Cümə günü, 06 noyabr 2026
     

Məcburi köçkün gənclərin inkişafına son 20 ildə dövlət dəstəyi...

Image


Keçmiş məcburi köçkün gənclərə dövlət qayısı hər zaman göstərilib və onların bütün istiqamətlərdə inkişafına dəstək verilib. Bu gün də dövlət dəstəyi davam etdirilir.

Dövlət dəstəyi tədbirləri təkcə mənzil təminatı ilə məhdudlaşmadı, vətəndaşların gündəlik ehtiyaclarının qarşılanması üçün vahid aylıq müavinət də daxil olmaqla, çoxşaxəli sosial yardım alətləri tətbiq edildi. Xüsusilə insan kapitalının qorunması, məcburi köçkün ailələrindən olan gənclərin təhsil imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanıldı. Bu sahədə tətbiq edilən güzəştlər gənclərin ali təhsildən kənarda qalmasının qarşısını aldı. Buna ən bariz nümunə kimi, 2025-2026-cı tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla yeni qəbul olunmuş 3923 məcburi köçkün statuslu tələbənin təhsil xərclərinin tamamilə dövlət büdcəsi hesabına qarşılanmasını göstərmək olar.

Müasir dövrdə hər hansı ərazinin inkişafı yalnız infrastruktur layihələri ilə müəyyən edilmir. Ən vacib amillərdən biri insan kapitalıdır. Buna görə də qayıdış prosesində təhsil siyasətinin xüsusi yer tutması təsadüfi deyil.

Qeyd olunduğu kimi, uzun illər ərzində məcburi köçkün ailələrindən olan gənclərin təhsil imkanlarının qorunması istiqamətində müxtəlif addımlar atılıb. Bu siyasət nəticəsində minlərlə gənc ali təhsil almaq imkanı əldə edib və müxtəlif peşələr üzrə ixtisaslaşıb.

Bu siyasətin nəticəsində son illər ərzində minlərlə gənc ali təhsil alaraq əmək bazarına inteqrasiya olunub və ölkənin müxtəlif sahələrində peşəkar kadr kimi fəaliyyət göstərməyə başlayıb.

Yeni yanaşmaya əsasən, təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdiriləcək. Bu, statusla bağlı dəyişikliklərin gənclərin təhsil imkanlarına mənfi təsir göstərməməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafı savadlı, peşəkar və rəqabətqabiliyyətli insan resurslarından asılı olacaq. Yeni yaşayış məntəqələrində müasir məktəblərin yaradılması, peşə təhsili imkanlarının genişləndirilməsi və gənclərin əmək bazarına inteqrasiyası regionun sosial-iqtisadi inkişafına birbaşa təsir göstərəcək.

Məcburi köçkün gənclərin sosial müdafiəsi - məcburi köçkün (daxili köçkün) vəziyyətində olan gənclərin sosial, iqtisadi, təhsil, məşğulluq və psixoloji ehtiyaclarının dövlət və cəmiyyət tərəfindən təmin edilməsinə yönəlmiş tədbirlər sistemidir.

Keçmiş məcburi köçkün gənclərin məktəb və ali təhsilə çıxışının dəstəklənməsi.

Təqaüd və güzəşt proqramlarının tətbiqi.

Peşə hazırlığı və ixtisasartırma kurslarının təşkili.

İşlə təmin olunmaq üçün xüsusi proqramların həyata keçirilməsi.

Sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi.

Peşəyönümü xidmətlərinin göstərilməsi.

Müvəqqəti və ya daimi yaşayış yerləri ilə təminat.

Yeni yaşayış komplekslərinin salınması və infrastrukturun yaxşılaşdırılması.

Sosial müavinətlərin və digər dövlət yardımlarının göstərilməsi.

Sağlamlıq və sosial xidmətlərə çıxışın təmin olunması.

Müharibə və məcburi köçkünlük nəticəsində yaranan psixoloji problemlərin aradan qaldırılması üçün dəstək.

Gənclərin cəmiyyətə inteqrasiyasını gücləndirən sosial layihələrin həyata keçirilməsi.

Gənclərin ictimai fəaliyyətlərə, idman və mədəni tədbirlərə cəlb olunması.

Liderlik və vətəndaş fəallığının inkişaf etdirilməsi.

Azərbaycan Respublikasında məcburi köçkünlərin sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu sahədə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, eləcə də digər dövlət qurumları tərəfindən müxtəlif proqramlar həyata keçirilir.

Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a bildirdi ki, ötən dövr ərzində keçmiş məcburi köçkün gənclərə dövlət tərəfində hərtərəfli dəstək göstərilib.

“Bu dövr ərzində keçmiş məcburi köçkünlərə yüksək diqqət və qayğı göstərdiyinin şahidik. Yəni dövlətimiz 30 ildən artıq bir müddətdə hər zaman bu qəbildən olan insanlara böyük diqqət və qayğı göstərib, hər zaman onların yanındadır. Keçən əsrin 90-cı ilinin əvvəllərində Azərbaycan ağır, mürəkkəb bir dövrə daxil olmuşdu. Bu çox çətin bir mərhələ idi. Torpaqlarımızın ard-arda işğalı bu prosesi daha da mürəkkəbləşdirirdi və çətinləşdirirdi. Qasqınlıq dövründə insanlarımız çox çətin, mürəkkəb bir mərhələdə yaşayırdılar. Bu çox çətin bir dövr və mərhələ idi. Bu mərhələdə dövlətimiz qasqın və məcburi köçkünlərə yüksək diqqət və qayğı göstərdi.

Bu mənada söhbət müəyyən güzəştlərin tətbiq olunmasından gedir. Həmin dövrdə insanlarımız çox çətin, ağır və mürəkkəb bir dövrdə yaşayırdılar. Vaqonlarda, eləcə də çadır düşərgələrində yaşamağa məcbur oldular. Amma sonra yeni qəsəbələr salındı, müavinətlər verildi və insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün addımların atılmasına başlanıldı. Bu da bu prosesə özünün mühüm və vacib töhfəsini verdi.

Təhsillə bağlı güzəştlər tətbiq olundu. Uzun illər bu güzəşt özünü bütün sahələrdə göstərdi. Burada təhsil haqqı və digər haqqlar var ki, bunlar bu prosesə özünün müsbət töhfəsini və təsirini göstərirdi. Bu, dövlətin, cənab Prezidentin göstərdiyi böyük diqqət və qayğının təzahürlərindən biridir.

Yəni dövlət keçmiş məcburi köçkün gənclərə böyük dəstək verdi, onların təhsili, inkişafı, cəmiyyətdə öz yerlərini tutması üçün lazımı şərait yaratdı. Bu gün də o qayğı siyasəti davam edir və gənclərin inkişafı üçün lazımı tədbirlər həyata keçirilir”-deyə millət vəkili qeyd etdi.

Məlumdur ki, keçmiş məcburi köçkün gənclər də bu gün azad olunmuş ərazilərimizə qayıdır və orada fəaliyyətlərini davam etdirirlər. Sözsüz ki, onlara göstərilən dövlət qayğısı bu gənclərin həyatına müsbət təsir göstərir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ