ABŞ nümayəndə heyəti TRIPP layihəsinin həyata keçirilməsi üzrə işlərin gedişatını müzakirə etmək üçün Ermənistana səfər edib. Nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin, eləcə də İnkişaf Maliyyə Korporasiyasının nümayəndələri daxildir.
ABŞ nümayəndə heyətinin Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanla görüşü olub. Qriqoryan hökumət adından ABŞ hakimiyyətinə 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Zirvəsinin təşkilinə görə təşəkkürünü bildirib və sammitin mühüm nailiyyətlərindən biri olan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Tərəflər TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı bir sıra əməliyyat və hüquqi məsələləri müzakirə etdilər və razılığa gəliblər.
Tahir TAĞIYEV