çərşənbə günü, 29 iyul 2026
     

Şahzadə Pəhləvini Trampın üstünə belə “qışqırdan” kimdir?...

Image


Məhərrəm Zülfüqarlı: “Pəhləvi anlamaq istəmir ki, o, Amerikanın marionetidir və onun bu cür kiçik bir tənqidi, yaxud kəskin çıxışı onun tamamilə siyahıdan silinməsinə gətirib çıxara bilər”

İranın son şahının oğlu, vəliəhd şahzadə Rza Pəhləvi ABŞ prezidentini Tehranla bağlı ziddiyyətli siqnallar göndərməyi dayandırmağa və rejimi devirmək işini başa çatdırmağa çağırıb. Politico-nun xəbərinə görə, şahzadə qeyd edib ki, ABŞ və İsrail iranlılar özlərini küçələrə çıxmaq üçün kifayət qədər güclü hiss edənə qədər İran hədəflərinə hücumları davam etdirməlidir.

Diplomatiyaya qarşı olmayan Pəhləvinin sözlərinə görə, Donald Trampın mülki infrastruktura hücum etmək və ya bütün İran sivilizasiyasını məhv etmək kimi vaxtaşırı səslənən təhdidləri, hətta danışıqlar taktikası kimi istifadə olunsa belə, faydasızdır. O, Amerika liderini ritorikası ilə İran xalqına qarışıq siqnallar göndərməkdə günahlandırıb.

Pəhləvi Trampa qarşı niyə belə cəsarətlənib?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, İran məsələsi uzun müddətdir, gündəmdədir və bir tarixçi kimi də prosesləri mütamadi olaraq izləyir. “Universitetlərdə Azərbaycan tarixini tədris ediriksə proqramda Cənubi Azərbaycanın XIX əsrin əvvəllərindən bugünkü günə qədər olan tarixini də biz tədris edirik. Ona görə bu hadisələri biz hər il tələbələrlə müzakirə edirik və bu baxımdan indiki prosesdə İran şah rejiminin davamçısı hesab olunan şahın oğlunun, Pəhləvilər sülaləsinin nümayəndəsinin mövqeyini şərh etmək elə də çətin deyil. Birincisi, 1925-ci ilə qədər indiki İran deyilən dövləti Qacarlar sülaləsi idarə edib və son şah Əhməd şahı idi, onu da ingilislərin köməyi ilə deviriblər, Pəhləvilər çevriliş yolu ilə hakimiyyətə gəliblər. Onların yeritdiyi siyasət nəticəsində iki dəfə şah İrandan qaçıb. Biri 1941-1946-cı illər prosesində, ikincisi isə 1978-1979-cu il inqilablarında. İndi həmin o şah rejiminin qaçan şahının övladı yenə də marionet kimi qayıtmaq istəyir hakimiyyətə. Bu da mümkün olan şey deyil. Çünki mən İran tarixini tədris edən şəxs kimi deyirəm ki, İran əhalisi haqsızlığa qarşı mübarizədə möhkəmlənmiş bir əhalidir. Birincisi, əhalisinin 52 faizi türklərdən-Azərbaycan türklərindən ibarətdir. Digər türk xalqlarının da nümayəndələri var. Əhalisinin yarısından çoxu azərbaycanlılar olanlar heç zaman Azərbaycan sülaləsini, Qacarları hakimiyyətdən çevriliş yolu ilə yıxan fars şah rejimənə dəstək verməz. Bu bir. İkinci XXI əsrdir, insanlar, hər bir cəmiyyət inkişafa meyllidir və İran da normal, demokratik bir cəmiyyətin qurulmasını istəyir. Məsələn, Səttar Xan hərəkatı nə istəyirdi? Məşrütə hərəkatı konstitusialı monarxiya tərəfdarı idi. Söhbət 1905-1912-ci illərdən gedir. Konstitusiya ilə şahın hakimiyyətinin məhdudlaşdırılmasını istəyirdilər. Şeyx Məhəmməd Xiyabanı hərəkatı Demokrat Partiyasının rəhbəri kimi tam demokratik, bir azad dövlət yaradılmasını istəyirdi, “Azadistan” adlandırılırdı. Yəni XX əsrin əvvəlində bu ruhda olan insanlarına XXI əsrdə təzədən şah rejimini sırımaq mümkün deyil. Qaldı Trampla Pəhləvi rejiminin son nümayəndəsinin münasibətlərinə. Venesuelada prezidenti devirdikdən, daha doğrusu oğurladıqdan sonra belə bir rəy yaranmışdı ki, İrana da qarşı mübarizədə bunlar birinci şəxsi öldürəcəklər və ondan sonra xalq ayağa qalxacaq və bu rejimi devirəcək. Bu tamamilə yanlış fikir idi. Çünki Venesuela tamam başqa ölkədir, İran isə tamam başqa. Nəyə görə? Çünki İranda hakimiyyət bir nəfərə söykənməmişdi. Bu rejim İran İslam rejimində hər bir şəxsi əvəz edən bir iki-üç nəfər ehtiyata kadr var. Bu birincisi. İkincisi, bunlar belə hesab edirdilər ki, İrana bombalamaqla böhran yaranacaq, xalq ayağa qalxacaq. Tərsinə oldu. Yəni İran islam rejimindən narazı qüvvələr var. Bunu hamı bilir. Sadəcə olaraq Amerikanın və İsrailin səhv siyasəti rejimdən narazı olan qüvvələri pis vəziyyətə qoydu. Yəni normal halda bunlar hətta küçələrə çıxıb rejimə qarşı öz gücünü göstərə bilərdisə, bu bombardmandan sonra, xüsusilə də qız məktəbinin bombalanmasından sonra əhalidə xarici düşmənə qarşı nifrət daha da artdı və hətta rejimdən narazı olan qüvvələr də xalq ilə birləşərək yumruq kimi, öz vətənlərini müdafiə etməyə başladılar. Bu da faktiki olaraq rejiminin müdafiəsi demək idi. Yəni bu, Amerikanın səhf siyasəti idi. İndi isə Pəhləvi rejiminin son nümayəndəsi ona elə bil ki, qızıl məcməyə də hakimiyyətin gətiriləcəyinə inanmışdı və müxtəlif müsahibələr verirdi. Yaddan çıxarır ki, onun İrana qayıtması ümumiyyətlə mümkün deyil. Hətta zor gücünə qaytarılsa idi belə, onun hakimiyyətdə qalması mümkündür. Çünki İran əhalisi monarxiya rejimini artıq 1978-1979-cu nifrətlə ölkədən qovub. Pəhləvi indi ayılıb və Trampın səhv siyasəti nəticəsində planlarının pozulduğunu görüb və Amerika prezidentinin siyasətinə kəskin yox, yumşaq şəkildə tənqidi yanaşır. Yəni “bu cür etmək lazım deyildi. Bunu elə etmək lazım idi ki, əhali küçəyə çıxsın, öz narazılığını bildirsin”, yəni xarici qüvvələrə nifrəti artmasın. Bu mənada indi yumşaq tənqid gedir. Amma Pəhləvi anlamaq istəmir ki, o, Amerikanın marionetidir və onun bu cür kiçik bir tənqidi, yaxud kəskin çıxışı onun tamamilə siyahıdan silinməsinə gətirib çıxara bilər. Yəqin ki, belə də olacaq. Çünki ümumiyyətlə, Trampın özünün hakimiyyətdə qalması məsələsini sual altındadır. Amerikada payızda keçirilən seçkilərdə bu baş verərsə, onda yeni hakimiyyət, ümumiyyətlə, İranla bağlı siyasəti dəyişəcək və Pəhləvilər sülaləsi də necə tarixin arxivinə getmişdi, yenə də onu həmin arxivə qaytaracaqlar. Biz də bir azərbaycanlı kimi qonşu dövlətdə müharibənin tezliklə başa çatmasını, problemlərin danışıqlar yolu ilə həllini istəyirik...”

M.Zülfüqarlı hesab edir ki, devrilmiş və ölkədən qovulmuş şahın oğlunun niyyətləri və planları puç olduğu üçün ABŞ prezidentinə qarşı bu cür fikirlər işlədib. “Əslində o, elə bilir ki, bu cür gecikmiş fikirlöər səsləndirməklə İran xalqının rəğbətini qazana bilər, amma yanlış düşüncədədir. İran xalqı şah rejiminin yenidən dirilməsini qəbul etməz”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Bankı ləğv edilən Mehdiyev nələrdən oldu?..

Rusiya gizli görüşü danır - Belə də Putinin inanılmış adamı müharibədən 2 həftə sonra Bakıya niyə gəlmişdi?

Azərbaycan Türkiyədən S-400 raketlərini almalıdırmı?..

SON XƏBƏRLƏR

29.07.2026 / 13:00
Futbol dünyası ŞOKda... FİFA prezidentinə milyardlarla dollarlıq gizli təklif - Tramp ailəsi Dünya Kubokunu da əlinə keçirir...

29.07.2026 / 12:25
İran Omanın Hörmüzlə bağlı təklifini rədd etdi – bizim təklifi dəstəkləməsələr...

29.07.2026 / 12:10
Ukrayna Rusiyanın neft sənayesini çökdürür - bir ayda bombalanan 6 böyük neft zavodu işini dayandırdı...

29.07.2026 / 11:57
Ukrayna dayanmır – “Wildberries”in Ryazandakı anbarı da vuruldu...

29.07.2026 / 11:40
FSB-dən “Telegram”ın qurucusuna ağır ittiham – Durovla bağlı ŞOK QƏRAR verildi...

29.07.2026 / 11:27
Putinin Trampa verdiyi qələbə vədləri uğursuz oldu – Ukraynanın müqaviməti hər şeyi dəyişdi...

29.07.2026 / 11:10
Universitetlərə ixtisas seçimi avqustun 10-dan sonra başlayacaq...

29.07.2026 / 11:02
Bir gündə baş verən 42 cinayətin üstü açıldı...

29.07.2026 / 10:46
Bu il 150 balla qəbul aparılan ixtisasların sayı arta bilər

29.07.2026 / 10:32
DİM 11 saxta beynəlxalq dil sertifikatı aşkarlayıb

29.07.2026 / 10:10
Salyanda keçmiş kürəkənini güllələyən şəxs saxlandı

29.07.2026 / 09:36
Husilər "Saudi Aramco"-nu da vurdu - zavod işini dayandırdı

29.07.2026 / 09:12
SEPAH Hörmüz boğazından keçməyə cəhd edən üç tankeri saxladı...

29.07.2026 / 06:36
Netanyahu Trampla görüşündə İranın “yalanını açacaq”

29.07.2026 / 06:21
ABŞ və Səudiyyə Ərəbistanı İraqdakı hədəflərə birgə zərbə endirdi

29.07.2026 / 00:00
İrana qarşı müharibə ABŞ-a 151 milyard dollara “oturub”…

28.07.2026 / 23:43
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxır? - eks-səfir əmindir…

28.07.2026 / 23:30
BRTK Nümayəndə Heyəti Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Feyziyevlə görüşdü

28.07.2026 / 21:43
İlham Əliyev İsrail ermənilərini çaşdırıb - ermənilər bu ölkənin də siyasətini ələ almaq istəyir...

28.07.2026 / 21:26
Bu il 6 aydakı maliyyə pozuntuları əvvəlki 2 ildən çox olub - Palata dəhşətli fakt aşkarlayıb...

28.07.2026 / 21:08
Fermerlər Paşinyanı Putinə ağız açmağa məcbur etdilər...

28.07.2026 / 20:45
Putin Paşinyanı tələsdirir - Gizli niyyətlər var...

28.07.2026 / 20:31
Bakıdakı məhkum separatçı ermənilər barədə Avropa məhkəməsinə hesabat verilməlidirmi?...

28.07.2026 / 20:14
Azərbaycana yalnız münaqişə tərəfi kimi baxanlar 21-ci əsrin mükəmməl Avropa nizamını qura bilməz...

28.07.2026 / 19:52
Həssas Baltik bölgəsində Türkiyə F-16-ları rus qırıcıları ilə toqquşa bilər...

28.07.2026 / 19:40
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir" - Vüqar Rəhimzadə

28.07.2026 / 19:36
ABŞ senatorları Rusiya və İrana qarşı yeni sanksiyalar barədə razılığa gəldi - Trampdan da dəstək var...

28.07.2026 / 19:20
Tramp Netanyahunu İranla bağlı açıqlamalarına görə tənqid etdi - niyə bunu bütün dünyaya elan edirsən?...

28.07.2026 / 19:08
Ermənilərin məhkəməsində çıxışlar başa çatdı...

28.07.2026 / 18:52
Avroittifaq Ermənistan qarşısında Rusiya ilə bağlı sərt tələblər qoydu - ƏLAQƏLƏRİ KƏSİN... - Rus kəşfiyyatından ŞOK İDDİA...

28.07.2026 / 18:07
Paşinyanın arvadı Akopyan ölüm təhdidləri aldığını iddia edir...

28.07.2026 / 17:46
Kolumbiya Bakıdakı səfirliyini bağlayır - Azərbaycanın narkotiklərə qarşı dürüst mübarizəsi ilə əlaqəli ola bilərmi?

28.07.2026 / 17:32
Yaponiyada güclü zəlzələ nəticəsində ticarət mərkəzi çökdü – çox sayda ölən var...

28.07.2026 / 17:21
Ən yaxşı ədəbi əsərlər dövlət sifarişi ilə film çəkilişinə təqdim olunacaq...

28.07.2026 / 17:07
Avropa Rusiyaya qarşı "paket sanksiya" siyasətindən imtina edir - 21 son olacaq...

28.07.2026 / 16:57
İran hakimiyyətindəki "iç qarışdıranlar" Azərbaycanla informasiya müharibəsini yenə başlada bilər...

28.07.2026 / 16:50
Qvadelupadan Parisə sərt cavab - Dekolonizasiya nə vaxtdan Fransanın “daxili işi” olub...

28.07.2026 / 16:41
Bakıda növbəti dəfə "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" tədbiri uğurla keçirilib

28.07.2026 / 16:28
Ermənistanda durum sürətlə pisləşir, Paşinyan Putinə minnətçi düşüb...

28.07.2026 / 16:15
ABŞ-İran müharibəsi Çinin işinə yaradı - Amerika zərbələri Pekinin rəqibini "vurdu"...

28.07.2026 / 16:10
“ONESXM”-dən Bakı Təşəbbüs Qrupuna dəstək - Fransanın müstəmləkəçilik siyasəti tənqid edildi

28.07.2026 / 16:03
İraq Türkiyəyə "Kərkük-Ceyhan kəmər həmləsi" hazırlayır - Suriya prezidenti Ərdoğana qarşı oyuna çəkilir...

28.07.2026 / 15:51
"Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub" - Kreml

28.07.2026 / 15:43
İran yenə Ermənistanın xilaskarına çevrilmək istəyir

28.07.2026 / 15:35
“Polis üzümü islatmadan saqqalımı zorla qırxdı” - Tacikistanın hicab və saqqal davası qızışır...

28.07.2026 / 15:17
Avropanın “cəhənnəm odu”: yüz minlərlə insan Fransa və İspaniyadan qaçır

28.07.2026 / 15:09
Tramp Netanyahuya Türkiyənin F-35-ləri ilə bağlı sərt təpindi – “mən özüm bilərəm”...

28.07.2026 / 14:17
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edildi

28.07.2026 / 14:12
Azərbaycan Qazaxıstana səfir təyin etdi

28.07.2026 / 14:06
Elçin Hüseynli Azərbaycanın İtaliyada yeni səfiri təyin edildi

28.07.2026 / 13:54
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcəklər...

28.07.2026 / 13:50
İraqdakı İranyönlü şiə qruplar Səudiyyəni hədələdi - bizə hücum olsa...

28.07.2026 / 13:43
Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqləndi

28.07.2026 / 13:39
Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ - sunami xəbərdarlığı edildi...

28.07.2026 / 13:25
Ukrayna Moskvada daha bir logistika mərkəzini vurdu…

28.07.2026 / 13:10
İrandan Azərbaycana 7 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

28.07.2026 / 12:53
Putin Prezident İlham Əliyevə zəng edib

28.07.2026 / 12:38
Dini inanclı insanlarla bağlı paylaşım edən şəxs saxlandı

28.07.2026 / 11:56
Ukraynanın keçmiş prezidenti Yanukoviç soyadını dəyişdirdi və Soçiyə köçdü…

28.07.2026 / 11:41
Rəsmi Bakıdan Rusiya XİN-ə sərt təpki - buna son qoyulmalıdır...

28.07.2026 / 11:19
Qara dənizdə Rusiyanın vurduğu Türkiyə gəmisi batdı...

28.07.2026 / 11:01
ŞOK!!! İran Tramp ailəsini açıq sui-qəsdlə təhdid etdi - "Bizi gözləsin"…

28.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlandı

28.07.2026 / 10:27
Abşeronda uşaq yanan doqquzmərtəbədən özünü atdı...

28.07.2026 / 10:22
Zelenski Trampla görüşmək üçün ABŞ-a getdi...

28.07.2026 / 10:04
ABŞ danışıqlar sona çatana qədər Hörmüzün açıq qalmasını istədi, İran rədd etdi…

28.07.2026 / 09:47
Azərbaycan nefti 95 dollara satılır

28.07.2026 / 09:12
Putindən ordu ilə bağlı yeni qərar – şəxsi heyətin sayı 27 min nəfər artdı…

28.07.2026 / 08:25
İran Ukraynanı qisasla hədələdi - Xəzərdə dənizçinin ölümünə görə…

28.07.2026 / 08:12
İran Hörmüzü keçən Rusiya gəmilərinə xüsusi imtiyaz verir

28.07.2026 / 07:58
Livan öz ərazisindən Aralıq dənizinə “neft yolu” təklif etdi

28.07.2026 / 07:47
Tramp İranı Venesuela ilə müqayisə etdi - “…onlar məğlub edilməlidir”…

28.07.2026 / 07:39
İran-Oman danışıqları yenidən başladı, ikincilər nikbindir

27.07.2026 / 23:20
Tərəkəmə/Köçəri mədəniyyətin Başkənd yurd ocaqları və tarixi-coğrafi səciyyəsi...

27.07.2026 / 22:47
Rumıniya bir rus diplomatını ölkədən qovdu, Moskvadakı səfirini isə geri çağırdı…

27.07.2026 / 22:25
Putin Paşinyandan tələb etdi - AİB-lə bağlı referendumu mümkün qədər tez keçirin…

27.07.2026 / 22:08
Bakının maliyyələşmə təklifinə ciddi baxmasa, Avropa qışda qaz tapmayacaq - anbarlar boşdur...

27.07.2026 / 21:51
Xəzərdə müharibə gedir - İran Avropanı və Ukraynanı hədələdi...

27.07.2026 / 21:36
Rusiya Ermənistanı tam çökdürür, fermerlərin narazılığı artır...

27.07.2026 / 21:22
Səfir ABŞ-ın İrana qarşı quru əməliyyat planını (?) açdı...

27.07.2026 / 21:20
Husilər Səudiyyənin neft zavodlarını məhv edəcəklərini açıqladı...

Süni intellekt texnologiyaları təhsil proqramlarına necə inteqrasiya olunur...

XƏBƏR ARXİVİ