COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına iyulun 1-dək əlavə veriləcək.
Daha əvvəl bu müddət aprelin 1-dək müəyyən edilmişdi.