Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşım edib. Naxçıvanla bağlı maraqlı bir fakta diqqət çəkən A.Quliyev yazır:
Prezident İlham Əliyevin son illərdə böyük etimadla Naxçıvana rəhbər göndərdiyi şəxslər üçün bu faktın çox təsirli olacağını və olmalı olduğunu düşündüm.
Vasif Talıbovun Ali Məclis sədrliyindən getdiyi dekabr 2022-ci il Naxçıvan MR üçün rəsmi qeydə alınmış işsizlərin sayca ən az olduğu il oldu - cəmi 190 nəfər. 2025-ci ildə bu rəqəm 14504 nəfər olub, 76 dəfə artıb... Təəssüf... Bunlar rəsmi dövlət statistikasıdır...
Demək istəmirəm ki, Vasif Talıbov necə edirdi… İşsizlərin hamısının rəsmi qeydə alınmasına imkan vermirdi, ya həqiqətən insanları işlə təmin edirdi… Bunu Naxçıvan camaatı desə, daha yaxşı olar...
Ancaq 2022-dən bu yana Naxçıvana böyük etimadla göndərilmiş bütün gənc kadrların bu tənəzzüldə payı və məsuliyyəti var...
Naxçıvana bu pisliyi niyə etdiniz? Mahiyyətində etimada xəyanət dayanan bu sualın cavabını onlardan Prezident də soruşacaq, naxçıvanlılar da...
Tahir TAĞIYEV