Oman sahillərində yük gəmisi hücuma mıəruz qalıb. Hindistan mediasının məlumatına görə, Somalidən Birləşmiş Ərəb Əmirliklərinə gedən Hindistan bayrağı altında üzən yük gəmisinə Oman sahillərində hücum edilib.
Hindistan Limanlar, Dənizçilik və Su Yolları Nazirliyinin rəsmiləri, hücumdan sonra gəmidə yanğın baş verdiyini və sonradan tarazlığını itirərək batdığını bildiriblər.
Rəsmilər qeyd etdilər ki, 14 heyət üzvünün hamısı Oman tərəfindən xilas edilib, lakin hücuma görə məsuliyyət daşıyanlar barədə heç bir məlumat verməyiblər.
Olayla bağlı açıqlama yayan Hindistan Xarici İşlər Nazirliyi isə hücumun "qəbuledilməz" olduğunu bildirib: "Kommersiya gəmilərinin və mülki dənizçilərin davamlı hədəfə alınmasını qınayırıq".
Tahir TAĞIYEV