WABC Radiosuna müsahibədə verən ABŞ prezidenti Tramp İranla bağlı diqqət çəkən iddia irəli sürüb.
İran rəsmilərinin ona “zənginləşdirilmiş uranı ABŞ-a təhvil verəcəklərini” dediklərini iddia edən Tramp bildirib ki, o, İranın uranın zənginləşdirilməsini dayandıracağına və nüvə silahı istehsalı səylərindən imtina edəcəyinə "100 faiz" əmindir. Tramp, İrandakı bombardman edilmiş nüvə obyektlərindən nüvə tozunu ABŞ-ın götürəcəyini bildirib və bu məsələ ilə bağlı müzakirələrin hazırda davam etdiyini deyib.
İranla razılaşmaq üçün hər hansı bir təzyiq altında olub-olmadığı sualına isə Tramp belə cavab verib: "Mən heç bir təzyiq altında deyiləm, heç nədə tələsməyəcəyik, əlimizdə çox güclü “kozırlar” var".
Tahir TAĞIYEV