çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

Image


Uşaq və yeniyetmələrin sosial şəbəkələrin zərərlərindən və təhlükələrindən qorunması üçün dövlət səviyyəsində mühüm addımlar atılır. Bu addımlar zərurətdən atılır və onları vacib edən amillər çoxdur. Çünki müasir dövrdə uşaqların üzləşdikləri risklər sürətlə dəyişir. Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi, sosial şəbəkələrin təsirinin artması, kiberbullinq, onlayn təhlükələr və psixoloji sağlamlıqla bağlı məsələlər həm valideynləri, həm də mütəxəssisləri narahat edən əsas mövzulardandır.

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi qanunda öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6000 manatdan 7000 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manat manatdək məbləğdə cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər 7000 manatdan 8000 manatadək məbləğdə, hüquqi şəxslər 25 min manatdan 30 min manatdək məbləğdə cərimə ediləcək.

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:

fərdi rəqəmsal hesabın yaradılması zamanı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 - 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;

16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;

16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;

toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;

fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə

vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 35 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıdakı nəzərdə tutulmuş bütün xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 9000 manatdan 10 min manatadək məbləğdə, hüquqi şəxslər 45 min manatdan 50 min manatadək məbləğdə cərimə ediləcək.

Yeniyetmələrin, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ailə və demoqrafiya məsələlərinə öz təsirini necə göstərəcək?

Ekspertlərin sözlərinə görə, yeniyetmələrin və uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ailədaxili ünsiyyəti gücləndirə, valideyn nəzarətini artıra və uşaqların psixi sağlamlığını qorumaqla gələcəkdə daha sağlam ailə modellərinin yaranmasına şərait yaradacaq. Bu, real sosial bacarıqların inkişafına və demoqrafik baxımdan ailə dəyərlərinin möhkəmlənməsinə müsbət təsir göstərən amillərdən biridir. Ailə münasibətlərinə təsirinə gəlincə, ekran vaxtının azalması ailə üzvləri arasında canlı ünsiyyəti və qarşılıqlı anlaşmanı artırır. Valideynlər övladlarının rəqəmsal təhlükəsizliyinə və tərbiyəsinə daha aktiv nəzarət edirlər. Virtual aludəçilikdən yaranan gərginlik və əsəbilik hallarının qarşısı alınır.

Yeniyetmələrdə depressiya, təşviş və kiberbullinq riskləri azalır. Gənclər virtual xülyalar əvəzinə real həyatda ünsiyyət qurmağı və gələcəkdə ailə qurmaq üçün zəruri olan sosial bacarıqları öyrənirlər. Fiziotnoloji inkişaf və yuxu rejimi normallaşır ki, bu da uzunmüddətli perspektivdə cəmiyyətin ümumi sağlamlıq göstəricilərinə müsbət təsir edir.

Sosioloqlar hesab edir ki, ailə və demoqrafiya məsələlərində sosial şəbəkələrdən müdafiə (rəqəmsal təhlükəsizlik və tənzimləmə) ənənəvi dəyərlərin qorunmasında, gənc nəslin zərərli məzmunlardan mühafizəsində və sağlam ailə mühitinin dəstəklənməsində həlledici rol oynayır. Bu mexanizmlər dezinformasiya, kiberbullinq və mənfi davranış modellərinin qarşısını alaraq demoqrafik sabitliyə töhfə verir.

Zərərli məzmunun məhdudlaşdırılması da burada diqqəti çəkir.

Ailə institutunu ləkələyən, aqressiya və ya qeyri-sağlam həyat tərzini təbliğ edən destruktiv kontentə qarşı filtrlərin tətbiqi. Yeniyetmələrin və gənclərin sosial şəbəkələrdə asılılıqdan, kiberhücumlardan və onlayn zorakılıqdan müdafiəsi. Valideynlərin və uşaqların rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılması.

Sosial şəbəkələrdə ailə planlaması və sağlam münasibətlərlə bağlı müsbət nümunələrin və maarifləndirici kampaniyaların təbliği. Cəmiyyətdə ailə qurmağa motivasiya yaradan sosial dəstək mesajlarının və dövlət siyasətinin düzgün işıqlandırılması.

Bu fikirlər mütəxəssislərə aiddir.

Ekspertlər hesab edir ki, sosial şəbəkələrdə yaş məhdudiyyəti tələblərinin pozulmasına görə cərimələr müəyyənləşməsi uşaqların psixoloji sağlamlığını və təhlükəsizliyini qorumaq, rəqəmsal mühitdə məsuliyyəti artırmaq və platforma provayderlərini zərərli məzmunun qarşısını almaq üçün sərt mexanizmlər tətbiq etməyə məcbur etmək məqsədi daşıyır.

Millət vəkili Pərvanə Vəliyeva baki-xeber.com-a bildirdi ki, biz real həyatda uşaqlarımızın pis vərdişləri olan, yaşına uyğun olmayan insanlarla ünsiyyət qurmasına icazə vermədiyimiz halda, onlar virtual dünyada bu tip insanlarla sosial şəbəkələr vasitəsilə, bəzən bloglarda, qısa videolarda, bəzən mobil tətbiq oyunlarında təmasda olurlar, onları izləyirlər.

“Böyümə və öyrənmə dövründə olan uşaq ətraf aləmi tanımır və o, nəyi görürsə onu təqlid edir, ondan öyrənir, böyüklərdən özünə rol model axtarır. Təəssüf ki, bu gün rəqəmsal mühit uşaqlarımız üzərində böyük təsirə malikdir. Uşaqlar təkcə izləyici ola bilmir, bu, onların davranışlarına, tərbiyəsinə, mənəvi dəyərlərinə təsir edir, hətta onu formalaşdırır. Təsir altına düşdüyü üçün də, bu, onda asılılıq və aqressivlik yaradır.

Sosial şəbəkələrdə hesab açmağın məhz, 16 yaşadək qadağan edilməsi, bu yaşadək uşaqların ətraf mühiti tam dərk etmədiyi üçün, asanlıqla manipulyasiyaların təsiri altına düşə bilməsi ilə bağlıdır.

Sosial şəbəkə provayderləri uşaqlara yaş məhdudiyyəti ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, qanunvericiliklə bunun tənzimlənməsi və məsuliyyətlərin müəyyən olunması onları hesabatlı saxlayacaqdır.

Bəzi sosial şəbəkə platformalarını hesab açmadan da izləmək olur, və ya uşaq bunu valideynin hesablarından davam etdirə bilər. Təbii ki, bu zaman o yalnız izləyici olacaq, özü ilə bağlı məzmun paylaşa bilməyəcək.

Digər tərəfdən, uşaqlara zərər verən rəqəmsal mühit təkcə sosial şəbəkələrdən də ibarət deyil. Uşaqlara uyğun olmayan elə mobil tətbiq oyunları var ki, yaş məhdudiyyəti burada formal xarakter daşıyır. Bu tip oyunların da qadağan edilməsi məqsədəuyğun olardı.

Bu prosesdə valideyn nəzarəti mütləqdir. Qanunda da qeyd olunduğu kimi, 16-18 yaş arası uşaqların hesab açması, məzmun paylaşması yalnız onun qanuni nümayəndəsinin iştirakı və razılığı ilə mümkün olacaqdır. Dövlət burada valideynin rolunu qeyd edir.

Konstitusiyamızda da qeyd olunur ki, uşaq hüquqlarının qorunmasına Dövlət nəzarət edir. Ona görə də, uşaqların rəqəmsal mühitdə hüquqlarının qorunması dövlətin başlıca vəzifələrindən birinə çevrilib.

Qanunun 12 aydan sonra qüvvəyə minməsinin nəzərdə tutulması da sistemli hazırlıq mərhələsini göstərir. Həmin dövrdə yaş yoxlanılması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısı müəyyənləşdirilməli, texniki həllər seçilməli, şəxsi məlumatların qorunması ilə yaşın yoxlanılması arasında hüquqi balans təmin edilməli, dövlət qurumları və platformalar arasında əməkdaşlıq mexanizmləri yaradılmalı, valideynlər və uşaqlar üçün geniş maarifləndirmə kampaniyaları aparılmalı, müəllimlər və digər mütəxəssislər üçün təlimlər təşkil edilməlidir.

Burada əsas məqsəd sosial şəbəkələri qadağan etmək deyil, rəqəmsal mühitdə uşağın maraqlarını kommersiya alqoritmlərindən, zərərli məzmundan, manipulyasiyadan və təhlükəli təsirlərdən üstün tutmaqdır.

Eyni zamanda, düşünürəm ki, rəqəmsallaşma günün tələbi olduğu üçün bundan istifadə qaçılmazdır. Ona görə də, uşaqları zərərli məzmunlardan qorumaqla yanaşı, onlara biliklərini artıra biləcəkləri faydalı alternativlər də verməliyik”-deyə P.Vəliyeva qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

22.09.2026 / 13:03
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22.09.2026 / 12:48
Prezident: "Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır"

22.09.2026 / 12:45
"Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir" - Prezident

22.09.2026 / 12:38
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

22.09.2026 / 12:37
“Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”

22.09.2026 / 12:22
Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib

22.09.2026 / 12:01
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - FOTO/YENİLƏNDİ

22.09.2026 / 11:55
"Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir" - Nazirlik rəsmisi

22.09.2026 / 11:28
Ukrayna “Rosneft”in Samaradakı neft emalı zavodunu ikinci dəfə bombaladı...

22.09.2026 / 11:11
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır...

22.09.2026 / 10:57
Türkiyədə orta məktəbə silahlı hücum - səkkiz şagird yaralandı...

22.09.2026 / 10:46
ABŞ-ın yeni Hörmüz planı - Körfəz ölkələrindən milyardlarla dollar pul istədi...

22.09.2026 / 10:23
Azərbaycan nefti ucuzlaşdı - 116 dollar...

22.09.2026 / 10:06
Bakı ilə Berlin arasında YENİ MƏRHƏLƏ: Siyasi maneələr aşılacaqmı?

22.09.2026 / 09:51
İrandan ABŞ və İsrailə müharibə xəbərdarlığı - cavabımız dağıdıcı və qəti olacaq...

22.09.2026 / 09:38
Bakıda bəzi məktəblər distant təhsilə keçdi

22.09.2026 / 09:30
QAİ indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üçün işçi qrup yaratdı...

22.09.2026 / 09:04
Nərimanovda mopeddən 490 manatlıq oğurluq edən şəxs saxlandı

22.09.2026 / 08:29
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı

22.09.2026 / 08:02
İngiltərənin daha bir şəhəri qaçqınlara qarşı ayağa qalxdı - referendum baş tutsa, əhalinin 90 faizi “yox” deyəcək…

22.09.2026 / 07:17
Burnham Səudiyyəni husilərdən qoruyacaq - Baş nazir Kral Hərbi Hava Qüvvələrini səfərbər edir…

22.09.2026 / 06:59
Tramp özünə tənqidsiz-şərhsiz 24 saatlıq telekanal yaratdı - azad medianı isə “demokratiya üçün təhlükə” adlandırdı

22.09.2026 / 06:50
Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi bəyanat yaydı

22.09.2026 / 06:40
Atatürk Universiteti məzunlarını Bakıda bir araya gətirir

22.09.2026 / 06:30
Putin G20-lərin sammitində iştirak etməyəcək - Cinə isə gedəcək…

22.09.2026 / 06:01
Pentaqonun Polşada hərbi baza açmaq planı ertələndi

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ