ABŞ-nin Demokratlar partiyasından konqresmeni Ed Keys bildirib ki, Pentaqon İranla müharibənin başlamasından bəri 39 təyyarə itirib.
Amerika mediası yazır ki, Keys bu sözləri Senatın xüsusi komitəsini dinləməsində Pentaqonun maliyyə direktoru Cey Herstdən münaqişə zamanı dəyən ziyanın miqyası barədə soruşarkən deyib. O bildirib: “The War Zone” adlı hesabata görə, təxminən 39 təyyarə itirmişik və bu, bir ay əvvəl hazırlanmış köhnə sənəddir”. Konqresmen Herstdən Pentaqonun bütün bu təyyarələrin təmiri xərclərinin hesablanmasını da soruşub.
Herst cavab verib: “Orada xərclər var, amma sizə yazılı şəkildə cavab vermək və onların konkret nə olduğunu bildirmək istəyirəm, çünki təsəvvür etdiyiniz kimi, təyyarələrin təmirinin hesablanması çox çətin bir məsələdir”. O əlavə edib ki, bu dəyəri qiymətləndirməzdən əvvəl təyyarənin tam diaqnozunu qoymaq lazımdır.
“The War Zone” hesabatında ABŞ Hərbi Hava Qüvvələrinin İranla münaqişə zamanı təxminən 13 min uçuş həyata keçirdiyi bildirilir. Qeyd olunur ki, 39 təyyarə məhv edilib, daha 10 təyyarə isə müxtəlif dərəcədə zərər görüb.
Hesabatda, həmçinin “F-35A Lightning II” qırıcı təyyarəsinin İran hava məkanında vurulduğu və “Boeing E-3 Sentry” təyyarəsinin məhv edildiyi iddia edilib. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib və Pentaqon rəsmiləri dinləmə zamanı iddia edilən itkiləri açıq şəkildə bildirməyiblər.
ZÜMRÜD