Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, Ukrayna Prezidenti Zelenski həqiqətən sülh danışıqlarında maraqlıdırsa, birbaşa Putinə zəng etməlidir.
Moskvada Qələbə Günü tədbirlərində iştirak etdikdən sonra Slovakiya mətbuatına danışan Fiko Zelenski ilə görüşü ilə bağlı təəssüratlarını bölüşüb. Heç bir mesaj daşımadığını deyən Fiko, yalnız iki tərəf arasında "xoşməramlı səfir" kimi çıxış edə biləcəyini bildirib: "Zelenskiyə dedim: 'Volodimir, sənin də telefon nömrən var. Düşünürəm ki, sülh istəyirsənsə, götür telefonu Putinə zəng et".
Slovakiyanın Baş naziri bu zəng baş tutsa, atəşkəs və sülh prosesinin sürətləndirilə biləcəyinə deyib.
Fiko Avropa Birliyinin Rusiya ilə siyasi dialoqdan imtina etməsini isə "böyük səhv" adlandırıb. Onun sözlərinə görə, Avropanın hazırkı yanaşması yalnız hərbi dəstəyə əsaslanır: "Hazırda Avropa Birliyi yalnız hərbi kreditlər verir və müharibəyə dəstək verir".
Fiko iddia edib ki, Qərbin Ukraynaya görə Rusiya ilə dialoqu tamamilə dayandırması həll yolu yaratmayıb, əksinə müharibəni uzadıb.
Tahir TAĞIYEV