şənbə günü, 15 avqust 2026
     

“İnsan haqları daxili məsələ deyil” deyənlər Bakının anti-müstəmləkə gedişlərinə dözmədi...

Image


Vasif Həsənli: “Fransa və bəzi Avropa dövlətləri Azərbaycanın bu cür ədalətli yanaşmasını...”

Beynəlxalq təşkilatlar və Avropa dövlətləri insan hüquqları kontekstində Azərbaycana qarşı hücumlar təşkil edir, məsələnin süni və əsasız şəkildə gündəmdə saxlamağa çalışırlar və bundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

“İnsan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz” deyən Avropa dairələri Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə əsarəti və müstəmləkəçilikdən irəli gələn bərabərsizlik məsələlərini Fransanın timsalında qaldırmasına dözümsüzlük göstərirlər.

- Bakı Təşəbbüs Qrupu hüquqları pozulanların hüquqlarını müdafiə edib.

Uzun illər ərzində Fransanınqondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələrinin təzyiqlərə məruz qalması, Yeni Kaledoniya, Polineziya, Martinika və digər ərazilərdə mövcud problemlər və onların susdurulması, Fransanın ermənipərəst siyasəti, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması, Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın qondarma səfirliyinin fəaliyyət göstərməsi, vaxtilə Azərbaycanın müstəmləkə olması, müstəmləkə kimi yaşamağın, azad olmağın nə demək olduğunu da tarixi yaddaşdan yaxşı bilməsi faktdır.

Azərbaycan müasir dövdrə müstəmləkəçilikdən əziyyət çəkən Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin müstəqilliyini, azadlığını dəstəkləyir.

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezidenti İlham Əliyev bu barədə də danışıb: “Bilirsiniz, biz Avropa Şurasına qəbul olunarkən mən Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim və Strasburqa gəlmişdim. Nümayəndə heyətimizin Avropa Şurası rəhbərliyindən eşitdiyi ilk fikirlərdən biri bu idi ki, insan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz. Biz yaxşı tələbələr idik və bunu öyrəndik. İndi isə Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə əsarəti və müstəmləkəçilikdən irəli gələn bərabərsizlik məsələlərini qaldıranda, onlar ittiham olunurlar. Təkcə onlar deyil, hətta Azərbaycan Hökuməti də Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Halbuki biz belə etmirik.

Çünki insan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir. Bakı Təşəbbüs Qrupu isə bu mövzunu qlobal gündəliyə çıxaran, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Uzun illər ərzində Fransanın qondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələri təzyiqlərə məruz qalıblar. Orada müxtəlif qanunsuz əməllər törədilib, o cümlədən nüvə sınaqları keçirilib. Polineziyada nə qədər nüvə sınağı keçirilib? Bəlkə 100, bəlkə 200, bəlkə də daha çox. Bunun nəticəsində çox sayda insan zərər çəkib. Çox sayda insan həyatını itirib, sağlamlığına ciddi zərər dəyib. Bakı Təşəbbüs Qrupu isə bu məsələni gündəmə gətirdiyinə görə, təəssüf ki, əsassız olaraq hansısa hibrid müharibə aparmaqda ittiham edilir. Bu, tamamilə ədalətsizdir. Hesab edirəm ki, müstəqil medianın rolu çox böyük əhəmiyyət daşıyır.

Siz çox mühüm bir məsələyə toxundunuz. Uzun illər ərzində Yeni Kaledoniya, Polineziya, Martinika və digər ərazilərdə mövcud problemlərlə bağlı eşidilən o çox zəif səslər koordinasiyalı şəkildə aparılan hücum qruplarının təzyiqi nəticəsində susdurulurdu. Onlara qarşı təzyiqlər göstərilir, hədələr edilirdi. Hətta mənə verilən məlumata görə, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edən bəzi şəxslər saxlanılıblar. Yeri gəlmişkən, onlar təkcə Fransada deyil, İsveçrədə də saxlanılıblar. Onlardan bəziləri hətta həbs olunublar. Bütün bunlar isə insan hüquqlarından danışan, dünyaya demokratiyanın nə olduğunu öyrətməyə çalışan şəxslərin gözü qarşısında baş verir. Bilirsiniz, bumeranq çox təsirli silahdır. Bunu nəzərə almaq lazımdır. Demək istədiyim odur ki, Azərbaycana hücum etmək istəyənlər bizi lazımınca qiymətləndirmədilər.

Azərbaycana "insan haqları daxili məsələ deyil" deyərək hücum edənlər İndi Azərbaycan onların Kaledoniyada, Qvadelupada və başqa yerlərində müstəmləkə siyasətini ifşa edəndə özlərindən çıxırlar, bunu həzm edə bilmirlər”.

Azərbaycanın bu ölkələrdə müstəmləkəçilik problemini qaldırması bu ölkələrin niyə xoşuna gəlmir? Azərbaycan özü də bunu keçmiş müstəmləkə dövləti olaraq qaldırır. Bu ölkələr niyə rahatsız olur?

“Demokrat.az” xəbər portalının direktoru, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli baki-xeber.com-a bildirdi ki, bəzi dövlətlər uzun illər insan hüquqlarını universal dəyər kimi təqdim edərək başqa ölkələrdə bu mövzunu tez-tez gündəmə gətirirlər. “Onlar bu cür addımlarla Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq göstərməyə çalışırlar. Buna baxmayaraq, Azərbaycan mütəmadi olaraq müstəmləkəçilik və dekolonizasiya məsələlərini beynəlxalq platformalarda ədalətli şəkildə qaldırır. Xüsusilə Yeni Kaledoniya, Qvadelupa və digər dənizaşırı ərazilərdə yaşayan xalqların hüquqlarını cəsarətli şəkildə müdafiə edir.

Hər zaman Azərbaycanın mövqeyi ondan ibarət olub ki, sözügedən xalqların öz müqəddəratını təyin etməsi və hüquqlarının qorunması beynəlxalq hüququn əhatə etdiyi çərçivədə olmalıdır.

Rəsmi Bakı özünün də tarixdə xarici imperiya dövlətlərin təzyiqindən əziyyət çəkdiyini dəfələrlə bəyan edib. Bu səbəbdən də Azərbaycan hər zaman müstəmləkəçilik irsinin aradan qaldırılmasının vacibliyini müdafiə edir.

Bildiyiniz kimi, son illər Fransa və bəzi Avropa dövlətləri Azərbaycanın bu cür ədalətli yanaşmasını öz daxili işlərinə müdaxilə kimi qiymətləndirməyə çalışırlar. Ancaq Azərbaycan dövləti Fransa və digər Qərbi Avropa ölkələrinə hüquqları tapdalanan xalqların özünüidarə hüququ qazanması ilə bağlı qorxmadan cavab verir. Düşünürəm ki, Azərbaycanın Yeni Kaledoniya, Qvadelupa və digər dənizaşırı ərazilərdə yaşayan xalqların hüquqlarının müdafiəsi ilə bağlı tez-tez məsələ qaldırması rəsmi Bakının hər zaman dünyada ədalətli mövqedə olduğunun göstəricisidir. Bu nümunəvi addımlarımız BMT və dünya ölkələri tərəfindən də ciddi dəstəklənir”-deyə V.Həsənli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ