İran ABŞ-a qarşı müharibədə böyük boksçu keyfiyyətlərini nümayiş etdirir. İslam Respublikası Vaşinqtonun çoxsaylı zərbələrinə baxmayaraq, döyüşmək iradəsini qoruyub saxlayır. Bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
ABŞ prezidenti Fox News-a verdiyi müsahibədə bildirib ki, İran zəifləyib, amma yenə də müqavimət göstərir: "Onlar çox zəifləyiblər, amma yenə də müqavimət göstərmək iradəsinə malikdirlər. Bu, böyük bir boksçu ilə olduğu kimidir - onu məğlub etdiyinizi düşünürsünüz, amma birdən geri qayıdıb sizə zərbə endirir".
Tahir TAĞIYEV