Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel, 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları zamanı Kiyevin Donbasdan imtina etməyə razılaşdığını iddia edib.
Amerikalı jurnalist Taker Karlsona danışan Mendel, danışıqlar prosesində iştirak edən rəsmilərdən aldığı məlumatlara istinad edərək, Zelenskinin bu güzəşti şəxsən təsdiqlədiyini bildirib.
Ukrayna liderinin o dövrdə müharibəni bitirmək üçün ərazi güzəştlərinə getməyə hazır olduğunu iddia edən Mendel, bu gün onun, “Donbasdan imtina etməyəcəyik” açıqlamasını "uyğunsuzluq" adlandırıb.
İstanbul danışıqları müharibənin ilk aylarında intensiv şəkildə aparılırdı, lakin tərəflər arasında qarşılıqlı ittihamlar səbəbindən danışıqlar nəticəsiz başa çatdı.
Tahir TAĞIYEV