Malayziyada İsrail vətəndaşlarının Forest City özəl yaşayış kompleksinin tikintisində iştirak etməsi xəbərlərindən sonra ölkənin Baş naziri Ənvər İbrahim onların dərhal ölkədən deportasiya ediləcəyini bildirib.
"Əgər hər hansı bir İsrail vətəndaşı tapsaq, onu dərhal deportasiya edəcəyik, çünki biz İsraili tanımırıq", - deyə o qeyd edib.
Yerli medianın verdiyi məlumata görə, İsrail pasportu daşıyanlar Malayziyaya icazəsiz daxil ola bilməzlər, çünki Malayziya İsrail ilə diplomatik əlaqələrə malik deyil.
Tahir TAĞIYEV