi. Amma Ukrayna xalqı və onun rəhbərliyi bunu qəbul etmədi. Qarşı tərəfə məsləhətlərə gəldikdə, əgər onlar məndən soruşsalar, əlbəttə ki, məsləhət verərəm… Fikrimcə, bu müharibəni dayandırmağın və həm də dərhal dayandırmağın lazım olduğu çoxdan başa düşülməli idi… Azərbaycanın mövqeyinə gəldikdə, o, dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq”. Tamamilə hüquqa əsaslanan və hansısa təhrifin olmadığı bu cavab Rusiyada, gözlənildiyi kimi, ciddi qıcıq yaratdı. Kremlin sözçüsü Dmitri Peskovun fikirləri də bunun təsdiqi oldu. Peskov bildirdi ki, Rusiya Azərbaycan prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstək bildirən mövqeyini yanlış sayır: “Hesab edirik ki, bu mövqe yanlışdır. Və bütün kanallar vasitəsilə ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik”. O əlavə edib ki, Rusiyanın tərəfdaşı olan bir sıra ölkələr Moskvanın qəti razılaşmadığı mövqe tutur: “Bununla yanaşı hesab edirik ki, bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas deyil. Burada biz praqmatik yanaşmaya üstünlük veririk. Münasibətlərimizi hərtərəfli inkişaf etdirməliyik, xüsusilə də Azərbaycan kimi ölkə ilə”. Amma Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsidir. Bu prinsip ölkənin beynəlxalq münasibətlərdə tutduğu mövqenin əsasını təşkil edir və müxtəlif beynəlxalq münaqişələrə yanaşmasında öz əksini tapır. Məhz bu siyasətin davamı olaraq Azərbaycan Ukraynanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Bu mövqe həm beynəlxalq hüququn prinsiplərinə əsaslanır, həm də Azərbaycanın öz milli maraqları ilə sıx bağlıdır. Azərbaycanın bu mövqeyi BMT Nizamnaməsinin əsas prinsipləri ilə tam uyğunluq təşkil edir. BMT Nizamnaməsinə görə, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyi qorunmalı, sərhədlər güc yolu ilə dəyişdirilməməlidir. Azərbaycan bu prinsiplərin universal xarakter daşıdığını bildirərək onların bütün ölkələrə bərabər şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayır. Azərbaycan eyni zamanda Ukraynaya humanitar yardım göstərən ölkələrdən biridir. Müharibədən zərər çəkmiş əhaliyə tibbi ləvazimatlar, elektrik avadanlıqları, generatorlar və digər humanitar yüklərin göndərilməsi Azərbaycanın humanitar siyasətinin tərkib hissəsidir. Bu yardımlar münaqişədən əziyyət çəkən mülki əhalinin dəstəklənməsinə yönəlmişdir və humanizm prinsiplərinə əsaslanır. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi Rusiya ilə münasibətlər fonunda da diqqətlə balanslaşdırılmış siyasətin nümunəsi hesab olunur. Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qorumağa çalışır, eyni zamanda beynəlxalq hüququn prinsiplərinə sadiq qaldığını bildirir. Bu yanaşma ölkənin balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun göstəricisidir. O səbəbdən Rusiyanın Bakının bu yanaşmasından qıcıqlanması tamamilə absurddur.

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda daha bir mühüm məqam Dünya İnformasiya Agentlikləri İttifaqının sədri, TASS informasiya agentliyinin sabiq direktor müavini Mixail Qusmanla bağlı oldu. Mixail Qusman, eləcə də politoloq Sergey Markov ötənilki forumda Azərbaycanla bağlı müsbət mövqelərinə görə Moskvanın qəzəbinə tuş gəldilər. Bunu prezident İlham Əliyev də diqqətə çatdırdı: Bilməyənlər üçün deyim ki, keçən il məhz bu forumda mənə verilən bir suala görə, - düşünürəm ki, o, eyni yerdə oturmuşdu, - bəli, onilliklərini həsr etdiyi, əslində rəhbərlik etdiyi və TASS-ın beynəlxalq xəbər agentliyi kimi inkişafı üçün çox iş gördüyü təşkilatdakı vəzifəsindən uzaqlaşdırıldı. Keçən il Rusiyadan başqa zərərçəkənlərimiz də oldu, amma bu gün onu görmədim. Ola bilər ki, artıq həbs ediblər. Allah qorusun, əlbəttə ki, Allah ona cansağlığı qismət eləsin. Amma birini sadəcə Azərbaycan prezidentinə müsbət sual verdiyinə görə vəzifəsindən azad ediblər, digəri isə sadəcə Azərbaycan haqqında müsbət fikirlər söylədiyi üçün xarici agent elan olunub. Ona görə də, Aleksey, ehtiyatlı ol”. Azərbaycan ilə Rusiya arasında münasibətlər uzun illər strateji tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində inkişaf etsə də, son dövrlərdə iki ölkə arasında müəyyən gərginliklər yaşanıb. Xüsusən də Rusiyanın AZAL təyyarəsini vurmasından sonra. Bu gərginlik fonunda Rusiyada Azərbaycanı açıq şəkildə dəstəkləyən şəxslərin və Azərbaycan diasporunun bəzi nümayəndələrinin hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşməsi diqqətdən yayınmır. Bəzi hallarda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar Azərbaycan diasporunun nümayəndələrinə və ya Azərbaycanla əlaqəli şəxslərə də təsir göstərib, onların təqibi ilə nəticələnib. Beynəlxalq hüquq baxımından hər bir dövlət öz ərazisində qanunların icrasını təmin etmək səlahiyyətinə malikdir. Bununla yanaşı, insan hüquqları üzrə beynəlxalq standartlara əsasən, hüquq-mühafizə tədbirləri zamanı şəxslərin etnik mənsubiyyətinə, vətəndaşlığına və ya siyasi baxışlarına görə ayrı-seçkiliyə yol verilməməli, qanun qarşısında bərabərlik prinsipi təmin edilməlidir. Rusiyada Azərbaycanı dəstəkləyən şəxslərin sistemli şəkildə təqib edilməsi də yolverilməzdir. Bundan başqa, Rusiyanı narazı salan daha bir məqam 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi və bunun prezident İlham Əliyev tərəfindən açıq mətnlə bəyan olunmasıdır. Hələ ötən il İlham Əliyev “Əl-Ərbəiyyə” telekanalına müsahibəsində 1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasını Rusiyanın işğalı adlandırıb. Bunlar Rusiya mətbuatında və sosial mediada geniş işıqlandırılıb, müzakirələrə və tənqidlərə səbəb olub. Halbuki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli demokratik respublika idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət müstəqil daxili və xarici siyasət həyata keçirmiş, beynəlxalq səviyyədə tanınmağa başlamışdı. Lakin 1920-ci ilin aprelində XI Qırmızı Ordu Azərbaycan sərhədlərini keçərək Bakıya daxil oldu və nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı. Bu səbəbdən Azərbaycan tarixşünaslığında həmin hadisələr ölkənin müstəqilliyinin xarici hərbi müdaxilə nəticəsində sona çatması, yəni Sovet Rusiyasının işğalı kimi qiymətləndirilir. İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər də bu tarixi yanaşmanın davamıdır. Prezident müxtəlif çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan 1920-ci ildə müstəqilliyini itirib, yalnız 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edib. Bu yanaşmaya görə, sovet hakimiyyətinin qurulması ölkə daxilində baş vermiş adi siyasi hakimiyyət dəyişikliyi deyil, xarici hərbi qüvvənin iştirakı ilə həyata keçirilmiş proses idi. Azərbaycanın bu mövqeyini dəstəkləyən əsas arqumentlərdən biri XI Qırmızı Ordunun hərbi müdaxiləsi faktıdır. Tarixi mənbələr göstərir ki, bolşevik ordusu Azərbaycan ərazisinə daxil olub, bundan sonra ölkədə sovet hakimiyyəti qurulub. Sonrakı dövrdə Azərbaycan Sovet Sosialist Respublikası yaradılsa da, onun xarici siyasəti və əsas dövlət qərarları Moskvanın nəzarəti altında olub, 1922-ci ildə isə Azərbaycan SSRİ-nin tərkibinə daxil edilib. Azərbaycan tarixçilərinin əhəmiyyətli hissəsi bu hadisələri dövlət müstəqilliyinin itirilməsi kimi qiymətləndirir. Rusiyada isə bu hadisələrə fərqli yanaşma mövcuddur. Rusiyanın rəsmi tarix siyasətində Sovet İttifaqının yaranması daha çox ortaq dövlət quruculuğu prosesi kimi təqdim edilir. Azərbaycan üçün 1918–1920-ci illər dövlətçilik tarixinin mühüm mərhələsi, 1920-ci ilin aprel hadisələri isə həmin müstəqilliyin itirilməsi kimi qəbul edilir. Məhz buna görə də Prezident İlham Əliyevin bu hadisələri Rusiyanın işğalı adlandırması tamamilə doğrudur, real tarixi özündə əks etdirir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ