Azərbaycanda təhsil sənədlərinin elektron formatda təqdim olunması istiqamətində işlər yekunlaşmaq üzrədir və ilk elektron diplom artıq məzunlara təqdim edilib.
Bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, ilk elektron diplom peşə təhsili üzrə məzunlara verilib: “Sistem elə qurulub ki, təhsil müəssisəsi məzunun məlumatlarını təsdiqləyib elektron imza ilə imzaladıqdan sonra diplom avtomatik formalaşdırılır. Yaxın vaxtlarda elektron sertifikatlar və attestatlar da vətəndaşlar üçün “Mygov” platformasında əlçatan olacaq”.
ZÜMRÜD