Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbir keçirilib.
Çıxış edənlər narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin və narkomanlığın cəmiyyət üçün əsas problemlərdən biri olduğu vurğulamaqla yanaşı qeyd ediblər ki, bu zərərli maddələr mənəvi və əxlaqi dəyərlərə də dağıdıcı zərbə vurur. Narkotik maddələrin insan həyatı və sağlamlığı üçün ciddi fəsadlar yaratdığı, gənclərin vaxtsız ölümünə səbəb olduğu qeyd olunub.
ZÜMRÜD