ABŞ Mərkəzi Komandanlığı İrana qarşı yeni bir hücum seriyasını başa çatdırıb .
Bildirilir ki, ABŞ qüvvələri İranın Hörmüz boğazından keçən ticarət gəmilərindəki mülki şəxsləri təhdid etmək qabiliyyətini daha da zəiflətmək üçün İranın komandanlıq mərkəzlərinə, hava hücumundan müdafiə qurğularına, raket və pilotsuz uçuş aparatlarına və sahil müşahidə qurğularına zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı Bəndər Abbas da daxil olmaqla bir çox yerdəki hədəfləri vurmaq üçün dəqiq idarə olunan sursatlardan istifadə edib.
ABŞ ordusu qeyd edib ki, daha əvvəl ABŞ qüvvələri Böyük Tunb adasındakı sahil müdafiə sistemlərinə və qanadlı raket mövqelərinə 90 dəqiqəlik dalğada zərbələr endirib. ABŞ qüvvələri həmçinin Fars körfəzindəki İran limanına getməyə cəhd edən yüksüz M/T Belma neft tankerini sıradan çıxarıb.
“Pars Today” qəzetinin məlumatına görə , Küveytdən İrana doğru ATACMS adlı qısa mənzilli ballistik raket buraxılıb.
ABŞ-ın Əhvazda təxliyə edilən bir xəstəxananın ətrafındakı əraziyə də zərbələr endirdiyi bildirilir. Xəstəxanada xərçəng xəstəsi olan uşaqlar müalicə olunur.
Press TV-nin məlumatına görə, Amerikanın Semnan hava limanına endirdiyi hava hücumu nəticəsində heç kim xəsarət almayıb. Bir anqar zədələnib.
Tahir TAĞIYEV