ABŞ və İraq rəsmiləri ABŞ ordusunun 2026-cı ilin sentyabr ayının sonuna qədər İraqı tərk edəcəyini açıqlayıblar.
Bu addım 2003-cü ildə başlayan və 23 il davam edən işğaldan sonra atılıb.
Ağ Evdə İraqın Baş naziri Əli Zeydi ilə görüşən ABŞ Prezidenti Tramp "Artıq orada orduya ehtiyacımız olduğunu düşünmürük" deyib və İraq neft şirkətləri ilə inkişaf edən münasibətləri vurğulayıb.
"Münasibətlər geniş və əhatəli bir münasibətdir və burada orduya ehtiyacımız yoxdur. Biz onlara kömək etmək üçün oradayıq. Lazım gələrsə, onları qorumaq üçün oradayıq. Amma düşünmürük ki, buna ehtiyac olacaq" – deyə Tramp bildirib.
ABŞ qüvvələrinin 30 sentyabra qədər İraqdan çıxacağını deyən Zeydi bildirib ki, ABŞ şirkətləri İraqda qalacaq.
Tahir TAĞIYEV