şənbə günü, 26 sentyabr 2026
     

"Vardenis 2-ci Qarabağ olacaq" - seçkiqabağı ermənilərə qarşı Kremlin təbliğat sxemləri işləyir...

Image


Ermənistanda parlament seçkiləri kampaniyasında Azərbaycan faktoruna getdikcə daha çox diqqət olunur. Bu fonda erməniəsilli rus oliqrax Samvel Karapetyan “Güclü Ermənistan” partiyasının lideri qismində Geğarkunik bölgəsinin sakinləri ilə görüşdə bölgədəki təhlükəsizlik məsələlərinin son dərəcə aktual olaraq qaldığını bildirib.

Geğarkunik sakinləri təhlükəsizlik məsələsini qaldıraraq qeyd ediblər ki, həm Sünikdə, həm də Vayots Dzorda Azərbaycan mövqeləri erməni yaşayış məntəqələrinin yaxınlığında yerləşdirilib, bəzi kəndlər boşalıb və sakinlərin heç bir təhlükəsizlik zəmanəti yoxdur. Karapetyan cavab olaraq bildirib ki, hazırkı hökumət Azərbaycanın tələblərini yerinə yetirməyə davam edir və onun fikrincə, hazırkı rəhbərlik yerində qalsa, daha çox güzəştlər mümkündür. Karapetyan həmçinin iddia edib ki, Azərbaycan prezidenti İlham Əliyevin 300 min azərbaycanlının Ermənistana köçürülməsinə hazırlaşır: “Mən Paşinyana parlament kürsüsünə çıxıb bunun mümkün olmadığını bildirməsini təklif etdim. On gün keçib, amma onlar bir dənə də olsun açıqlama verməyiblər, bu o deməkdir ki, bu, həqiqətən də mövcuddur. Paşinyanın qorxuları var və düşünürəm ki, onun gizli razılaşmaları da var. Qarabağa “gətirdiyi” “sülh” Vardenis və Sünikə də gətirilə bilər: onları boşaltmaq, oralara azərbaycanlıları yerləşdirmək və sonra yenidən mikrofonu götürüb, “Hər şey yaxşıdır, mən sülh gətirdim”-deyə elan etmək”. Onu da qeyd edək ki, “Güclü Ermənistan” partiyasının lideri ev dustaqlığında olduğu üçün Geğarkunik bölgəsinin sakinləri ilə evində görüşüb: “Sizin bölgənizdə Ermənistanda heç kimin sahib olmadığı bir şey var - Sevan... Sevan gölünün sahillərində yaşayan insanların yoxsulluq içində yaşamağa haqqı yoxdur; əslində onlar yaxşı yaşamağa borcludurlar. Buna görə də biz sizin problemlərinizi ciddi şəkildə həll etmək niyyətindəyik”. Karapetyanın sözlərinə görə, Geğarkunik sakinlərinin sosial-iqtisadi vəziyyəti pisləşib, yoxsulluq səviyyəsi 28%-ə çatıb: “Vardenisi Qarabağın taleyi gözləyir”. Artikdə keçirilən seçki kampaniyası zamanı “Ermənistan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan da Qərbi Azərbaycan faktoruna geniş toxunub: “Əgər Paşinyan 2026-cı il seçkilərində yenidən seçilərsə, bizi “Qərbi Azərbaycan” məsələsi gözləyir”. O, Nikol Paşinyanın “Qarabağın statusu ilə bağlı plankanı aşağı salmağın” zəruriliyi barədə açıqlamalarını xatırladıb, Köçəryanın sözlərinə görə, bundan sonra nə baş verəcəyi aydın idi. Beləliklə, 2022-ci ilin payızında Praqada Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Köçəryan bir daha vurğulayıb ki, əgər Ermənistanın baş naziri Türkiyə agenti olsaydı, məhz indi etdiyini edərdi: “Buna görə də, əgər özümüzə hörmət ediriksə və uşaqlarımızın gələcəyinin qayğısını çəkiriksə, Paşinyanı dayandırmalıyıq”. Stanford Universitetinin politoloqu və siyasi elmlər doktoru Artur Xaçikyan isə Qərbi Azərbaycana qayıdışla bağlı Bakı tərəfindən işlərin davam etdiyini qeyd edib: “Azərbaycan Ermənistan ərazilərini ələ keçirmək üçün “300 min azərbaycanlının Ermənistanda məskunlaşdırılması proqramından” istifadə edir. Azərbaycan prezidenti İlham Əliyev Ermənistan rejimindən “300.000 azərbaycanlının geri qayıtması” üçün dəqiq bir müddət tələb edir. Hələ heç vaxt Əliyevin Ermənistandakı "səfiri"nin - baş nazir Nikol Paşinyanın yerinə yetirmədiyi bir əmr olmayıb”. O, həmçinin sual da qaldırıb: azərbaycanlılar dəqiq olaraq hara qayıtmaq niyyətindədirlər?

Politoloq qeyd edib: “300.000 rəqəmini götürsək - baxmayaraq ki, bəziləri onların nəsilləri də daxil olmaqla hazırda 1 milyon nəfərin olduğunu deyir - və Ermənistanda orta hesabla bir kənddə 1000 sakin olduğunu nəzərə alsaq, bu o deməkdir ki, təxminən 300 kəndi azərbaycanlılar üçün azad etməliyik. Gəlin hansı kəndlərdən danışdığımızı nəzərdən keçirək, bu rəqəmin üçdə birini və ya 100 kəndi götürək". Onun sözlərinə görə, 1988-ci ildə Ermənistanı tərk etməzdən əvvəl, ehtimal ki, bu ərazilərdə azərbaycanlıların yaşadığını düşünmək məntiqlidir. Xaçikyan xatırladıb ki, həmin dövrdə onlar Göyçə gölünün şərqində və Sünikdə, Kafan-Gegi hissəsində yaşayırdılar: “Əliyevin, xüsusilə Göyçə gölünün şərq sahilini nəzərdə tutduğunu nəzərə alsaq, bu iki bölgə, ehtimal ki, Azərbaycan əhalisi üçün kompakt məskunlaşma ərazilərinə çevriləcək”. Bu baxımdan o qeyd edib ki, məhz bu kəndlər Naxçıvanı Azərbaycana birləşdirəcək: “Onda qonşularımızın haqlı sualları yaranacaq: niyə bolşeviklər tərəfindən ədalətsiz şəkildə çəkilmiş Ermənistan sərhədi ilə Azərbaycan kəndləri həmvətənlərindən ayrılmalıdır? Və bu ədalətsizlik tez bir zamanda aradan qaldırılacaq. Mənə və ya başqasına inanmaya bilərsiniz. Amma xəritəyə və faktlara baxın: Əliyevin “səfiri”nin yerinə yetirmədiyi heç bir əmr yoxdur. O bunu mütləq edəcək. Və onlar Ermənistana “qayıdış” tələb edirlər və artıq “Ermənistanın Azərbaycan icması”nın rəhbərliyini formalaşdırıblar. Xəritəyə baxın. Ermənistan İctimai Televiziyasını söndürün, hipnozdan çıxın. Düşünün, bizi yalnız ağlınız xilas edə bilər. Ermənistanda parlament seçkilərinə qədər üç həftəmiz var”. Məsələ ilə bağlı “arminfo” nəşri yazır: “Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda 300.000 azərbaycanlının öz vətənləri olan Ermənistana “qayıtmasını” təşviq etməyə çalışır. Maraqlıdır ki, bu, 1989-cu il Ermənistan əhalisinin siyahıyaalınmasına əsasən, Ermənistan SSR-də 60.000-dən bir qədər çox azərbaycanlının yaşamasına və onların hamısının könüllü olaraq Ermənistanı tərk etməsinə və dövlətdən müvafiq kompensasiya almasına baxmayaraq baş verir.

Xatırladaq ki, 1920-ci illərin əvvəllərində Naxçıvan Ermənistanın bir hissəsi və əsasən erməni əhalisinin yaşadığı bir bölgə idi. Bu gün Azərbaycan hakimiyyəti bu bölgədə erməni varlığının hər hansı bir izini tamamilə silib. Əlavə etmək lazımdır ki, 2026-cı ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preambulasında Naxçıvanın muxtariyyətinin əsaslarının beynəlxalq müqavilələrlə - hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi ilə qoyulduğuna dair istinadlar çıxarılıb və bu bölgənin "Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğu" ifadəsi ilə əvəz edilib”. Onu da qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək. On yeddi partiya və iki blok iştirak edəcək. Bunlar “Ermənistan” və “Güclü Ermənistan” blokları, eləcə də aşağıdakı partiyalardır: “Vətəndaş Müqaviləsi”, “Çiçəklənən Ermənistan”, “Meritokratik Ermənistan”, “Mən Hamıya Qarşıyam”, “Demokratik Konsolidasiya”, “Birlik Qanadları”, “Parlaq Ermənistan”, “Milli Demokrat Qütb, Xristian Demokrat Partiyası”, “Ermənistan Milli Konqresi”, “Yeni Qüvvə”, “Respublika”, “Alyans”, “İslahatçı Partiya”, “Demokratiya”, “Qanun”, “Nizam”, “Milli Dirçəliş” və “Millətin Oyanışı” və “Respublika Naminə Demokratiya Müdafiəçiləri Birliyi”.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ