Cümə günü, 06 noyabr 2026
     

Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...

Image


Məzahir Məmmədli: “Bu baş verərsə o halda artıq o yerlərin gizlədilməsindən söhbət gedə bilməz”

Son illər müəllimlər vakant yerlərinin gizlədildiyini deyirlər. Bildirirlər ki, əlaqədar qurumlar vakant yerlərini açıqlamır və gizli saxlayırlar.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan "Təhsil dialoqu" verilişində deyib ki,

müəllimlərin səsləndirdiyi şikayətlərdən biri vakant yerlərin gizlədiləməsi ilə bağlıdır.

Şöbə müdiri qeyd edib ki, sertifikatlaşdırma prosesi nəticəsində bəzi hallarda müəllimlərin hətta iki cəhddə də uğur qazana bilməməsi yeni vakant yerlərin yaranmasına səbəb olur: "Bunlar kifayət qədər dinamik və nəticələri əvvəlcədən tam proqnozlaşdırılması mümkün olmayan proseslərdir. Müəllimlər tərəfindən səsləndirilən fikirlərdən biri də vakant yerlərin guya gizlədilməsi ilə bağlıdır.

Məsələn, əgər biz hansısa vakant yerləri əvvəlcədən elan etsək, daha sonra bu proseslərin nəticəsində siyahıda dəyişiklik olsa, bu dəfə də sual yaranacaq ki, bu vakansiya var idi, niyə çıxarıldı və ya əvvəl yox idi, necə oldu ki, yarandı?"

N.İsmayılbəyli qeyd edib ki, müəllimlərin əməkhaqqı sistemi və kadr siyasətinin idarə olunması vahid baza üzərindən həyata keçirilir: "Bəzən müəllimlər vakant yerlərin gizlədildiyini iddia etsələr də, nəzərə almaq lazımdır ki, bütün sistem mərkəzləşdirilmiş qaydada idarə olunur.

Əvvəl də qeyd etdiyimiz kimi, əsas məqsədimiz məktəblərdə dayanıqlı kadr təminatını həyata keçirmək və ehtiyac olan bütün təhsil müəssisələrini pedaqoji kadrlarla təmin etməkdir. Bu baxımdan bizim vakant yerləri gizlətmək kimi hər hansı marağımız yoxdur".

Qeyd edək ki, Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində vakant yerlərin qeydiyyatdan əvvəl gizlədildiyi ilə bağlı iddialar Elm və Təhsil Nazirliyi tərəfindən əsassız hesab edilir. Nazirlik və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirir ki, bütün proses mərkəzləşdirilmiş elektron baza üzərindən idarə olunur və heç bir yer qəsdən gizlədilmir. Siyahıda yaşanan dəyişikliklər və narazılıqlar əsasən aşağıdakı obyektiv səbəblərdən qaynaqlanır:

Sistemin dinamikliyi: Tədris ilinin başlanğıcına qədər iş yerini dəyişən müəllimlər, sosial məzuniyyətə çıxanlar və ya məzuniyyətdən qayıdanlar olur. Bu səbəbdən vakansiya siyahısında sonradan artma və ya azalma halları qaçılmazdır.

Dərs saatlarının formalaşması: Bəzi vakansiyalar azsaatlı olur. Belə hallar aşkarlandıqda nazirlik həmin saatların gizlədilmədiyini, əksinə təhsil ocaqlarında pedaqoji normativləri təmin etmək məqsədilə digər saatlarla birləşdirilərək tam vakansiya halına gətirildiyini qeyd edir.

Şəffaflıq tələbi:

Namizədlər öz şəxsi kabinetləri vasitəsilə mərkəzləşdirilmiş sistemə daxil olaraq vakansiyalarla tanış ola bilərlər.

Təhsil eksperti Məzahir Məmmədli baki-xeber.com-a bildirdi ki, hər il müəllimlərin işə qəbul imtahanı gündəmə gələn kimi bu mövzu gündəmə gəlir: “Yəni imtahanlar keçirilən ərəfədə yerlərdə vakant yerlərin gizlədilməsi ilə bağlı söz-söhbət də paralel yayılır və müəyyən qədər bu məsələdə həm Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, Elm-Təhsil Nazirliyi bəzi hallarda müraciətlər də edirlər ki, əgər bu kimi faktlar, hadisələr varsa bu məsələ ilə bağlı müraciət etsinlər, bildirsinlər. Demək ki, bu vahid bir formada deyil. Məktəb direktorları, regional idarələr hələki bu vakansiya oyununda iştirak edə bilirlər. Çox təəssüf ki, bu kimi problemlərin qarşısını almaq üçün hələ bir ciddi mexanizm yoxdur. Çünki artıq zamanla qeyd etdiyim kimi, həm Elm-Təhsil Nazirinin özünün dilindən səslənib, bu fikirlər olub ki, ilkin halda bu aşkarladıqda dərhal müraciət olunsun. Bəzi hallarda bu təqaüd yaşına az qalmış müəllimlərin vakansiyasıdır ki, bu vaxtında elan olunmur və müddətsiz müqavilə ilə işə götürülməli adamlar kənarda qalır. Məktəb rəhbərliyi, yəni ümumi bir dil tapmaq şərti ilə bəzi hallarda bu neqativlərə yol verirlər. Neqativlər belə başlayır. Məsələn, təqaüdə gedən müəllim bir neçə aydan sonra təqaüdə getməlidir. Amma həmin yer əvvəlcədən vakansiya çıxarılsa o yeri MİQ imtahanlarında yüksək nəticə göstərmiş bir müəllim tuta bilər. Ancaq ya regional idarə, ya məktəb rəhbərliyi özü şərait yaradır ki, bir neçə il həmin o şəxsi müddətli müqavilə qaydalarında məktəbdə işə cəlb eləsin. Əlbəttə ki, bu neqativlərin aradan qaldırılması üçün bu həm sertifikasiyadan, həm MİQ-dən çıxmış müəllimlər təmin olunmalıdırlar. Artıq biz görürük ki, neçə ildir bunun tətbiqinə başlanılıb. Yeni bir qrafa da müəyyən etəmək olar ki, 65-ə çatmaq ərəfəsində olan müəllimlərin vakansiya yeri aydınlaşdırılsın və bu müddətə regional idarələrə təqdim olunsun. Bu baş verərsə o halda artıq o yerlərin gizlədilməsindən söhbət gedə bilməz”.

M.Məmmədli vurğuladı ki, çünki boş qalmış yerləri gizlətmək mexanizmi yoxdur. “Sadəcə təəssüflər olsun ki, bu üsulla müəyyən çirkli əməllər həyata keçirən idarələr var”-deyə M.Məmmədli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ