Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Ukrayna dronlarından istifadə edərək saxta bayraq əməliyyatı hazırlaya biləcəyi barədə xəbərdarlıq edib.
Nazir ABŞ-a səfəri zamanı Polşanın belə bir Rusiya təxribatını gözlədiyini təsdiqləyib və əlavə etdi ki, Ukrayna dronları bunda əsas rol oynaya bilər.
“Putin təxminən bir ay əvvəl oxşar bir şey demişdi. O dedi: əgər NATO üzvü olan bir ölkə bizə hücum edərsə, biz cavab verəcəyik. Buna görə də şübhələnirik ki, o, Ukrayna dronlarını hazırlayıb NATO üzvü olan bir ölkəyə və ya Rusiyaya hücum etmək üçün onlardan istifadə etməyi və sonra belə bir hücuma cavab verməyi planlaşdırır”, - Sikorski deyib.
O əlavə edib ki, Kremlin rəhbəri Putin "ümidsiz və məğlub olduğu müddətcə" bu cür hərəkətlərə əl ata bilər.
“Bu cür rejimlər həmişə belə davranırlar. 1939-cu ildəki Qleyvitz təxribatını xatırladım, o zaman Polşa əsgərləri geyimində olan Abver agentləri o vaxtkı Reyx ərazisində radiostansiyaları ələ keçirmişdilər. Vladimir Putinə mesajımız budur: nə planlaşdırdığınızı bilirik - bunu etməyin”, - deyə nazir vurğulayıb.
Tahir TAĞIYEV