şənbə günü, 26 sentyabr 2026
     

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

Image


Azərbaycanda dövlət tərəfindən milli maraqların etibarlı müdafiəsi ölkənin müstəqilliyinin qorunması, təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq aləmdə layiqli mövqe qazanması baxımından əsas prioritetlərdən biridir. Belə maraqlar dedikdə dövlətin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə öz suverenliyini qoruması, vətəndaşlarının rifahını təmin etməsi və milli kimliyini inkişaf etdirməsi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən siyasət həm daxili sabitliyə, həm də xarici nüfuzun artmasına mühüm təsir göstərir.

Şərqi Asiya ilə Qərbi Avropa arasında önəmli rol...

Diplomatiya sahəsində də Azərbaycan milli maraqlarını qorumaq üçün balanslı və çoxtərəfli siyasət yürüdür. Müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional layihələrdə aktiv iştirak və qonşu dövlətlərlə münasibətlərin inkişafı Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir. Dövlətin həyata keçirdiyi bu siyasət nəticəsində Azərbaycan regionda mühüm siyasi və iqtisadi aktora çevrilir. Hətta iş o yerə çatıb ki, bu hal böyük bir coğrafiyada proseslərin inkişaf istiqamətinə təsir edir. Məsələn, Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasında nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrin irəliləməsində əsas amil kimi görür.

Azərbaycan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində qeyd olunan xüsusda bildirir: “Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb. Tərəflər geniş sahələri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar. Bu, Azərbaycan və ABŞ arasında kifayət qədər geniş sahələri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasıdır. Əlbəttə ki, bu sahələr qarşılıqlı anlaşma və hər iki tərəfin maraqları əsasında seçilib”. E.Əmirbəyov vurğulayıb ki, siyasi qarşılıqlı fəaliyyət və sülhməramlı səylərlə yanaşı, tərəfdaşlıq yeni nəqliyyat marşrutlarının inkişaf etdirilməsinə yönəlib: “Lakin bu, yeganə məsələ deyil. Məqsəd gələcəkdə Şərqi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Qərbi Avropa ilə birləşdirəcək yeni və ya alternativ bir əlaqə yolu yaratmaqdır. Bütün bu amillər bir araya gəldikdə, bu münasibətlərin Azərbaycan üçün əhəmiyyəti daha aydın olur. Biz bu müsbət impulsu davam etdirmək niyyətindəyik”. Ümumiyyətlə, Azərbaycanın dövlət maraqlarının müdafiəsində diplomatiya həlledici rol oynayır və bu sahədə İlham Əliyev tərəfindən həyata keçirilən siyasət xüsusi əhəmiyyət kəsb edir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız hərbi və iqtisadi potensialla deyil, həm də effektiv diplomatik fəaliyyətlə ölçülür. Bu baxımdan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiya Azərbaycanın milli maraqlarının qorunması və beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm nəticələr verib. İlham Əliyev diplomatiyasının əsas xüsusiyyətlərindən biri balanslı və çoxvektorlu xarici siyasətin həyata keçirilməsidir. Azərbaycan həm regional, həm də qlobal güclərlə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışır. Bu siyasət ölkənin müxtəlif maraqlarını uzlaşdırmağa və beynəlxalq arenada etibarlı tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Müxtəlif dövlətlərlə qurulan strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın siyasi və iqtisadi təhlükəsizliyini möhkəmləndirir. Regional və qlobal əməkdaşlıq da İlham Əliyev diplomatiyasının mühüm tərkib hissəsidir. Qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi, nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi regionda sabitlik və inkişafın təmin olunmasına xidmət edir. Bu siyasət Azərbaycanın regionda əsas aktorlardan biri kimi mövqeyini möhkəmləndirir və ölkənin strateji əhəmiyyətini artırır.

Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın maraqları...

Azərbaycan diplomatiyasının digər mühüm istiqaməti beynəlxalq təşkilatlarla fəal əməkdaşlıqdır. Azərbaycan BMT, Qoşulmama Hərəkatı və digər qurumlar çərçivəsində aktiv iştirak edərək qlobal məsələlərin həllinə öz töhfəsini verir. Bu platformalarda ölkənin maraqlarının müdafiə olunması və təşəbbüslərinin dəstəklənməsi Azərbaycanın nüfuzunun artmasına səbəb olur. Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın beynəlxalq arenada fəallığı daha da artıb.

Bu arada qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq. Bununla bağlı Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında qərar qəbul olunub. Ümumilikdə 50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-dək şəxsin iştirak etdiyi konfransda İstanbul Bəyannaməsi qəbul edilib. Bundan başqa, Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusu da verilib. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edir ki, ötən ilin aprel ayında Daşkənddə keçirilmiş sonuncu konfransdan sonra Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi fəaliyyət dairəsini genişləndirərək beynəlxalq rolunu daha da gücləndirib. Sahibə Qafarova özünün Parlament Şəbəkəsinin sədri kimi xarici səfərləri, görüşləri və beynəlxalq konfranslardakı çıxışları zamanı təşkilatın rolunun və fəaliyyətinin təşviqinin daim prioritet təşkil etdiyini bildirib. Qeyd edib ki, 2025-ci ilin aprelindən bu günədək üzv ölkələrin parlament rəhbərləri və hökumət rəsmiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə təxminən 35 görüş keçirilib. Bu görüşlərdə platformanın effektivliyinin daha da artırılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetirilib. Bunlar fonunda “yumşaq güc” siyasəti dövlət maraqlarının müdafiəsində mühüm rol oynayır. Mədəniyyət, idman və humanitar sahələrdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın dünyada tanıdılmasına və müsbət imicinin formalaşmasına kömək edir. Bu sahədə həyata keçirilən layihələr ölkənin diplomatik imkanlarını genişləndirir və müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq edir. İnformasiya diplomatiyası da ölkə siyasətində önəmli yer tutur. Müasir dövrdə informasiya müharibələri dövlətlərin maraqlarına ciddi təsir göstərir. Bu baxımdan Azərbaycan beynəlxalq mediada öz mövqeyini müdafiə etmək, düzgün və obyektiv məlumatların yayılmasını təmin etmək üçün müxtəlif vasitələrdən istifadə edir. Bu siyasət ölkənin informasiya təhlükəsizliyinin qorunmasına xidmət edir. Hazırda yürüdülən çevik diplomatiya sayəsində Azərbaycan beynəlxalq arenada öz mövqeyini gücləndirir, etibarlı tərəfdaş kimi tanınır və milli maraqlarını daha effektiv şəkildə qorumağa nail olur. Gələcəkdə də bu siyasətin davam etdirilməsi ölkənin daha da inkişaf etməsinə və dünya siyasətində rolunun artmasına mühüm töhfə verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ