İranın ABŞ və İsrail hücumlarına qarşı qisas hücumları ilə gərginliyin artması ilə bağlı müxtəlif iddialar ortaya atılır. ABŞ-İran münaqişəsindəki gizli hücumlar bir-bir üzə çıxır. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gizli hücumları ilə bağlı iddialardan sonra Səudiyyə Ərəbistanının da İrana qarşı gizli hava hücumları həyata keçirdiyi iddia edilir.
“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən hücum mart ayının sonunda baş verib. Reuters agentliyi hədəf alınan yerləri müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yüksək vəzifəli bir rəsmisi hücum iddialarını birbaşa təsdiqləməyib, İran Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Tahir TAĞIYEV