İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Trampın Tehranın təklifini rədd etməsindən sonra istənilən ssenariyə hazır olduqlarını bəyan edib.
Qalibaf, X sosial media hesabında ABŞ-la danışıqlar prosesinə işarə edərək İranın silahlı qüvvələrinin hazırlığı barədə məlumat paylaşıb.
Qalibaf bildirib ki, “Silahlı qüvvələrimiz istənilən hücuma cavab verməyə hazırdır. Səhv strategiyalar və səhv qərarlar həmişə yanlış nəticələrə gətirib çıxarır. Dünya bunu başa düşüb. Biz bütün variantlara hazırıq. Onlar təəccüblənəcəklər”.
“14 bənddə qeyd edildiyi kimi, İran xalqının hüquqlarını tanımaqdan başqa alternativ yoxdur”, - deyən Qalibaf əlavə edib ki, bütün digər yanaşmalar nəticəsiz qalacaq: "Nə qədər geciksələr, Amerika vergi ödəyicisi öz ciblərindən bir o qədər çox ödəməli olacaq".
Tahir TAĞIYEV