şənbə günü, 26 sentyabr 2026
     

"Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir" - Vüqar Rəhimzadə

Image


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə səfər etmələri, Prezident İlham Əliyevin bu məkanlardan verdiyi mesajlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanması ilə Ulu Öndərin arzusu reallığa çevrildi. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə qeyd etdiyi kimi, biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə, 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış oldular, Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdülər. Prezident İlham Əliyev, həmçinin Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak etdi. Bir səfər çərçivəsində görülən işlər ümumilikdə azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin nə qədər genişmiqyaslı olduğunu nümayiş etdirir. Qeyd edək ki, Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində artıq 9 şəhər sakinlərinə qovuşub. May ayının 10-da, Ümummilli Liderin doğum günündə növbəti ünvana - Zəngilana qayıdış həyata keçirildi. Zəngilan rayonunun Ağalı kəndi azad edilmiş ərazilərimizdə həyata keçirilən təkmil təcrübə - “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında bərpa edilən, həmçinin sakinlərinə qovuşan ilk yaşayış məntəqəsidir. Amma bu məqamı qeyd etməliyik ki, Böyük Qayıdış Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyinin erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin Cocuq Mərcanlıya qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin Aprel döyüşlərində rayonun Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunduqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada müasir qəsəbə salınıb və yerli sakinlərin geri qayıtması təmin olunub. O da məlumdur ki, Cəbrayıl rayonu 44 günlük İkinci Qarabağ müharibəsində ilk azad edilən rayon oldu. Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə bu çağırışı etdi: “İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.

Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etdi, “Zangilan City Park Hotel”in təməlini qoydu. Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim etdi. Prezident İlham Əliyev istər Cəbrayıl, istərsə də Zəngilan rayon sakinləri ilə görüşündə 30 illik işğal dövrünün reallıqlarından geniş bəhs edərək ərazilərimizin tamamilə dağıdıldığını, yerlə-yeksan edildiyini əsaslı şəkildə diqqətə çatdırdı. Azərbaycan xalqı tarixi Zəfərimizdən ötən beş ildən artıq dövrdə bu əraziləri qurub yaradır, soydaşlarımızın yaşayışı üçün bütün zəruri işlərin görülməsinə səy göstərir. Azərbaycanın təkmil dirçəliş modeli, bu torpaqlarda tətbiq etdiyi müasir idarəçilik sistemi beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan brendi sırasına “ağıllı şəhər” və “ağıllı kənd” layihəsi də daxil edildi. Bütün azad edilmiş şəhər və kəndlərimiz Baş Plan əsasında müasir tələblər səviyyəsində qurulur. Bütün yeniliklər tətbiq edilir. Əhalinin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır.

Prezident İlham Əliyev qeyd etdiyimiz görüşlərdə hər bir rayonun malik olduğu iqtisadi imkanlardan, onların əsasında görülən işlərdən, yaradılan şəraitdən geniş bəhs etdi. Cəbrayıl rayonunda “Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir. Azad edilmiş ərazilərdə cəmi iki sənaye zonası nəzərdə tutulub - Ağdamda və Cəbrayılda. Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacağını bildirən Prezident İlham Əliyev onu da əlavə etdi ki, Cəbrayılda ən böyük Günəş elektrik stansiyaları inşa edilir. Artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salınıb, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Azad edilmiş bütün bu ərazilər ölkəmizin başqa əraziləri ilə yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə bağlanır.

Vüqar Rəhimzadə qeyd edib ki, Zəngilan rayonuna gəldikdə Qarabağda və Şərqi Zəngəzurda beynəlxalq status qazanan üç hava limanından biri bu ərazidədir. Zəngilan şəhərinin Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi bu torpaqda görülən işlərin beynəlxalq ictimaiyyətə təqdimatında əhəmiyyətli rol oynadı. Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Bu, Zəngilanı nəinki Azərbaycanın, ümumilikdə regionun nəqliyyat mərkəzlərindən birinə çevrilməsini şərtləndirir. Azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi – “Dost Aqropark” məhz Zəngilanda yaradılıb. Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etmişdilər.

Prezident İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə 30 illik işğal dövrünün reallıqları ilə bugünümüzü müqayisəli təhlil edərək bir daha bildirdi ki, 30 il Zəngilan onların əlində idi. Əgər bu, onların torpağı idisə, daşı-daş üstə qoyardılar. Zəngilanın o dağılmış məscidini konservasiya etmişik, orada da kiçik bir fotosərgi təşkil etmişik ki, heç kim unutmasın onlar bizim dini-tarixi abidələrimizi nə günə salmışdılar. Bu, onların idisə, tikib qurardılar. Cəmi beş il keçib, təkcə Zəngilan yox, görün, hər yerdə quruculuq işləri aparılır. Yollar, körpülər, elektrik stansiyaları, su anbarları, köçkünlər üçün evlər, məktəblər tikilir. Bax, sahiblər belə edər. Talançı, işğalçı isə gələr sökər, dağıdar. Amma nə qədər söksələr də, yenə də iradəmizi qıra bilmədilər. Biz qayıtmalı idik və qayıtmışıq bu torpaqların sahibləri kimi. İndi də qurub-yaradırıq.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin hər iki görüşdəki çıxışı mühüm mesajlarla diqqətdədir və hazırda dünya mətbuatında geniş şərh edilir. Prezident İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 1992-ci ildə bilavasitə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan, hazırda isə tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən bəhs etməsin. Bu qurum, onun həmsədr ölkələri fəaliyyətlərini Ermənistana dəstək missiyasını yerinə yetirmək kimi başa düşərək bütün addımları bir məqsədə-Qarabağ münaqişəsinin dondurulmasına yönəltmişdilər. Hər zaman bu məqamı xüsusi qeyd edirik ki, həmin ölkələr həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu xatırlatma ona görə dönə-dönə edilir ki, onlar Qarabağla bağlı 4 qətnamənin hazırlanmasında və qəbulunda iştirak ediblər. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının, eyni zamanda, Ermənistan silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyinin əksini tapdığı həmin qətnamələrin qəbulunda iştirak edən dövlətlər reallıqda tamamilə fərqli yanaşma nümayiş etdirdilər. İkili standartlara əsaslanan siyasətin yaratdığı problemləri Azərbaycan istər keçmiş Qarabağ münaqişəsinin həllində, istərsə də postmünaqişə dövründə özünə qarşı daha aydın şəkildə görür. Prezident İlham Əliyev Zəngilan sakinləri ilə görüşündə bir daha bu reallıqlara diqqəti yönəltdi. “İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər. Prezident İlham Əliyev onu da vurğuladı ki, qısa müddət ərzində bizim qədər tam, mütləq, birmənalı qələbə qazanan ikinci ölkə olmamışdır. Özü də biz bu müharibəni Ermənistandan fərqli olaraq bütün beynəlxalq humanitar normalara uyğun aparmışıq, Onlar bizim şəhərlərimizi, kəndlərimizi “İsgəndər-M”, “Skad” və digər ballistik uzaqmənzilli raketlərlə vururdular. Mülki əhaliyə qarşı həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsində müharibə aparırdılar. Biz isə ermənilərə mənsub olan bir dənə də mülki obyekti dağıtmamışdıq.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqı bunların qarşısında böyük iradə nümayiş etdirdi. Azərbaycan müstəqil dövlət kimi hər zaman siyasətində qətiyyəti ilə beynəlxalq aləmin diqqətindədir. Hər bir hədəfə doğru inamla addımlayan Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub-durmur. Ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti Azərbaycanın bütün uğurlarının əsasıdır. Bu gün sülh şəraitində yaşayırıq. Azərbaycanın dünyaya təqdim etdiyi sülh təcrübəsi bütün reallıqların, keçilən yolun təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada həm qalib, həm müharibəni müharibə qanunlarına uyğun aparan, həm humanitar qaydalara riayət edən və qurub-yaradan xalq kimi tanınmağımız Azərbaycanın hörmətini artıran əsas səbəblərdəndir. Prezident İlham Əliyev çıxışında Ermənistana öz maraqları naminə dəstək funksiyasını yerinə yetirən bəzi dövlətlərə və onların liderlərinə də mesajlarını çatdırdı. Vurğuladı ki, biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər: “Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir.”

Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir. Ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana hazırda beynəlxalq dəstək göz qabağındadır. Şanlı Qələbəmiz qürur mənbəyimizdir. Ölkəmizə hörmət, rəğbət, xoş münasibət daha da möhkəmlənir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ