Bazar günü günü, 20 sentyabr 2026
     

"Azərbaycan ilə Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

Image


Xarici siyasət uğurlarımızın mühüm tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan hər zaman əməkdaşlığa böyük önəm verdiyini real addımları ilə nümayiş etdirir. İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri də bu qəbildəndir. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra qürurverici hadisələr sırasında Prezident İlham Əliyevin bu və ya digər ölkələrin dövlət başçısını azad Qarabağda və Şərqi Zəngəzurda qarşılamasını qeyd edirik. Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi də Şuşada reallaşdı. Həmçinin Şuşada prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Görüşlərdə müzakirə olunan məsələlər, ikitərəfli gündəliyin genişliyi bir daha iki ölkə arasında münasibətlərin məzmun və intensivlik baxımından yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi. Siyasi dialoqun fəallaşması, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, müdafiə sənayesi, nəqliyyat, humanitar sahələrdə yeni istiqamətlərin formalaşması, eləcə də Qarabağın bərpasında birgə layihələrin həyata keçirilməsi fonunda Bakı ilə Bratislava arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Hazırda Qarabağın bərpası Azərbaycan-Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin “Concago j.s.a.” şirkəti və onun yerli tərəfdaşı “IMA ENERGY” MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir. Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış oldular, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü ildə qurulub. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ildə fəaliyyətə başlayıb, 2019-cu ildə Bakıda, 2023-cü ildə isə Bratislavada səfirliklər açılıb. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər, eyni zamanda, hüquqi baza rolunu oynayan sənədlərin imzalanması əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin ötən ilin dekabrında Slovakiyaya ilk rəsmi səfəri münasibətlərimizdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirildi. Həmin rəsmi səfər çərçivəsində imzalanmış sənədlər, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi ilə Slovakiya Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki ölkə arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verib. Ondan öncə isə 2024-cü ildə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri reallaşmışdı. Prezident İlham Əliyev ilk dəfə bu ölkədə 2004-cü ildə işgüzar səfərdə olub. Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı keçirilən görüşlərin yekununda Azərbaycanla Slovakiya arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması ilə tərəflər arasında strateji tərəfdaşlığın hüquqi-siyasi əsasları rəsmiləşdirildi. İmzalanmış sənədlər Azərbaycan ilə Slovakiya arasında siyasi dialoqun daha da dərinləşməsi, eləcə də ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ötən il Slovakiyaya rəsmi səfəri zamanı keçirilən görüşlərdə müzakirəyə çıxarılan məsələlər, bu və ya digər sahələrdə əməkdaşlıq üçün mövcud imkanların təhlili tərəflərin əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafında maraqlı olduğunu təsdiqlədi. Azərbaycanın Avropa İttifaqı, o cümlədən quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Slovakiyanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına dəstəyi daim yüksək qiymətləndirilir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin dəvəti ilə Prezident Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişafının və yüksəksəviyyəli siyasi dialoqun ardıcıl xarakter daşıdığının göstəricisidir. Prezident Peter Pelleqrininin Azərbaycana hazırkı səfəri strateji tərəfdaşlığın artıq siyasi bəyanatlardan praktiki əməkdaşlıq mərhələsinə keçdiyini, qarşılıqlı etimadın möhkəmləndiyini və ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə daha da dərinləşməsi üçün əlverişli zəmin formalaşdırdığını nümayiş etdirir. Hazırda Bakı ilə Bratislava arasında münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə konkret layihələr və qarşılıqlı faydalı təşəbbüslər əsasında inkişaf edir. Yüksəksəviyyəli siyasi iradə və qarşılıqlı etimad Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb. Xüsusilə 2021-ci ildə imzalanan iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş və onun əsasında yaradılan Birgə İşçi Qrupu sənaye, kənd təsərrüfatı, logistika, innovasiya və investisiya istiqamətlərində yeni layihələrin həyata keçirilməsi üçün institusional mexanizm formalaşdırıb.

Milli Məclisin deputatı bildirib ki, Slovakiya Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində Şuşada prezidentlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlər Azərbaycan-Slovakiya münasibətlərinin aydın ifadəsini yaradır. Belə ki, “Şadam ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm” söyləyən Prezident İlham Əliyev onu da vurğuladı ki, doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər. Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, enerji sahəsi Azərbaycan-Slovakiya əməkdaşlığının strateji istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Slovakiya enerji təchizatının şaxələndirilməsinə böyük önəm verir. Azərbaycan isə etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyində rolunu ardıcıl şəkildə gücləndirir. Bu baxımdan, “Həmrəylik Halqası” təşəbbüsü Xəzər regionunun enerji resurslarının Mərkəzi və Şərqi Avropaya çatdırılmasını təmin edən mühüm regional layihələrdən biri hesab olunur. Səfər çərçivəsində keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda bir daha bu reallıqlara diqqət yönəldildi. Qeyd edildi ki, bu forum yeni işgüzar əlaqələr qurmaq, investisiyaları təşviq etmək və birgə layihələr hazırlamaq üçün əla imkan yaradır. Slovakiyanın Baş nazirinin müavini - iqtisadiyyat naziri Denisa Sakova qeyd etdi ki, Azərbaycan nəinki etibarlı enerji tərəfdaşı, həm də regionları və bazarları birləşdirən mühüm logistika qovşağı kimi getdikcə daha vacib rol oynayır. Energetika iqtisadi əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Təbii qaz mənbələrinin və nəql marşrutlarının şaxələndirilməsi həm Slovakiya, həm də Avropa üçün olduqca vacibdir və biz Azərbaycanın regionumuzun enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk. Eyni zamanda, əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. Slovakiya şirkətləri artıq Azərbaycanın müasirləşdirilməsinə öz töhfələrini verir və biz Qarabağın yenidən qurulmasında iştirak etmək imkanını çox yüksək dəyərləndiririk. Baş Qərvənddəki “ağıllı kənd” layihəsi Slovakiya texnologiyalarının və təcrübəsinin insanların həyatını yaxşılaşdıran praktiki həlləri necə təqdim edə biləcəyinə dair mükəmməl bir nümunədir.

Millət vəkili bildirib ki, səfər çərçivəsində prezidentlərin görüşündə, mətbuata bəyanatlarında səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, əlaqələrin inkişafı üçün bütün imkanlar mövcuddur. Azərbaycan ilə Slovakiya arasında müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin inkişaf edən istiqamətlərindən biridir. İki ölkə arasında yaradılmış hüquqi baza və həyata keçirilən müdafiə sənayesi layihələri hərbi-texniki əlaqələrin dərinləşdirilməsinə, müdafiə sənayesi potensialının artırılmasına, uzunmüddətli tərəfdaşlığın inkişafına mühüm zəmin yaradır. Biznes-forumda o da qeyd olundu ki, tərəflər, həmçinin infrastruktur, rəqəmsallaşma, sənaye istehsalı, su idarəçiliyi və qabaqcıl texnologiyalar sahələrində də mühüm imkanlar görür.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ