İranın "Arash" pilotsuz təyyarələri Küveytdəki Əli əl-Salem hava bazasında ABŞ ordusunun radar sistemlərini, "Patriot" hava hücumundan müdafiə sistemlərini və yanacaq çənlərini vurub. "Patriot" sistemi bu bazanı, eləcə də MQ-9 da daxil olmaqla nəqliyyat təyyarələrini və müasir dronları qorumaq üçün nəzərdə tutulub.
Bundan əlavə, son hücum dalğası zamanı dronlar ABŞ ordusuna məxsus və Bəhreyndə Şeyx İsa hava bazasında yerləşən “Superhawk” radarları, “Patriot” raket sistemləri də daxil olmaqla rabitə və radar sistemlərinə zərbələr endirib. Bildirilir ki, baza ordu və İslam İnqilabı Keşikçiləri Korpusunun pilotsuz təyyarə və raket hücumları nəticəsində ciddi şəkildə zədələnib.
Press TV-nin məlumatına görə, İran ordusu həmçinin ABŞ-ın İordaniyadakı hərbi rabitə sistemlərinə və yanacaq saxlama obyektlərinə zərbələr endirib.
Bundan başqa, "ParsToday"-in "Al Mayadeen"ə istinadən verdiyi məlumata görə, İranın İraqın şimalındakı Ərbilə endirdiyi zərbələr nəticəsində bir neçə amerikalı hərbçi həlak olub.
Tahir TAĞIYEV