çərşənbə günü, 23 sentyabr 2026
     

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

Image


Azərbaycanın davamlı iqtisadi inkişaf strategiyasında regionların sosial-iqtisadi inkişafı xüsusi yer tutur. Ölkənin müxtəlif bölgələri arasında mövcud olan inkişaf fərqlərinin azaldılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və iqtisadi potensialın səmərəli istifadəsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə həyata keçirilən dövlət proqramları regionların iqtisadi imkanlarının genişlənməsinə, infrastrukturun müasirləşdirilməsinə və sosial rifahın yüksəldilməsinə mühüm töhfələr verib. Xüsusilə son illərdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionların sosial-iqtisadi inkişaf siyasətinin yeni mərhələsini formalaşdırır.

Azad olunmuş ərazilərdə şəhər-universitet modeli iqtisadi tərəqqiyə yeni təkan verir

Regionlarda yeni müəssisələrin yaradılması, sahibkarlığın dəstəklənməsi və infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində iqtisadi fəallıq əhəmiyyətli dərəcədə artıb. Yol, enerji, su təchizatı və rabitə sistemlərinin yenilənməsi bölgələrin investisiya cəlbediciliyini yüksəldib və əhalinin yaşayış şəraitini yaxşılaşdırır. Bu, azad olunan ərazilər timsalında da özünü qabarıq büruzə verir. Hazırda diqqət mərkəzində yer alan əsas məqamlardan biri həmin ərazilərdə inkişaf dinamikasını daha sürətli hala gətirməkdir. Bunun üçün istifadə edilən mexanizmlərdən biri də güzəştlərdir.

Məsələ ilə bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edir: “Növbəti mərhələdə biz Böyük Qayıdışa dair İkinci Dövlət Proqramı çərçivəsində vergi, gömrük, sosial ödənişlər və kommunal bağlantılar üzrə güzəştləri nəzərdə tutaraq, güzəşt müddətlərinin uzadılmasını, yeni təşviq mexanizmlərinin tətbiqini, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini, o cümlədən kredit faizlərinin subsidiyalaşdırılması və digər alətləri, geoloji tədqiqatların davam etdirilməsini və insan kapitalının gücləndirilməsini əsas hədəflər kimi müəyyənləşdirəcəyik”. Bu da o deməkdir ki, azad edilən ərazilərin dinamik tərəqqisi davam etdiriləcək. Bu, dünya miqyasında da yüksək qiymətləndirilir. Məsələn, İtaliyadan olan siyasi analitik Domeniko Letitsiyanın sözlərinə görə, azad edilmiş ərazilərin genişmiqyaslı bərpası beynəlxalq diqqəti cəlb edib: “Bu təşəbbüs bir sıra infrastruktur layihələri kimi deyil, qabaqcıl geosiyasi, sosial və texnoloji laboratoriya kimi qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında möhkəm siyasi və iqtisadi əlaqələr, eləcə də hər iki ölkənin sənaye və layihələndirmə mədəniyyətinin oxşarlığı əməkdaşlığın böyük strateji potensiala malik olmasına zəmin yaradır. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının inkişafı, o cümlədən Ağalıda həyata keçirilən pilot layihə xüsusi diqqət cəlb edir. Azərbaycan azad edilmiş əraziləri aparıcı “Smart City” və “Smart Village” konsepsiyaları əsasında inkişaf etdirir. İtaliya isə şəhərlərin yenidən canlandırılması və qabaqcıl texnologiyaların mürəkkəb tarixi və həssas ərazilərə uyğunlaşdırılması sahəsində dərin təcrübəyə malikdir. Qarabağın bərpası Azərbaycanın mədəni paytaxtı olan Şuşa şəhəri kimi qədim mərkəzlərin tarixi və mədəni kimliyinin qorunması, bərpası və təbliği ilə bağlı mühüm məsələni gündəmə gətirir. Qarabağın bərpası istiqamətində göstərilən səylər İtaliya üçün özünün “şəhər humanizmi” konsepsiyasını ixrac etmək baxımından unikal imkan yaradır. Bu modeldə qabaqcıl texnologiyalar və yaşıl keçid tarixi silmir, əksinə, sosial inteqrasiyaya, vətəndaşların rifahına və kollektiv yaddaşın qorunmasına xidmət edir”.​

Daha bir mühüm nüans odur ki, Azərbaycan azad olunan ərazilərdə tərəqqi üçün innovativ addımlar da atır. Buna misal kimi iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edir ki, dövlət tərəfindən şəhər-universitet, universitet-şəhər modelinin həyata keçirilməsi uzunmüddətli dövrdə bizə böyük iqtisadi dividendlər də verəcək. Xankəndi şəhərindəki Qarabağ Universiteti buna misal kimi göstərilir. Mikayıl Cabbarov bildirib ki, bu, yalnız o şəhərin canlanması, orada tələbə və müəllim-professor heyətinin formalaşması deyil, həmçinin yaradıcı iqtisadiyyatın faktiki olaraq oraya gətirilməsidir: “Nəzərə almaq lazımdır ki, həm Qarabağda, həm də Şərqi Zəngəzurda bizim hər zaman yaradıcılıqla bağlı tərəfimiz güclü olub. Düşünürəm ki, bugünkü iqtisadi model və yanaşmalar, xüsusilə də Qarabağ Universitetində təhsilin müxtəlif dillərdə həyata keçirilməsi və onun mövcud iqtisadi ekosistemlə bağlantısı o bölgənin iqtisadi potensialının artırılmasına çox böyük töhfə verəcək”.

Regionlarda əhalinin sosial xidmətlərə çıxış imkanları yaxşılaşdırılır

O da faktdır ki, dövlət tərəfindən qəbul edilən regional inkişaf proqramları iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsinə şərait yaradıb. Neft sektorundan asılılığın azaldılması məqsədilə qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət yetirilir. Mikayıl Cabbarov da bununla bağlı maraqlı nüanslara diqqət edərək bildirib: “Əgər 2025-ci ildə iqtisadiyyatımızın, ümumi daxili məhsulun strukturuna nəzər salsaq görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. Biz 20 il əvvəlki dövrə nəzər salsaq, bu rəqəm 45 faizə çatmırdı, 43,5–43,6 faiz civarında idi. Bu, keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət uğurludur”.

Onu da qeyd edək ki, regionlarda kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sahədə subsidiya mexanizmlərinin tətbiqi, sənaye parklarının və aqroparkların yaradılması regionların iqtisadi potensialını artırır. Bunun nəticəsində kənd yerlərində məşğulluq səviyyəsi yüksəlir, əhalinin gəlirləri artır və daxili miqrasiya meylləri müəyyən qədər zəifləyir. Təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və yenidən qurulması əhalinin sosial xidmətlərə çıxış imkanlarını yaxşılaşdırır. Müasir məktəblərin, xəstəxanaların və idman komplekslərinin istifadəyə verilməsi insan kapitalının inkişafına xidmət edir. Bununla yanaşı, sosial müdafiə tədbirləri və məşğulluq proqramları əhalinin rifah səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Nəqliyyat infrastrukturunun yenidən qurulması azad edilmiş ərazilərin inkişafında mühüm əhəmiyyət daşıyır. Yeni avtomobil yollarının, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi bölgənin iqtisadi inteqrasiyasını sürətləndirir. Müasir nəqliyyat şəbəkəsi investisiyaların cəlb edilməsinə, ticarət əlaqələrinin genişlənməsinə və əhalinin rahat hərəkətinə şərait yaradır. Bu infrastruktur layihələri həm də Azərbaycanın regional logistika imkanlarını gücləndirir. Bu fonda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi də təsadüfi deyil. Uzun illər ərzində dağıdılmış və iqtisadi fəaliyyətdən məhrum qalmış bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Məqsəd yalnız dağıdılmış infrastrukturun bərpası deyil, həm də müasir və dayanıqlı inkişaf modelinin formalaşdırılmasıdır. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ölkənin ümumi inkişaf strategiyasının vacib tərkib hissəsidir. Son illərdə həyata keçirilən dövlət proqramları regionların iqtisadi potensialının artırılmasına, sosial rifahın yüksəldilməsinə və infrastrukturun müasirləşdirilməsinə mühüm töhfələr verib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri isə bu siyasətin ən parlaq nümunələrindən biridir. Həmin ərazilərin müasir inkişaf prinsipləri əsasında yenidən qurulması Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına, regional tarazlığın təmin edilməsinə və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ