İranla gərginlik səbəbindən ABŞ-ın Ukraynaya silah göndərişindəki gecikmələr Avropada ciddi suallar doğurub.
"Washington Post" qəzetinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Tramp administrasiyası tərəfindən başladılan və Avropa ölkələrinin Amerika silahlarını alması və Kiyevə çatdırması üçün nəzərdə tutulan "Prioritet Ehtiyaclar Siyahısı" (PURL) proqramına inam zəifləyib. Avropa rəsmiləri həm çatdırılmaların pozulmasından, həm də Pentaqonun öz ehtiyatlarını doldurmaq üçün bəzi vəsaitlərdən istifadə etməsindən narahatdırlar, bəzi ölkələrin isə yeni maliyyə dəstəyində tərəddüd etdiyi bildirilir.
Buna baxmayaraq, NATO mənbələri proqrama indiyə qədər 5,5 milyard dollardan çox vəsait ayrıldığını və çatdırılmaların planlaşdırıldığı kimi davam edəcəyi gözlənilir.
Tahir TAĞIYEV