FETÖ terror təşkilatının qanlı 15 iyul çevriliş cəhdinin xalqın müqaviməti ilə yatırılmasının 10-cu ildönümündə Bosfor boğazında qayıqlar xatirə korteji təşkil edib.
253 qayıqdan ibarət kortejə Sahil Təhlükəsizlik Baş İdarəsinin, Mərmərə Regional Komandanlığının və Sahil Mühafizəsi Boğazlarının gəmiləri və qayıqları da daxil olub.
Sahil Mühafizəsi gəmiləri boğazdan keçərkən su salamı verib. Vətəndaşlar bu anları əllərində Türkiyə bayraqlarını dalğalandıraraq izləyiblər.
SAMİRƏ