Cümə günü, 06 noyabr 2026
     

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək

Image


Müstəqillik qazandıqdan sonra Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmək, milli-mədəni irsini dünyaya tanıtmaq və ölkənin müasir simasını formalaşdırmaq istiqamətində mühüm addımlar atıb. Bu addımlar arasında beynəlxalq tədbirlərin təşkili xüsusi əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanda müxtəlif siyasi, iqtisadi, idman və mədəni tədbirlərin keçirilməsi ölkənin dünya arenasında tanınmasına, həmçinin Azərbaycan mədəniyyətinin geniş şəkildə təbliğ olunmasına böyük təsir göstərib. Bu tədbirlər həm milli dəyərlərin qorunmasına, həm də onların beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir.

Azərbaycanın müasir inkişaf modelinin, dayanıqlı inkişaf strategiyasının təqdim olunduğu mühüm qlobal tribuna

Azərbaycan coğrafi mövqeyi, zəngin tarixi və qədim mədəniyyəti ilə Şərq və Qərb arasında körpü rolunu oynayan ölkədir. Bu xüsusiyyət beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradır. Müxtəlif ölkələrdən gələn qonaqlar tədbirlər zamanı Azərbaycan xalqının milli adət-ənənələri, musiqisi, mətbəxi və incəsənəti ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Beləliklə, tədbirlər yalnız müəyyən bir sahəni əhatə etmir, eyni zamanda ölkənin mədəni irsinin nümayişinə də şərait yaradır.

Azərbaycanda keçirilən beynəlxalq idman yarışları mədəniyyətimizin tanıdılmasında mühüm rol oynamışdır. Xüsusilə 2015-ci ildə keçirilən Birinci Avropa Oyunları ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, milli mədəniyyətin təbliği baxımından da böyük əhəmiyyət kəsb edib. Yarışların açılış və bağlanış mərasimlərində Azərbaycanın qədim tarixi, milli rəqsləri, muğam sənəti və folklor nümunələri nümayiş etdirilib. Dünyanın müxtəlif ölkələrindən milyonlarla insan televiziya və internet vasitəsilə bu tədbirləri izləyərək Azərbaycan mədəniyyəti haqqında məlumat əldə edib. Bundan əlavə, Formula 1 Azərbaycan Qran Prisi də ölkənin tanıdılmasına mühüm töhfə verir. Hər il minlərlə turistin Bakıya gəlməsi şəhərin turizm potensialını artırır. Xarici qonaqlar yarışlarla yanaşı İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı kimi tarixi abidələri ziyarət edir, milli mətbəximizin nümunələrini dadır və Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış olurlar. Belə tədbirlər nəticəsində Azərbaycan haqqında formalaşan müsbət imic ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə də şərait yaradır. Mədəni tədbirlər də Azərbaycan mədəniyyətinin təbliğində xüsusi yer tutur. Bakıda keçirilən beynəlxalq musiqi festivalları, caz festivalları, muğam müsabiqələri və kino festivalları ölkənin zəngin mədəni irsini nümayiş etdirir. Xüsusilə Beynəlxalq Muğam Festivalı milli musiqimizin dünyada tanınmasına böyük təsir göstərmişdir. Muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş sənət nümunəsidir və belə festivallar onun qorunmasına və gələcək nəsillərə ötürülməsinə kömək edir. Qeyd edilənlər fonunda bir neçə gündən sonra paytaxt Bakı dünyanın ən böyük şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Bu tədbir yalnız şəhərsalma məsələlərinin müzakirə olunduğu beynəlxalq forum deyil, eyni zamanda, Azərbaycanın müasir inkişaf modelinin, təşkilatçılıq bacarığının və dayanıqlı inkişaf strategiyasının təqdim olunduğu mühüm qlobal tribuna kimi çıxış edir. Milli Məclisin deputatı Könül Nurullayeva da qeyd edir ki, prezident İlham Əliyevin Bakı Olimpiya Stadionunda forumla bağlı görülən hazırlıq işləri ilə yerində tanış olması dövlətin tədbirə verdiyi yüksək əhəmiyyətin bariz nümunəsidir. Bu, həm də Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində formalaşdırdığı peşəkar yanaşmanın davamı kimi qiymətləndirilir: “BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr edilib. Bu mövzu hazırda dünyada sürətlə artan urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərlik və təhlükəsiz yaşayış mühiti kimi qlobal çağırışların fonunda xüsusi aktuallıq daşıyır. Forum çərçivəsində şəhərlərin gələcəyi, ekoloji dayanıqlılıq, rəqəmsal transformasiya, sosial inklüzivlik, nəqliyyat infrastrukturu və “ağıllı” idarəetmə modelləri geniş müzakirə ediləcək. İndiyədək 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçməsi forumun qlobal əhəmiyyətini göstərməklə yanaşı, Bakının beynəlxalq tədbirlər üçün etibarlı və müasir məkan kimi qəbul edildiyini də təsdiqləyir. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin, şəhərsalma üzrə ekspertlərin, akademik dairələrin, özəl sektor təmsilçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya gəlməsi Azərbaycan üçün mühüm diplomatik və iqtisadi imkanlar yaradır. Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionu müasir texnoloji imkanlarla təchiz olunub, iştirakçıların təhlükəsizliyi və rahatlığı üçün bütün zəruri infrastruktur qurulub. Nəqliyyat-logistika məsələləri, təhlükəsizlik tədbirləri, media fəaliyyəti və könüllü proqramları yüksək səviyyədə koordinasiya edilir”.

Beynəlxalq tədbirlərin təşkili Azərbaycanın mədəni siyasətinin əsas istiqamətlərindən biridir

Onu da qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən "Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi” adlı panel sessiyası keçirilib. Sessiyanın əsas məqsədi rəqəmsal texnologiyaların mədəni irsin qorunması və şəhərsalma planlamasına inteqrasiyası imkanlarını nümayiş etdirmək, beynəlxalq təcrübələri bölüşmək və innovativ yanaşmaların təşviqinə töhfə verməkdir. Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan mədəni irsin rəqəmsal tranformasiyası sahəsində beynəlxalq əməkdaşlıqlara önəm verir. O qeyd edib ki, mədəni irsin qorunması və mühafizəsi yalnız mədəniyyət siyasətinin deyil, həm də şəhərsalma prosesinin vacib bir hissəsidir. Bu mənada, mədəni irs abidələri gələcək şəhərsalma və ümumi inkişaf üçün strateji prioritetdir.

Səadət Yusifova Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və yenidənqurma işləri barədə danışarkən bildirib ki, 2020-ci ildən bu yana azad edilmiş ərazilərdə daşınmaz tarixi-mədəni inventarların sahə tədqiqatları aparılır. Bu çərçivədə elektron sənədlər və digər mənbələr araşdırılır, elektron xəritələr hazırlanır və rəqəmsal məkanda sistemləşdirilir.

Eyni zamanda, bu kimi tədbirlər, beynəlxalq humanitar forumlar və multikulturalizmə həsr olunmuş iclaslar Azərbaycanın tolerant və multikultural dəyərlərə sahib ölkə olduğunu nümayiş etdirir. Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri əsrlər boyu sülh şəraitində yaşayıb. Bu model beynəlxalq tədbirlər vasitəsilə dünyaya təqdim olunur və ölkənin humanist dəyərlərə sadiqliyini göstərir. Bu isə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Beynəlxalq tədbirlərin keçirilməsi iqtisadi baxımdan da əhəmiyyətlidir. Turizmin inkişafı, yeni iş yerlərinin açılması və ölkəyə xarici investisiyaların cəlb olunması bu tədbirlərin əsas müsbət nəticələrindəndir. Turistlərin sayı artdıqca onlar Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olur və öz ölkələrinə qayıtdıqdan sonra bu barədə məlumat yayırlar. Beləliklə, beynəlxalq tədbirlər mədəniyyətimizin təbliğində bir növ canlı reklam rolunu oynayır. Bu tədbirlər gənclərin dünyagörüşünün formalaşmasına da müsbət təsir göstərir. Xarici ölkələrdən gələn insanlarla ünsiyyət, müxtəlif mədəniyyətlərlə tanışlıq Azərbaycan gənclərinin beynəlxalq təcrübə qazanmasına kömək edir. Eyni zamanda gənclərdə milli dəyərlərə maraq artır və onlar öz mədəniyyətlərini daha dərindən öyrənməyə çalışırlar. Bu isə milli kimliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkənin dünya miqyasında tanınmasına və Azərbaycan mədəniyyətinin geniş şəkildə təbliğ olunmasına mühüm töhfə verir. Bu tədbirlər vasitəsilə milli musiqimiz, rəqslərimiz, adət-ənənələrimiz, tarixi abidələrimiz və multikultural dəyərlərimiz beynəlxalq ictimaiyyətə çatdırılır. Eyni zamanda ölkənin iqtisadi, turizm və siyasi inkişafına da müsbət təsir göstərir. Buna görə də beynəlxalq tədbirlərin təşkili gələcəkdə də Azərbaycanın mədəni siyasətinin əsas istiqamətlərindən biri olaraq qalmalıdır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ