Dünən Dəniz kəşfiyyatı şirkəti AXSMarine-dən bildirilib ki, Hörmüz boğazından ən azı 25 ticarət gəmisi keçib. Bu göstərici aprel ayından bəri qeydə alınan ən yüksək gündəlik nəticə hesab olunur. Məlumata əsasən, gəmiçilik fəaliyyətindəki artım ABŞ və İran arasında iyunun 17-də imzalandığı bildirilən və boğazın "dərhal" açılmasını nəzərdə tutan Anlaşma Memorandumundan sonra baş verib. Qeyd olunur ki, 25 tranzit iyun ayının ilk on günündə qeydə alınan orta gündəlik göstəricidən təxminən beş dəfə çoxdur. Bununla belə, hazırkı trafik hələ də müharibədən əvvəlki səviyyədən xeyli aşağı qalır. Münaqişədən əvvəl Hörmüz boğazından gündə orta hesabla təxminən 110 gəmi keçirdi. İradə SARIYEVA