ABŞ İrana müəyyən tələbləri yerinə yetirəcəyi təqdirdə dondurulmuş 6 milyard dollarlıq aktivləri azad edəcəyini təklif edib.
İran danışıqlar qrupunun üzvü Mahmud Nəbavian ABŞ ilə danışıqlarla bağlı mətbuat açıqlamasında bildirib ki, ABŞ danışıqlarda İrana iki əsas tələb irəli sürüb - Hörmüz boğazının tam açılması və İranın əlindəolan 60% zənginləşdirilmiş nüvə materialının ölkədən çıxarılması.
Danışıqlar zamanı İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın ABŞ-ın İranın infrastrukturunu hədəf almaq qabiliyyətinə malik olduğunu dediyini bildirən Nəbavian, İranın da buna cavab olaraq bölgədəki infrastrukturu qısa müddətdə hədəf ala biləcəyi mesajının verildiyini vurğulayıb.
Nəbavian həmçinin qeyd edib ki, İran tələbləri yerinə yetirərsə, ABŞ təxminən 6 milyard dollarlıq dondurulmuş aktivləri azad edəcəyini bildirib.
Nəbavian bildirib ki, ABŞ tərəfi müzakirələr zamanı danışıqlar prosesinin davam etdirilməsi üçün fərqli bir plan təqdim edib və İran da bunu qəbul edib, lakin sonradan ABŞ tərəfi razılaşma ilə bağlı fərqli açıqlamalar verməyə başlayıb.
İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda Hörmüz boğazı və nüvə proqramı kimi vacib məsələlərdə yekun razılığa gəlinmədiyi bildirilir.
Tahir TAĞIYEV