Tehran hökuməti ABŞ və İran arasında İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci mərhələsində iştirak etməyəcəyini açıqlayıb.
Yarırəsmi Fars Xəbər Agentliyinə danışan adı açıqlanmayan bir rəsmi, İranın elan etdiyi ilkin şərtlərin ABŞ-la hər hansı bir danışıqlara başlamaq üçün "minimal etimad yaradan tədbirlər" olduğunu deyib.
İran rəsmisi vurğulayıb ki, Tehran beş şərti - müharibənin bütün cəbhələrdə dayandırılması, sanksiyaların qaldırılması, bloklanmış aktivlərin azad edilməsi, müharibə ilə bağlı zərərlərin ödənilməsi və Hörmüz boğazı üzərində suverenliyin tanınması - yerinə yetirilməyincə, ABŞ-la danışıqları bərpa etməyəcək.
Tahir TAĞIYEV