şənbə günü, 26 sentyabr 2026
     

Tramp Pekində ABŞ tarixinin görünməmiş uğursuzluğunu yaşaya bilər... 13 mayda...

Image


ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Pekində görüşəcək. İki ölkə İran, Tayvan və kritik təchizat zəncirlərinə nəzarət məsələlərində gərgin manevrlər edir, eyni zamanda kövrək də olsa, iqtisadi atəşkəs əldə etməyə çalışır.

Tramp sonuncu dəfə Çində 2017-ci ildə səfərdə olub. O, mayın 14-15-də isə Si ilə danışıqlar aparacaq və bir sıra tədbirlərə qatılacaq. Bu, iki liderin altı aydan artıq fasilədən sonra ilk üzbəüz görüşü olacaq. Tərəflər tariflər, mineral ixracına nəzarət və münasibətləri gərginləşdirən digər mübahisəli məsələləri sabitləşdirməyə çalışacaqlar. Sammitdə ABŞ-ın soya ixracından tutmuş, Çinin Rusiya ilə münasibətlərinə qədər geniş spektrdə iqtisadi və geosiyasi məsələlər müzakirə olunacaq. İran müharibəsinin də gündəmin ön sıralarında olacağı gözlənilir. ABŞ rəsmilərindən birinin sözlərinə görə, Tramp Pekinə təzyiq göstərərək, müharibənin dayandırılması üçün Çinin vasitəçiliyini istəyə bilər. Çin hazırda İran neftindən ucuz enerji mənbəyi kimi istifadə edir. ABŞ rəsmiləri və analitiklərin fikrincə, Tramp və Si Böyük Xalq Zalında görüşəndə əsas diqqət ticarət gərginliyinin azaldılmasına yönələcək. Fransanın "Natixis" maliyyə şirkətinin Asiya-Sakit okean regionu üzrə baş iqtisadçısı Alisiya Qarsiya-Errero bildirib: "Si ABŞ-nin Tayvana dəstəyini azaltmaq istəyir. Vaşinqtona Tayvana silah satışlarını gecikdirməsi və ya məhdudlaşdırması üçün təzyiq göstərir. Pekin həmçinin qabaqcıl texnologiyalar üzrə ABŞ ixrac məhdudiyyətlərinin yumşaldılmasını və qlobal təchizat zəncirlərində mövqeyinin qorunmasını hədəfləyir".

Gözlənilir ki, tərəflər bir sıra yeni alış müqavilələri imzalasınlar – soya kimi kənd təsərrüfatı məhsullarından tutmuş, "Boeing" təyyarələrinə qədər. Qarşılıqlı ticarət və investisiyaları asanlaşdıracaq yeni platformaların yaradılması ilə də bağlı danışıqlar aparılacaq. Tramp administrasiyası ikinci prezidentlik müddətinin başlanğıcında, 2024-cü ilin əvvəllərində Çinə qarşı yüksək tariflər tətbiq etmişdi. Sonradan ABŞ Ali Məhkəməsinin bəzi rüsumları məhdudlaşdırması və bəzilərini qanunsuz sayması ilə ticarət gərginliyi qismən azalmışdı. Si və Tramp 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən görüşdə gərginliyi azaltmaq barədə razılığa gəliblər. O vaxtdan bəzi ixrac məhdudiyyətləri və nadir torpaq metalları ilə bağlı qadağalar yumşaldılıb. Təhlilçilərin qənaətinə görə, Pekin danışıqlarda mövqeyini gücləndirmək üçün güclü kozırdan – nadir torpaq metalları və kritik minerallardan istifadə edəcək. Çin smartfondan tutmuş, döyüş təyyarələrinə qədər bir çox strateji məhsulun istehsalı üçün vacib olan bu resurslar üzərində nəzarəti əlində saxlayır. Vaşinqtondakı "Center for American Progress" analitik mərkəzinin Çin siyasəti üzrə tədqiqatçısı Maykl Klark deyir: "ABŞ artıq başa düşür ki, Çinin istədiyi vaxt istifadə edə biləcəyi mühüm rıçaqları var. Çünki nadir torpaq metallarının hasilatı və emalında dominant mövqeyə malikdir". Hazırda Çin qlobal nadir torpaq metalları hasilatının 70 faizdən çoxuna, onların emalının 90 faizə yaxınına və maqnit istehsalının 93 faizə qədərinə nəzarət edir. Pekin 2025-ci ilin oktyabrında istənilən ölkəyə nadir torpaq metalları və ikili təyinatlı komponentlərin ixracını dayandırmağa imkan verən yeni hüquqi mexanizm tətbiq edib. Bu, müdafiə sənayesi üçün vacib olan yeddi nadir torpaq elementi üzrə məhdudiyyətləri daha da sərtləşdirib. Cənubi Koreya görüşündə Vaşinqtonun bəzi tarifləri yumşaltması və Çinin ABŞ-dən soya idxalına yenidən başlaması qarşılığında nadir torpaq metalları ilə bağlı bəzi məhdudiyyətlər dayandırılıb. Trampın Pekinə səfərindən bir həftə əvvəl Çin İranın xarici işlər nazirini qəbul edib. ABŞ Maliyyə Nazirliyi bu yaxınlarda İran neftini emal etdiklərinə görə Çinin beş özəl neft emalı şirkətinə — ən böyük zavodlarından birinə — sanksiya tətbiq edib. Pekin buna açıq şəkildə etiraz edərək şirkətlərə ABŞ sanksiyalarına məhəl qoymamağı tapşırıb. Hərçənd, ölkənin maliyyə tənzimləyicisi qeyri-rəsmi qaydada iri dövlət banklarına qara siyahıya salınmış neftayırma zavodlarına yeni kreditlərin verilməsini dayandırmağı tövsiyə edib. Çin və ABŞ-ın Hörmüz boğazının yenidən açılmasında həm iqtisadi, həm də strateji maraqları var. Təhlilçilərə görə, əsas sual Pekinin Tehrana təzyiq göstərməyə hazır olub-olmaması və bunun qarşılığında Vaşinqtondan nə tələb edəcəyidir. M.Klark deyir: "Tramp Çinə çox dəyərli bir şey verməsə, Çin Hörmüz boğazının açılmasına kömək etməyəcək. Buraya süni intellekt çipləri, qabaqcıl çip istehsalı avadanlıqları və reaktiv mühərrik texnologiyalarına tətbiq edilən ixrac məhdudiyyətlərinin yumşaldılması daxil ola bilər". Pekin Tayvan məsələsində də güzəştlər istəyə bilər. Çin Tayvanı öz ərazisi hesab edir və lazım gələrsə, güclə onu materikə birləşdirəcəyini gizlətmir. Pekin həmçinin ABŞ-nin Tayvana silah satışlarından ciddi narahatdır. Vaşinqton dekabrda Tayvana rekord həcmdə — 11.1 milyard dollarlıq silah paketini təsdiqləyib. Bundan əlavə, dəyəri 14 milyard dolları keçə biləcək yeni bir yardım paketi üzərində də iş aparılır. Sammitin gedişatına xələl gətirməmək üçün bu barədə Konqresə rəsmi bildirişin qəsdən gecikdirildiyi bildirilir. Harvard Universitetinin professoru Rana Mitterə görə, Çin sammitdə ABŞ-nin Tayvana dəstəyini fundamental problem saydığını açıq şəkildə nümayiş etdirmək istəyir: "Bu məsələdə Amerikanın mövqeyini dəyişdirməyə çalışmaq Pekinin əsas hədəfi olacaq və bu, İranla bağlı hər hansı mövzudan daha kəskin və qabarıq şəkildə ifadə edilə bilər". Sammitin gündəliyinə süni intellekt, nüvə silahları və Çinin Ukrayna müharibəsində Rusiyaya dəstəyi məsələləri də daxildir. Lakin bu mövzuların nə dərəcədə müzakirə olunacağı hələlik aydın deyil. Pekin nüvə silahları ilə bağlı danışıqlara açıq yanaşmır və bu məsələ ətrafında ciddi müzakirələrdən yayınmağa çalışa bilər. Tramp administrasiyasının rəsmiləri isə Çinin Rusiyaya maliyyə dəstəyini sammitdə gündəmə gətirməyi planlaşdırdıqlarını bildiriblər. Bundan əlavə, qabaqcıl süni intellekt modellərinin istifadəsindən yarana biləcək risklərin qarşısını almaq üçün tərəflər arasında "kommunikasiya kanalı" yaradılması mümkündür.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ