Elm və Təhsil Nazirliyinin tabeliyində yeni elmi müəssisələr yaradılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu aşağıdakı elmi müəssisələr yaradılıb:
Yeni yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Elm və Təhsil Nazirliyi yeni yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etməlidir.
Nazirlik publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.