şənbə günü, 26 sentyabr 2026
     

Netanyahu Qəzzada kütləvi edamlara hazırlaşır - qanun qəbul olundu...

Image


Xaqani Cəfərli: "Terrorçuların edamı istənilən nəticəni verməyəcək"

İsrail parlamentinin 93 deputatı 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunda iştirak edənlərə ölüm cəzası və açıq məhkəmə proseslərini nəzərdə tutan qanunun lehinə səs verdi. Heç bir deputat əleyhinə çıxmadı, 27 nəfər isə bitərəf qaldı və ya iştirak etmədi.

Martda terrorizm ittihamları ilə bağlı ölüm cəzasını nəzərdə tutan qanun artıq qəbul edilmişdi, lakin o, geriyə qüvvəyə malik deyildi, yəni 7 oktyabr hadisələrinə tətbiq edilə bilmirdi. Yeni qanun bu boşluğu dolduraraq, həmin hücumda iştirak etmiş ola biləcək şəxslərin retroaktiv təqibinə imkan yaradır.

Qanun layihəsi qeyri-adi olaraq həm hakim koalisiya, həm də müxalifət nümayəndələri tərəfindən birgə irəli sürülüb. Müxalifətçi həmmüəllif Yuliya Malinovskaya bildirib ki, İsrail dövləti ona zərər verənləri məsuliyyətə cəlb etməyi bacaran suveren dövlətdir və bu, bütün dünyanın görəcəyi tarixi sınaqların başlanğıcıdır.

Qanunu dəstəkləyən siyasətçilər Holokostun memarı Adolf Eynmannın 1962-ci ildəki məhkəməsi ilə müqayisə olunan tarixi proses keçirmək niyyətindədirlər. Eynmann İsrail tarixində mülki məhkəmə tərəfindən edam edilən yeganə şəxs olub.

İsrailin insan haqları təşkilatları isə qanuna etiraz edərək, həm ölüm hökmünün tətbiqi prinsipinə, həm də işgəncə altında alına biləcək etiraflara əsaslanan "görüntü məhkəmələri" riskinə qarşı çıxıblar.

7 oktyabr 2023-cü ildə HƏMAS yaraqlıları İsrailin cənubunda əksəriyyəti mülki şəxs olan 1.200-dən çox insanı öldürdü və 251 nəfəri Qəzzaya əsir apardı. İsrailin Qəzzadakı cavab əməliyyatları isə, Səhiyyə Nazirliyinin məlumatına görə, 72.740 nəfərdən çox insanın həlak olması ilə nəticələndi.

Yəni yeni qanunla İsrail hökuməti 3 ilə yaxındır işgəncələr altında saxladığı 1300-dən çox HƏMAS nümayəndəsini edam etmək istəyir. Bu baş tutsa son illərdə rast gəlinməyən kütləvi edam olacaq. Bu, insan haqlarına, humanizm prinsiplərinə nə qədər uyğundur? Bir qrupu hədəfə alaraq onlara görə xüsusi cəza qanunu tətbiq etmək beynəlxalq hüquqa nə qədər uyğundur?

İnsan haqları baxımından ölüm cəzası özü artıq beynəlxalq normalarla gərgin münasibətdədir. BMT bu cəzanın ləğvini tövsiyə edir, Avropa İnsan Haqları Konvensiyası isə onu qadağan edir. Retroaktiv qanun, yəni əməl baş verdikdən sonra qəbul edilən qanunun tətbiqi isə hüquqi dövlət prinsiplərinin ən ciddi pozuntularından biri hesab olunur. "Nullum crimen sine lege" - cinayət əməli törədiləndə qanunda nəzərdə tutulmayıbsa, sonradan cəzalandırmaq olmaz - beynəlxalq hüququn təməl prinsiplərindən biridir.

Eyni zamanda İsrailin arqumentini də nəzərə almaq lazımdır. Dövlət müstəsna bir zorakılıq aktının - mülki əhaliyə qarşı soyqırım niyyətilə həyata keçirilmiş hücumun cavabsız qalmaması üçün hüquqi çərçivə yaradır. Nürnberq və Eynmann məhkəmələri də öz dövrünün hüquqi standartlarını aşan, lakin tarixi ədalət baxımından qəbul edilən proseslər idi.

Beynəlxalq hüquq baxımından bu qanunun ən zəif tərəfi retroaktivliyi və xüsusi bir qrupa, yəni yalnız 7 oktyabr iştirakçılarına tətbiq edilməsidir. Bu, hüquq bərabərliyi prinsipinə ziddir. İşgəncə altında alınan etirafların dəlil kimi istifadəsi isə həm Cenevrə Konvensiyasını, həm də İşgəncələrə Qarşı BMT Konvensiyasını pozur.

Nəticə etibarilə bu qanun hüquqi cəhətdən son dərəcə mübahisəlidir. Humanizm prinsipləri baxımından isə ölüm cəzasının özü, xüsusilə retroaktiv tətbiqi ciddi etik suallar doğurur. Lakin bu məsələdə "tamamilə haqlı" və "tamamilə haqsız" tərəf yoxdur, dərin bir ədalət, qisas və hüquq dövləti gərginliyi var.

Politoloq Xaqani Cəfərli İsrail parlamentinin terrorçulara ölüm cəzası tətbiq etməsinə dair qanunla bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, İsrailin terrorçularla bağlı çox acı təcrübəsi var. Terrorçular həbs edilir və məhkum olunur, lakin bir müddət sonra hansısa danışıqlar çərçivəsində azadlığa çıxır və daha qanlı terror aktları törədirlər. İsrail bu labirintdən çıxmaq üçün terrorçuların edam edilməsini həll yolu kimi görür.

Bununla belə, politoloq edamların gözlənilən nəticəni verməyəcəyi qənaətindədir. O, keçən il ərəblərin doğulan oğlan uşaqlarına ən çox 7 oktyabr terrorunun təşkilatçısı Yəhya Sinvarın adını verdiyini xatırladaraq bildirib ki, belə bir mühitdə edamlarla terrorun kökünü kəsmək mümkün olmayacaq. Bir toplum Sinvar kimilərinin öldürüldükdən sonra cənnətə gedəcəyinə inanır və onun yolunu seçirsə, edam cəzası çəkindirici amil kimi işləməyəcək.

Xaqani Cəfərli həmçinin vurğulayıb ki, dövlətlər və toplumlar üçün təhlükəsizlik birinci dərəcəli məsələyə çevrildikdə, humanizm də daxil olmaqla, bütün digər dəyərlər arxa plana keçir. İsrail isə bu gün təhlükəsizliyi ən çox təhdid altında olan dövlətdir və belə şəraitdə humanizmə yer qalmır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ