İranla müharibə ABŞ-a 100 milyard dollara başa gələ bilər. Bu barədə NBC News məlumat yayıb.
Pentaqon müharibənin ABŞ-a təxminən 30 milyard dollara başa gəldiyini bildirsə də, daxili mənbələr ümumi xərcin 80 milyard ilə 100 milyard dollar arasında olduğunu bildirir.
ABŞ-ın üç rəsmisi və daxili xərclər hesablamaları ilə tanış olan üç şəxs İranla müharibənin xərcinin sonuncu 30 milyard dollarlıq qiymətləndirmədən üç dəfə çox olacağını təxmin edir.
Tahir TAĞIYEV