İranın son şahının oğlu, vəliəhd şahzadə Rza Pəhləvi ABŞ prezidentini Tehranla bağlı ziddiyyətli siqnallar göndərməyi dayandırmağa və rejimi devirmək işini başa çatdırmağa çağırıb.
Politico-nun xəbərinə görə, şahzadə qeyd edib ki, ABŞ və İsrail iranlılar özlərini küçələrə çıxmaq üçün kifayət qədər güclü hiss edənə qədər İran hədəflərinə hücumları davam etdirməlidir.
Diplomatiyaya qarşı olmayan Pəhləvinin sözlərinə görə, Donald Trampın mülki infrastruktura hücum etmək və ya bütün İran sivilizasiyasını məhv etmək kimi vaxtaşırı səslənən təhdidləri, hətta danışıqlar taktikası kimi istifadə olunsa belə, faydasızdır. O, Amerika liderini ritorikası ilə İran xalqına qarışıq siqnallar göndərməkdə günahlandırıb.
SAMİRƏ