Bazar günü günü, 20 sentyabr 2026
     

Azərbaycanla Orta Asiyanın “vahidləşməsinin yolu” buradan keçdi...

Image


Arzu Nağıyev: “Orta Asiya və Azərbaycanın vahid iqtisadi, siyasi məkana çevrilməsi çox mühüm məsələdir”

Azərbaycan-Mərkəzi Asiya formatı çərçivəsində tərəflər əsasən bir neçə istiqamətdə fəaliyyət göstərir. Azərbaycan Mərkəzi Asiya ölkələrini Avropa bazarları ilə birləşdirən Orta Dəhlizdə mühüm qovşaq rolunu oynayır.

Mərkəzi Asiyanın zəngin enerji potensialının Xəzər dənizi üzərindən dünya bazarlarına çıxarılması müzakirə olunur.

Region ölkələri arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və vahid logistika sistemlərinin formalaşdırılmasına dair təşəbbüslər irəli sürülür.

Azərbaycanın bu formatda yer alması onun regional qərarların qəbulunda söz sahibi olmasına və türk dünyası arasında əlaqələrin güclənməsinə xidmət edir.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tarixi köklər, birlik, sıx dostluq əlaqələri mövcuddur. Azərbaycan-Mərkəzi Asiya formatı regionlar arasında geosiyasi və geoiqtisadi əlaqələrə müsbət təsir göstərəcək, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir, bağlantılar, nəqliyyat, logistika layihələrinin icrasına müsbət təsir edəcək.

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezidenti İlham Əliyev Azərbaycan-Mərkəzi Asiya formatı barədə də danışıb.

Prezident Əliyev bildirib: “O ki qaldı Azərbaycan-Mərkəzi Asiya formatına, burada da Prezident Mirziyoyevin müstəsna xidmətləri, xüsusi rolu var. Azərbaycan artıq tamhüquqlu üzv kimi bu Məşvərət Şurasına qoşuldu. Mən fəxri qonaq qismində iki dəfə Zirvə görüşlərinə dəvət edilmişdim, son dəfə isə artıq Azərbaycan-Mərkəzi Asiya vahid bir Məşvərət Şurası yaradılmışdır. Bu, bizi çox qürurlandırır, çox sevindirir. Bu, deyə bilərəm ki, nadir bir hadisədir. Çünki biz coğrafi nöqteyi-nəzərdən, təbii ki, Cənubi Qafqazda yerləşirik. Amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclüdür və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər.

Bu gün bu, geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Çünki beləliklə, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Eyni zamanda, bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. Əlbəttə, deyə bilərəm ki, Prezident Şavkat Mirziyoyevin uzaqgörənliyi və strateji baxışları burada çox önəmli rol oynamışdır...”

Azərbaycanın və Orta Asiyanın vahid iqtisadi siyasi məkana çevriıməsinə Azərbaycan nə kimi töhfələr verib və verir?

Millət vəkili Arzu Nağıyev baki-xeber.com-a bildirdi ki, Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir, inkişaf etmiş nəqliyyat infrastrukturu var. “Enerji layihələri və türk dövlətləri ilə əməkdaşlığı sayəsində Orta Asiyanın Avropa ilə iqtisadi və siyasi əlaqələrinin güclənməsinə, eyni zamanda regionda vahid iqtisadi məkanın formalaşmasına çox mühüm töhfələr verir və gələcəkdə də düşünürəm ki, bu proses genişləndiriləcəkdir. Əsas məqam da ondan ibarətdir ki, Orta Asiya və Azərbaycanın vahid iqtisadi, siyasi məkana çevrilməsi çox mühüm məsələdir. Bu həm siyasi, həm iqtisadi, həm mənəvi, hətta deyərdim mədəni cəhətdən belədir. Nəqliyyat və logistika əlaqələrinin inkişafı Azərbaycan Avropa ilə Orta Asiyanı birləşdirən Orta Dəhliz, yəni Transxəzər beynəlxalq nəqliyyat marşrutunun əsas iştirakçılarından biridir. Enerji əməkdaşlığında bu da çox mühüm məsələdir. Azərbaycan Xəzər hövzəsində enerji layihələrinin həyata keçirilməsində fəal iştirak edir. İstər neft- qazla, yaşıl enerji, alternativ enerji ilə bağlı Azərbaycanla Orta Asiya ölkələri arasında əməkdaşlığı genişləndirir”.

A.Nağıyev qeyd etdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmiryolu və müasir avtomobil yolları Orta Asiya ölkələrinin dünya bazarlarına çıxışını asanlaşdırır. “Ticarətin genişləndirilməsi həm Azərbaycana, həm Orta Asiyaya çox mühüm müsbət dividendlər gətirir. İstər Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Orta Asiya ölkələri ilə ticarət dövriyyəsini artırır. Kömrük və nəqliyyat sahəsində əməkdaşlıq malların daha sürətli səmərəli daşınmasına imkan yaradır. Ən mühüm amillərdən də biri türk dövlətləri arasında inteqrasiyanın genişləndirilməsidir. Məlumdur ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, siyasi və mədəni əməkdaşlığın genişlənməsinə dəstək verir, xüsusi çəkisi var. Birgə investisiya layihələri, nəqliyyat təşəbbüslərini həyata keçirir, vahid iqtisadi məkanın formalaşmasına xidmət edir. Bu da ki, həm siyasi dialoq, həm də regional sabitliyə gətirib çıxara bilər. Azərbaycan regional əməkdaşlıq platformasında da fəal iştirak edir. Dövlətlərarası dialoqlar, qarşılıqlı etimad da çox mühüm məsələdir. Həm iqtisadi inteqrasiya, həm siyasi, həm gələcəkdə hərbi məsələlərdə də hər bir dövlətə olan təhdidin qarşısını almaq üçün atılacaq addımlarda da bu birgə aparılan siyasət çox mühüm əhəmiyyət kəsb edir. Ən mühüm məqamlardan da biri kimi qeyd edərdim ki, Prezident İlham Əliyevin apardığı siyasət və onun bu dövlətlərin rəhbərləri ilə olan şəxsi münasibətləri, bir-birinə inam da mühüm rol oynayır. Yəni bu da çox mühüm əhəmiyyət kəsb edir və bunu genişləndirməkdə də hər bir dövlət maraqlıdır”-deyə A.Nağıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ