ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəyə son qoymaq üçün razılığa gəlməyə hazır olduğuna inandığını bildirib.
Rusiya lideri ilə söhbətini xatırladan Tramp deyib: "Ona həmişə eyni şeyi deyirəm. Böyük detallara girmək istəmirəm, amma bu belədir: “Vladimir, dayanmağın vaxtıdır. Bu müharibənin bitməsinin vaxtıdır”. Düşünürəm ki, o, razılığa gəlməyə hazırdır, amma bu, birtərəfli ola bilməz; tanqo üçün iki nəfər lazımdır deyirəm”.
Tramp 2025-ci ilin yanvar ayında prezidentliyə başladıqdan sonra verdiyi açıqlamalarda Rusiya-Ukrayna müharibəsinə son qoyacaq bir razılaşma əldə ediləcəyinə söz vermişdi.
Tahir TAĞIYEV