Cümə axşamı günü, 11 iyun 2026
     

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Image


Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-İlk növbədə, sizi doğma vətənə qayıtmağınız münasibətilə təbrik edirəm. Şükürbəyli kəndi tamamilə yenidən qurulub. Bildiyiniz kimi, işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdı, bir dənə də salamat bina qalmamışdı. Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, yaşamaq, çalışmaq, təhsil almaq üçün bütün şərait - məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər var ki, burada siz - Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız.

Uzun illər ərzində bu torpaqlar işğal altında olub. Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir, ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız. Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir.

Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan dövləti Cəbrayıl rayonunda bir daşı daş üstə qoymamışdı. Düzdür, yol çəkmək istəyirdi, amma buna vaxtı çatmadı. Amma bir daşı daş üstə qoymamışdır. Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı, Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdır. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə bazarlarda satıldı. Biz isə qurub-yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.

Əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir. Burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq göstərişlər verildi - həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan başqa, Cəbrayıl rayonunda sənaye zonası – “Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə tutmuşuq, 200 hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20 rezident var, artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək, o da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq - biri Ağdamda, biri də Cəbrayılda.

Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm, siz onu görmüsünüz, yoxsa yox, - Zəngəzur dəhlizinin bir hissəsi olan, ta Ermənistan sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq.

Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır - yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi “Xudafərin”, “Qız Qalası” su anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də istifadə edəcəyik. Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.

Sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.

x x x

Sakinlər: Çox sağ olun, cənab Prezident.

Kişi sakin: Möhtərəm Prezident, bu kənddə boya-başa çatan bir adam, burada çalışan bir müəllim kimi bu gün Sizinlə bu görüşümüz bizim üçün tarixi bir hadisədir. Sizin uğurlu siyasətinizin, qəhrəman oğullarımızın şücaəti nəticəsində bu doğma torpaqlarımız bizə qayıtdı. Mən 40 yaşımda buradan çıxmışam, indi 73 yaşım var. Mən Sizinlə fəxr edirəm. Sizin bütün çıxışlarınızı, xarici jurnalistlərə verdiyiniz cavabları - hamısını diqqətlə izləyirik və Sizinlə fəxr edirik. Biz də çalışacağıq ki, Sizin adınızı həmişə ucaldaq.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Kişi sakin: Mübarizə aparırsınız. Burada da, xaricdə də, başqa ölkələrdə də, istəyənlərin arasında da, istəməyənlərin arasında da mübarizə aparırsınız, dəmir iradənizi nümayiş etdirirsiniz. Sülhün, əmin-amanlığın tərəfində dayanıb bütün xalqlara onu aşılayırsınız. Mübarizə bu gün də var, sabah da. Siz də onun ən ön sıralarında.

Prezident İlham Əliyev: Sizin kimi insanlar, Azərbaycan xalqı mənim arxamda, dövlətin arxasında durduqca bizim də təbii ki, gücümüz artır. Sağ olun, təşəkkür edirəm sizə. Təbrik edirəm.

Sakinlər: Sağ olun.

Qadın sakin: Möhtərəm Prezident, əziz Mehriban xanım. Mən də bir neçə kəlmə demək istəyirəm. Bu gün bizə bu tarixi günü yaşatdığınız üçün, bizi öz torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə ürəkdən cansağlığı, uzun ömür arzulayıram. Mən müəlliməm. Bir məsələni yada salmaq istəyirəm. Bu gün bizim görüşümüz elə bir tarixi günə təsadüf edir ki, Ulu Öndərimizin doğum günü ərəfəsindəyik, onu biz bütün respublika səviyyəsində qeyd edirik. Mən də Ulu Öndərimizi ürəkdən şəxsən çox sevən, hörmət edən bir müəlliməm, tələbə vaxtımdan da sevmişəm. Onun çıxışlarını dinləyəndə həmişə deyirdi ki, biz Qarabağa qayıdacağıq, o gün gələcək. Möhtərəm Prezident, onun qoyduğu o böyük siyasəti Siz elə bir uğurla davam etdirdiniz ki, bu gün Qarabağ artıq bizimdir. Qarabağın bütün bölgələrində artıq quruculuq işləri başlayıb, bütün həyat canlanır, insanlar öz doğma yurdlarına qovuşublar. Buna görə Sizə minnətdarıq, təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Həmin qadın sakin: Mehriban xanım, Siz həmişə köçkünləri, uşaqları, insanları, qadınları dinləmisiniz, yanlarında olmusunuz. Allah Sizə də uzun ömür, cansağlığı versin. Siz bizim Prezidentimizin ən yaxın köməkçisi və silahdaşı, arxasısınız. Sizə də uzun ömür, cansağlığı arzulayıram.

Mehriban Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm, təbrik edirəm.

Qadın sakin: Allah sizə cansağlığı versin. Sizinlə qürur duyuruq.

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı, uzun ömür arzulayıram. Doğma torpaqda rahat yaşayacaqsınız, inşallah.

Sakinlər: İnşallah.

Qadın sakin: Çalışacağıq ümidinizi doğruldaq həmişə.

Prezident İlham Əliyev: Əminəm ki, belə də olacaq.

x x x

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

x x x

Dəvət olunur, Rüstəmov Yusif İsa oğlu.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Yusif Rüstəmov: Sağ olun, çox sağ olun.

Həsənova Zenfira Famil qızı.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Zenfira Həsənova: Çox sağ olun.

Seyidalıyev İlqar Səməd oğlu.

Prezident İlham Əliyev: Təbrik edirəm.

İlqar Seyidalıyev: Cənab Prezident, çox sağ olun, çox var olun ki, bu gün burada iştirak edirsiniz. Bizim ən əlamətdar günlərimizdən biridir. Yoldaşım da buradadır, bu gün bizim toy günümüzdür.

Prezident İlham Əliyev: Təbrik edirəm!

İlqar Seyidalıyev: 34 il əvvəl bu kənddə, - ikinci ev mənim atamın evidir, - orada çadır qurub toy etmişik. Mən fəxr edirəm ki, Siz bizim toy günümüzdə Mehriban xanımla birgə iştirak etmisiniz.

Prezident İlham Əliyev: Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz.

İlqar Seyidalıyev: Çox sağ olun, çox var olun!

Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun. Neçənci ildə evlənmisiniz?

İlqar Seyidalıyev: 1992-ci ildə.

Mehriban Əliyeva: Təbrik edirəm sizi.

İlqar Seyidalıyev: Çox sağ olun.

Prezident İlham Əliyev: 1992-ci ildə, işğala bir il qalmış.

İlqar Seyidalıyev: Bəli.

Prezident İlham Əliyev: Sonra haraya köçdünüz işğal dövründə?

İlqar Seyidalıyev: Mən bu zastavanın rəisi idim, öz kəndimizdə hərbçi idim. İşğaldan sonra da xidmətə davam etdim.

Prezident İlham Əliyev: Bəs işğal dövründə harada məskunlaşmışdınız?

İlqar Seyidalıyev: Ailəm İmişlidə, mən də döyüşlərdə.

Babayev Mayis Allahverdi oğlu.

Mayis Babayev: Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Fətəliyeva Mina Cəlil qızı.

Mina Fətəliyeva: Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təbrik edirəm, siz burada, bu kənddə müəllim olmusunuz?

Mina Fətəliyeva: Bəli, təyinatımla ilk dəfə buraya müəllim gəlmişəm, 1990-cı ildə.

Prezident İlham Əliyev: Özünüz buralısınız, yoxsa?

Mina Fətəliyeva: Yox, mən rayonun özündənəm. Buraya müəllim gəldim.

Prezident İlham Əliyev: Burada müəllim işləmisiniz?

Mina Fətəliyeva: Bəli, müəllim işləmişəm. İndi də təzədən burada, inşallah, pedaqoji fəaliyyəti davam etdirəcəyik.

Prezident İlham Əliyev: Bəli, məktəbdə yəqin ki?

Mina Fətəliyeva: İnşallah.

Prezident İlham Əliyev: Ya burada, ya da ki, Cəbrayıl şəhərində.

Mina Fətəliyeva: Yox, elə burada, kənddə.

Prezident İlham Əliyev: Burada məktəb də çox gözəldir.

Mina Fətəliyeva: Burada davam edəcəyik, inşallah.

Prezident İlham Əliyev: Bəli, mütləq.

Mina Fətəliyeva: Ailə üzvlərimlə şəkil çəkdirə bilərik?

Prezident İlham Əliyev: Bəli, gəlin çəkdirək. Siz harada yaşamısınız işğal dövründə?

Mina Fətəliyeva: İşğal dövründə buradan çıxdıq, getdik İmişliyə.

Kişi sakin: İmişlidə, bir hissəsi də Bakıda.

Prezident İlham Əliyev: Bakıda harada?

Kişi sakin: Yataqxanada, Sabunçu rayonu ərazisində. Özüm də Mərkəzi Seçki Komissiyasında işləmişəm bu ilə qədər. Bu il yaşa görə çıxmışam.

Prezident İlham Əliyev: Bu günlərə qədər yataqxanada? Çətin bir həyat - yataqxanada 30 il yaşamaq.

Mina Fətəliyeva: Otaq balaca.

Prezident İlham Əliyev: Neçə otağınız var idi?

Mina Fətəliyeva: Bir otaq. Şükür Allaha bu günü bizə yaşatdığınız üçün.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz.

Mina Fətəliyeva: Ürəkdən, səmimi-qəlbdən Sizə təşəkkür edirik. Artıq geniş otaqlarımız, mənzilimiz, həyətimiz, torpağımız, Vətənimiz! Çox sağ olun, Sizin sayənizdə.

Prezident İlham Əliyev: Təmiz hava, gözəl təbiət, əsas da doğma Vətən torpağı.

Mina Fətəliyeva: Çox sağ olun!

Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.

Əhmədov Əliyar Teymur oğlu.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Əliyar Əhmədov: Çox sağ olun, mən də kəndimizin sakinləri adından sizlərə dərin təşəkkürümüzü bildiririk ki, bizi bu doğma yurdumuza qaytardınız.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm.

Hüseynova Nuranə Sergey qızı.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Nuranə Hüseynova: Çox sağ olun, minnətdaram.

Abbasov Qədir Famil oğlu.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Qədir Abbasov: Çox sağ olun.

Məmmədova Ülviyyə Məmməd qızı.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Ülviyyə Məmmədova: Çox sağ olun.

Kişi sakin: İcazə olar, şəkil çəkdirək?

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Rəsulov Rəhman Çingiz oğlu.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Rəhman Rəsulov: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sən cavansan. Sən də burada doğulmusan, yoxsa?

Rəhman Rəsulov: Bəli, mən 8 yaşımda olanda buradan çıxmışıq. İndi 40 yaşım var, mən də müəllim kimi pedaqoji fəaliyyətimi burada davam etdirmək istəyirəm.

Prezident İlham Əliyev: Harada işləyirdin bu vaxta qədər?

Rəhman Rəsulov: Bu vaxta qədər Biləsuvar ərazisində yerləşən 10 saylı qəsəbədə.

Prezident İlham Əliyev: İndi burada davam edərsən.

Rəhman Rəsulov: İnşallah, çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Mehriban Əliyeva: Cənab Prezident, Əli ilə bir daha şəkil çəkmək olar? Əvvəl ikisi ilə. Buyurun.

Prezident İlham Əliyev: Əlbəttə.

Mehriban Əliyeva: Təbrik edirəm sizi.

Prezident İlham Əliyev: Gəlin, ayrı-ayrılıqda çəkdirək. Sonra da hamımız birlikdə.

Sakin: Şərqin lideri, Şərqin fatehi Nadir şah oldu, Qafqazın da fatehi Sizsiniz.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

X X X

Şəkillər çəkdirilir.

X X X

Prezident İlham Əliyev: Siz harada işləmisiniz?

Qadın sakin: Mən işləməmişəm.

Prezident İlham Əliyev: Yəqin ki, Bakıda yaşamısınız.

Qadın sakin: Bəli.

Prezident İlham Əliyev: Burada, bilirsiniz, elə kəndlər, şəhərlər salınır ki, paytaxtdan da geri qalmayacaq.

Sakinlər: İnşallah, Sizin sayənizdə.

Prezident İlham Əliyev: Əsas odur ki, doğma Vətən torpağıdır. Əlbəttə ki, bu torpaqları canlandırmaq lazımdır.

Kişi sakin: Dəqiqələri sayırdım mən buraya gəlməyə, and olsun Allaha.

Prezident İlham Əliyev: Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım, çünki torpaqlar işğaldan azad olunandan sonra birinci göstərişlərdən biri də o idi ki, bu torpaqları biz yenidən əkin dövriyyəsinə qaytaraq. Hər dəfə, hər il əkin-biçin mövsümündən sonra arayış alıram və baxıram taxılçılığın inkişafı nə qədərdir. Ölkə üzrə yaxşı gedir, indi köhnə leksikonla desək, təqribən 35 sentner/hektardan, əslində, 3,5 ton. Maraqlanıram, Qarabağda nə qədərdir, çox az və sual yaranır ki, nə üçün? Çünki burada məsələn, torpaq çox münbitdir, siz də yaxşı bilirsiniz, çox məhsuldardır. Mənə indi izahat verilir ki, özü də xarici mütəxəssislər, o cümlədən ermənilər bu torpağı o qədər əziblər, o qədər qaydasız istismar ediblər ki, bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır. Ona görə də burada necə ki, bizim bütün təbii sərvətlərimizi talayıblar, istismar ediblər, torpağımızı da demək olar ki, böyük dərəcədə bərbad vəziyyətə salıblar. Ona görə indi müasir aqrotexniki tədbirlər, müasir suvarma sistemləri və kənd təsərrüfatının inkişafı ilə bağlı ümumi strategiyamız əsasında bu torpaqları canlandırmaq lazımdır. Çünki siz də yaxşı bilirsiniz ki, Azərbaycanın bir çox bölgələrində çox münbit torpaqlar var, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda. Sovet vaxtında burada üzümçülüyü yəqin ki, xatırlayırsınız.

Sakinlər: Bəli, pambıqçılıq, üzümçülük, ən qabaqcıl kolxoz olub bizimki. 6-7 kənd bizə baxırdı. Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayevin kolxozu idi.

Prezident İlham Əliyev: Burada nə idi o kolxozun ixtisaslaşması?

Sakinlər: Burada üzümçülük, baramaçılıq, maldarlıqla məşğul idik. Bizim 1200 baş iribuynuzlu mal-qaramız olub.

Prezident İlham Əliyev: Hamısını bərpa etmək lazımdır.

Sakin: Kolxozun mühasibi idi bu.

Kişi sakin: 12 min baş qoyunumuz olub, toyuğun sayı-hesabı yox idi.

Prezident İlham Əliyev: Siz gərək o səviyyəyə qaldırasınız. Həm siz, həm gənc nəsil. Çünki burada heyvandarlıq da, üzümçülük də olub. Bu bölgədə - Zəngilanda, Qubadlıda tütünçülük də olub, burada necədir bilmirəm.

Sakinlər: Bizdə tütün olmayıb.

Prezident İlham Əliyev: Olmayıb. Maldarlıqla bağlı.

Sakinlər: Maldarlıq bizdə ən yüksək səviyyədə idi. İpək olub - biz ildə 19 ton əvəzinə, 26 ton barama vermişik.

Prezident İlham Əliyev: Camaat da yaxşı dolanırdı.

Sakinlər: Çox, çox, yəni milyoner kolxoz idik biz.

Prezident İlham Əliyev: Gərək siz buranı dövlətin dəstəyi ilə o hala gətirəsiniz.

Kişi sakin: Bizim kolxozumuz çox qabaqcıl kolxoz olub.

Prezident İlham Əliyev: Sonra Sovet İttifaqı dağıldı. Kolxoz qalmışdı, ya dağıldı?

Sakinlər: Yox, dağılmadı, bizdə qaldı. Köçəri Babayev rəhmətə getdi, kolxoz da dağıldı. O, çox işləyən adam olub, 71 yaşında rəhmətə gedib. Mən onunla çox işləmişəm. Yəni o, ölən gününə qədər işlədi. Bir yerə gedəndə bir 12 vərəqli dəftər yazırdı ki, filan işlər görülsün. Çox qayda-qanunla işləyirdi.

Prezident İlham Əliyev: İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var. Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə. Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir.

Kişi sakin: Biz üzümü vaqonla xaricə satırdıq.

Prezident İlham Əliyev: Zavod var idi?

Sakinlər: Şərab zavodu, çox böyük idi. Ən böyük bizdə idi.

Prezident İlham Əliyev: Sisternlərlə göndərilirdi?

Sakinlər: Bəli, sistern gəlib dayanırdı, çənlərdən içinə şərab vurulurdu.

Prezident İlham Əliyev: Yaxın gələcəkdə biz kənd təsərrüfatının inkişafına dair dövlət proqramı qəbul edəcəyik, bu məsələlər orada nəzərdə tutulacaq, o cümlədən dövlət vəsaiti. Əsas odur ki, buraya qayıdan keçmiş köçkünlər gecə-gündüz çalışsınlar, həm öz dolanışıqlarını təmin etsinlər, həm də dövlətə xeyir versinlər.

Kişi sakin: Möhtərəm Prezident, rayonun, səhv etmirəmsə, 28 müəssisəsinin idarəsi burada - bu kənddə idi. Kimya birliyi, kənd təsərrüfatı texnikası stansiyası, kinoprokat.

Prezident İlham Əliyev: Ən böyük kəndlərdən biri idi? Bundan böyüyü var idi?

Sakinlər: Mərcanlı böyük idi. Böyük Mərcanlı, Soltanlı. O, bizdən böyük idi, amma stansiya burada olduğuna görə rayonun anbarı burada idi. Çünki məsələn, başqa yerdə olsa, daşımaq gərək idi.

Kişi sakin: 7-8 rayonun kinoprokat idarəsi burada yerləşirdi.

Prezident İlham Əliyev: Soltanlıda indi yarımstansiya və aqroparklar açılır. Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax, bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur.

Sakinlər: Bəli. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Bunu yaşatmaq, uşaqlara öyrətmək lazımdır. Tərbiyə etmək lazımdır. Bizim qədər, tam, yəni mütləq Qələbə qazanan ikinci ölkə yoxdur. Ən azı son 80 ildə və ondan sonra da olmayıb. Bax bu, qürur mənbəyidir.

Kişi sakin: Dünya da bizi tanıdı.

Prezident İlham Əliyev: Və hörmət etməyə başladı.

Qadın sakin: Möhtərəm Prezident, Şah İsmayıl Xətaidən sonra Azərbaycanı hissə-hissə qoparıb dağıdıblar. Azərbaycanın torpağını geri qaytaran bir ali baş komandanımız, komandanımız, sərkərdəmiz olmayıb. Birinci dəfədir ki, biz əlimizdən alınan torpaqları geri qaytarmışıq.

Kişi sakin: Bəli, son 200 ildə.

Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sakinlər: Sağ olun.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənilərin Başkəndi Azərbaycanın hansı kəndi ilə dəyişdirilə bilər? - Paşinyan niyyətini açdı...

Vətən müharibəsi və Milli Qəhrəmanların təqaüdlərini bərabərləşdirmək olar...(?)

Yuxarı məmurların övladları əsasən dövlət məktəblərində oxumurlar... Təhsil məmurları isə...

SON XƏBƏRLƏR

11.06.2026 / 16:53
Hüseyn Cəfərov: “Otuz il axtarılıb, lakin tapılmamağının səbəbi o idi ki, axtaranlar mixi yazının necə olduğunu tam bilmirdilər” - MÜSAHİBƏ

11.06.2026 / 16:47
Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

11.06.2026 / 16:12
ABŞ İranı can damarından vurdu - su anbarları bombalandı...

11.06.2026 / 15:53
"Bala Göyçə” əməliyyatında şəhid oldu - sonradan “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu...

11.06.2026 / 15:35
Uşaqların internet təcavüzündən müdafiə tədbirləri böyük rezonans doğurub...

11.06.2026 / 15:10
Serbiya prezidenti istefa verə bilər - Vuçiç baş nazir olmaq istəyir...

11.06.2026 / 14:49
Yunus Oğuzun üç kitabı bir romanda - “Qara Yusif”...

11.06.2026 / 14:32
"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin əbədiliyinin təminatçısıdır" - Vüqar Rəhimzadə

11.06.2026 / 14:21
“İdrak” liseyindəki atışmaya görə daha bir nəfər məsuliyyətə cəlb olundu...

11.06.2026 / 14:08
Bakıda evdən 70 min manatlıq qızıl oğurlandı...

11.06.2026 / 13:54
Məhərrəm ayının başlanacağı tarix açıqlandı

11.06.2026 / 13:26
Azərbaycanla İran Araz çayı üzrə yeni tarixi saziş imzaladılar...

11.06.2026 / 13:11
"Bakubus" büdcədən 100 milyon aldı, 51 milyon "batırdı" - hara və nələrə...

11.06.2026 / 12:33
DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

11.06.2026 / 12:33
DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

11.06.2026 / 12:30
İranda parlament iclasları məhdudlaşdırılıb -Səbəb?

11.06.2026 / 12:30
Zelenski Putinə və Trampa yazdlqlarından lazımı nəticəni aldı...

11.06.2026 / 12:14
Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

11.06.2026 / 12:05
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

11.06.2026 / 12:02
Qazaxıstanda gənə təhlükəsi-475 nəfər tibbi yardım üçün müraciət edib

11.06.2026 / 12:00
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

11.06.2026 / 11:58
Nərimanov rayonunda obyektdə yanğın başlayıb

11.06.2026 / 11:52
Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

11.06.2026 / 11:37
Rusiya özündən başqa 160 ölkəni də aqrar məhsulla təmin edir(?) - nazirlikdən şübhəli açıqlama...

11.06.2026 / 11:20
Ermənistanın KTMT-dən qovulma prosesi başlandı, ardınca İrəvan Avrasiya İqtisadi İttifaqından da sürgün ediləcək...

11.06.2026 / 11:19
Neft 150 dollara qalxır - daha böyük müharibə başladı...

11.06.2026 / 11:15
Nazir müavini: "Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır"

11.06.2026 / 11:03
Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

11.06.2026 / 10:50
Ermənistanda zəlzələ - Naxçıvanda da hiss olundu

11.06.2026 / 10:26
İran Hörmüz boğazından keçməyə çalışan iki gəmini vurdu...

11.06.2026 / 10:16
İran-ABŞ toqquşması getdikcə daha da şiddətlənir – SEPAH Hörmüz boğazını bağladı...

11.06.2026 / 09:43
Futbol üzrə dünya çempionatı başlayır - Meksika və CAR bu gün qarşılaşır...

11.06.2026 / 09:25
Səudiyyə İsrailin Livana hücumları ilə bağlı ABŞ-a nota verdi…

11.06.2026 / 09:11
Zakir Həsənov Pakistana başsağlığı verdi

10.06.2026 / 22:48
Ukrayna dronları Rusiya şəhərlərində həyatı dondurub - 600 kv. km azad olundu...

10.06.2026 / 22:25
Tramp İrana hücumların davam edəcəyi mesajını verdi - bədəlini ödəyəcəklər...

10.06.2026 / 22:10
Mikayıl Cabbarov: "Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır" - VİDEO

10.06.2026 / 21:49
Paşinyan seçkiyə qatılmış bütün müxalifət liderlərinə cinayət işi açdı...

10.06.2026 / 21:35
Azovda dron hücumunda həlak olmuş azərbaycanlıların nəşi Bakıya gətirildi

10.06.2026 / 21:23
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

10.06.2026 / 20:15
Paşinyanın qələbəsi Qarabağdan aparılmış ermənilərin həyatını gözlənilməz şəkildə dəyişdirir...

10.06.2026 / 20:03
Velosipedlə Türkiyəni kəşf edin: Bu marşrutlar sizi gözləyir

10.06.2026 / 19:52
Prezident Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı fərman imzaladı

10.06.2026 / 19:50
Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasında dəyişikliklər edildi

10.06.2026 / 19:42
Rəsmi İrəvan Bakıda məhkum edilmiş separatçı ermənilərdən imtina edir...

10.06.2026 / 19:20
"Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb" - Hikmət Hacıyev

10.06.2026 / 19:08
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə yeni qərar verildi - daha 5 ay ...

10.06.2026 / 18:54
ABŞ Qafqazda Rusiya və Çinlə kəşfiyyat müharibəsinə başladı...

10.06.2026 / 18:41
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olundu - FOTO

10.06.2026 / 18:33
Ölkədən çıxışı qadağan edilmiş “JEK” fəhləsi Prezidentə müraciət etdi...

10.06.2026 / 18:25
Vuçiç Zakir Həsənovu qəbul etdi - FOTO

10.06.2026 / 18:17
"Bu, uşağın günahı deyil, cəmiyyətin onun üzərinə qoyduğu yükdür” - Emin Əmrullayev

10.06.2026 / 18:15
Albaniya Prezidenti İlham Əliyevə məktub göndərdi

10.06.2026 / 18:05
Kreml Ermənistanı cəzalandırmaq üçün düyməyə basdı - KTMT ölkələri İrəvana qarşı hərəkətə keçdi...

10.06.2026 / 17:53
Polis Sabunçuda əməliyyat keçirdi - 4 nəfər saxlandı, 46 kq narkotik ələ keçirildi...

10.06.2026 / 17:42
"Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir" - Seymur Məmmədov

10.06.2026 / 17:37
MDB-nin Antiterror Mərkəzi –“Azərbaycanda miqrasiya böhranı”?...

10.06.2026 / 17:18
Baş prokuror cinayət məsuliyyətinə cəlb edilən yeniyetmələrin sayını açıqladı...

10.06.2026 / 16:50
ABŞ İranla İsrailsiz nüvə sazişinə hazırlaşır - Netanyahu "ofsaytda"...

10.06.2026 / 16:29
Putinin basqılarına baxmadı - Tokayev Paşinyanı cəsarətlə dəstəklədi...

10.06.2026 / 16:12
Məktəblərdə mobil telefonlar qadağası - nəzarət mexanizmlərinin tətbiqinə başlandı...

10.06.2026 / 16:00
ABŞ BCM-nin prokuroru Kərim Xandan Netanyahunun qisasını aldı...

10.06.2026 / 15:48
Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

10.06.2026 / 15:43
Rəşad Həsənov: Valideynlərin 43 %-i uşaqlarının sosial şəbəkə istifadəsinə nəzarət edə bilmir

10.06.2026 / 15:39
Milli Paralimpiya Komitəsinin rəhbərliyi medal qazanan parataekvondoçularla görüşüb

10.06.2026 / 15:33
Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır

10.06.2026 / 15:21
Əhməd İsmayılov:"Bu qanun layihəsi uşaqlarımızı rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaq üçün daha sağlam və təhlükəsiz bir mühit formalaşdırmağa xidmət edir"

10.06.2026 / 15:21
Kəşfiyyat Ərdoğana İsraillə danışmağı tövsiyə edir...

10.06.2026 / 15:08
Fərid Pərdəşünas: "Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu olduqca vacibdir"

10.06.2026 / 14:55
ATƏT-in seçki rəyi Ermənistanın Avrointeqrasiya kursuna kölgə sal(m)ır (?)...

10.06.2026 / 14:41
Azərbaycanda da böyük biznesi var - Avropa İttifaqının sanksiyasına tuş gəldi...

10.06.2026 / 14:37
Ermənistan Qərargah rəisi Azərbaycana qarşı "ərazi iddiasından" geri durmur...

10.06.2026 / 13:44
Paşinyan Azərbaycanla saziş üçün “Konstitusiya şərtindən” hələ danışmayıb...

10.06.2026 / 13:31
Hələ kimsə Paşinyan kimi etməyib - Parlamentin 2 müxalif liderini seçkidən dərhal sonra tuturlar...

10.06.2026 / 13:24
ABŞ İranda 20, İran isə ABŞ-a aid 21 hədəfi vurdu - Yaxın Şərqdə gərginlik yenidən artdı...

10.06.2026 / 13:11
Hamı tərk edir - Paşinyan tək qala bilər...

10.06.2026 / 13:03
Azərbaycanın strateji valyuta ehtiyatlarında 15,2 faiz artım - 88 milyard 438,6 milyon...

10.06.2026 / 12:56
Tramp İranın vurduğu hərbi bazalardan geri çəkilir... İnanılmaz...

10.06.2026 / 12:53
Üç dövlətin kəşfiyyat müharibəsi Azərbaycandan yan keç(məy)əcək...

10.06.2026 / 12:21
"Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var" - Adil Kərimli

10.06.2026 / 12:08
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər? - Ali Məhkəmə açıqladı...

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ