şənbə günü, 26 sentyabr 2026
     

Türkiyənin audit və konsaltinq şəbəkələrinə qarşı strateji əks-hücumu

Image


Son illərdə Türkiyədə audit, konsaltinq və maliyyə nəzarəti sahəsində baş verən proseslər artıq sırf iqtisadi və hüquqi məsələ kimi deyil, milli təhlükəsizlik və dövlət suverenliyi kontekstində qiymətləndirilir. Ankara getdikcə daha açıq şəkildə belə qənaətə gəlir ki, qlobal audit və konsaltinq şəbəkələri yalnız korporativ xidmət strukturları deyil, eyni zamanda xarici güclərin strateji məlumat toplama, iqtisadi təsir və institusional yönləndirmə alətlərinə çevrilə bilir.

Bu baxımdan Türkiyənin 2018-2026-cı illər arasında həyata keçirdiyi addımlar yeni bir dövlət yanaşmasının formalaşdığını göstərir: iqtisadi təhlükəsizlik artıq hərbi təhlükəsizlik qədər vacib hesab olunur.

2018-ci ildə Türkiyə ağır valyuta və inflyasiya böhranı ilə üzləşərkən Yeni İqtisadi Proqram çərçivəsində dövlət maliyyəsinin monitorinqi üçün xarici konsaltinq strukturlarının prosesə cəlbi planlaşdırılırdı. Xüsusilə McKinsey & Company ilə əməkdaşlıq təşəbbüsü geniş rezonans doğurdu. Lakin Prezident Rəcəb Tayyib Ərdoğan bu modeli iqtisadi idarəetmənin xarici təsirə açılması kimi qiymətləndirərək təşəbbüsə sərt şəkildə müdaxilə etdi. Ankara üçün əsas təhlükə yalnız maliyyə məlumatlarının paylaşılması deyildi. Məsələ dövlətin strateji qərarvermə mexanizmlərinin xarici korporativ strukturlar vasitəsilə dolayı nəzarətə məruz qalması idi.

Beləliklə, "iqtisadi suverenlik" anlayışı ilk dəfə açıq şəkildə milli təhlükəsizlik terminologiyasına daxil edildi. Dövlət səviyyəsində belə bir yanaşma formalaşdı ki, iqtisadi məlumatlar strateji resursdur, audit infrastrukturu potensial kəşfiyyat kanalıdır, konsaltinq şəbəkələri isə geosiyasi təsir mexanizmi kimi fəaliyyət göstərə bilər.

2025-ci ildən etibarən Türkiyənin Rəqabət Qurumu artıq klassik bazar nəzarəti institutu kimi deyil, strateji iqtisadi müdafiə mexanizmi kimi fəaliyyət göstərməyə başladı. 2026-cı ilin əvvəlində başlanan genişmiqyaslı araşdırmalar bir neçə istiqamətdə paralel hücum modeli ortaya qoydu.

29 yanvar 2026-cı il tarixli qərarlarla onlarla audit və müşavirə şirkəti haqqında araşdırmalar başladıldı. Formal ittiham rəqabət pozuntuları olsa da, prosesin arxasında daha geniş təhlükəsizlik yanaşması dayanırdı. Türkiyə dövlətinin yanaşmasına görə, audit şirkətləri strateji müəssisələrin daxili məlumatlarına çıxış əldə edir, konsaltinq strukturları korporativ qərarvermə mexanizmlərinə nüfuz edir və beynəlxalq şəbəkələr məlumat axınını xarici mərkəzlərə yönləndirə bilir. Bu səbəbdən audit bazarı adi xidmət sektoru deyil, "strateji məlumat infrastrukturu" kimi qiymətləndirilməyə başlandı.

Eyni tarixdə bank, sığorta və İT sektorlarına qarşı başladılan "no-poaching" araşdırmaları da yalnız əmək bazarı pozuntusu kimi təqdim edilmədi. Ankaranın baxışına görə, maaşların süni aşağı saxlanması, yüksək ixtisaslı kadrların hərəkət imkanlarının məhdudlaşdırılması və texnoloji mütəxəssislərin xaricə yönəlməsi uzunmüddətli perspektivdə ölkənin texnoloji potensialını zəiflədən struktur diversiyası yarada bilər. Bu yanaşma Türkiyənin “beyin axını” problemini artıq sosial deyil, geosiyasi məsələ kimi gördüyünü göstərirdi.

TÜRMOB və digər peşə birlikləri ilə bağlı ortaya çıxan iddialar dövlətin diqqətini yalnız xarici şəbəkələrə deyil, onların daxildəki institusional dayaqlarına da yönəltdi. 2025-ci ildə yayımlanan daxili sənədlərdə müştərilərin müəyyən firmalara yönləndirilməsi, qeyri-rəsmi komissiya mexanizmləri və strukturlaşdırılmış vasitəçilik əlaqələri ilə bağlı məlumatların yer aldığı iddia olundu. Bununla Ankara belə nəticəyə gəldi ki, problem yalnız xarici korporasiyalar deyil, həmin strukturları legitimləşdirən yerli institusional ekosistem də təhlükəsizlik riskinin bir hissəsidir.

Türkiyənin diqqətçəkən addımlarından biri hüquqi və maliyyə təzyiqinin paralel tətbiqi oldu. Yeni modelin əsas xüsusiyyətləri yüksək həcmli antiinhisar cərimələri, audit pozuntularına görə rekord maliyyə sanksiyaları, əmək bazarı pozuntularında personal xərcləri üzərindən hesablanan cərimələr və ağırlaşdırıcı hallarda multiplikativ tətbiq mexanizmi idi. Bu yanaşmanın məqsədi yalnız cərimələmə deyil, şəbəkələrin əməliyyat dayanıqlığını zəiflətmək idi. Başqa sözlə, dövlət "tənzimləmə"dən "strateji tükətmə" modelinə keçmiş oldu.

Müzakirələrin ən vacib mərhələsi strateji müdafiə sənayesi ilə bağlı iddiaların gündəmə gəlməsi oldu. İddialara görə, müdafiə sektoruna aid həssas texnoloji məlumatlar qlobal konsaltinq strukturları ilə əlaqəli şəxslər vasitəsilə xarici şəbəkələrə ötürülüb. Bu kontekstdə ASELSAN kimi müdafiə şirkətlərinin adı çəkildi və məsələ artıq birbaşa sənaye casusluğu müstəvisinə keçdi.

Nəticədə Türkiyə dövlətinin təhlükəsizlik konsepsiyası dəyişdi: iqtisadi məlumat sızması milli təhlükəsizlik təhdidi, audit infrastrukturu potensial kəşfiyyat platforması, korporativ əlaqələr isə geosiyasi təsir kanalı kimi qiymətləndirilməyə başlandı.

Türkiyənin diqqət çəkən addımlarından biri də uzunmüddətli məhkəmə proseslərinin qarşısını almaq üçün hüquqi mexanizmlərin sərtləşdirilməsi oldu. 2025-ci ildə Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarla Rəqabət Qurumu ilə uzlaşmaya gedən, təqsiri qəbul edən və cərimə endirimi alan şirkətlərin sonradan həmin qərarlardan məhkəməyə şikayət vermə imkanları məhdudlaşdırıldı. Bu addımın əsas məqsədi proseslərin illərlə uzadılmasının qarşısını almaq, hüquqi sistemin iqtisadi müharibə alətinə çevrilməsini məhdudlaşdırmaq və dövlətin antiinhisar əməliyyatlarını sürətləndirmək idi.

Türkiyədə baş verən proseslər region ölkələri üçün də mühüm siqnallar yaradır. Müasir dövrdə audit, konsaltinq, məlumat emalı, HR idarəçiliyi və rəqəmsal transformasiya platformaları yalnız biznes infrastrukturu deyil, həm də strateji təsir mexanizmləridir. Bu səbəbdən Azərbaycan üçün enerji, müdafiə, bank və telekommunikasiya sektorlarında məlumat axınının milli təhlükəsizlik aspektindən qiymətləndirilməsi, yerli audit və analitika məktəblərinin gücləndirilməsi, antiinhisar siyasəti ilə təhlükəsizlik strukturları arasında koordinasiya mexanizmlərinin qurulması və insan kapitalının qorunması xüsusi aktuallıq daşıya bilər.

Türkiyənin son illərdə həyata keçirdiyi siyasət göstərir ki, XXI əsrdə iqtisadi təhlükəsizlik və milli təhlükəsizlik arasında sərhədlər sürətlə aradan qalxır. Audit, konsaltinq və məlumat infrastrukturu artıq neytral texniki xidmət sahəsi kimi deyil, geosiyasi rəqabətin əsas platformalarından biri kimi qiymətləndirilir. Ankaranın modeli klassik antiinhisar siyasətindən daha geniş məna daşıyır: bu, dövlətin strateji məlumat axınları üzərində nəzarəti bərpa etməyə yönəlmiş iqtisadi suverenlik doktrinasıdır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ